Bizə yazın

Baku

-°C

USD

-

FHN Xətai rayonunda kompleks mülki müdafiə təlimi keçirib - VİDEO  

Cəmiyyət 13 May 2025, 12:00

14399

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin Xətai rayonunda yerləşən Elm və Təhsil Nazirliyinin “Yüksək Texnologiyalar Parkı” MMC-də “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimdə FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Elm və Təhsil Nazirli “Yüksək Texnologiyalar Parkı” MMC-nin baş mühəndisi Rahim Heydərov, FHN-in aidiyyəti yerli qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da yaxşılaşdırılmasından ibarət olub.

Əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar Xətai rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı RM-nin rəisi general-mayor Məhərrəm Həsənov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Müşavirədə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.

Kompleks təlimə ümumilikdə 156 nəfərdən ibarət şəxsi heyət və 31 ədəd texnika cəlb edilib. Tədbirdə FHN-in qüvvələri, rayon mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyevin sosial media hesablarında 13-cü Qlobal Bakı Forumu ilə bağlı paylaşım edilib 

Prezident İlham Əliyevin sosial media hesablarında 13-cü Qlobal Bakı Forumu ilə bağlı paylaşım edilib.CityPost.az  paylaşımı təqdim edir:

12 Mart 2026, 21:33

Bu gün üçüncü Qədr gecəsidir 

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.CityPost.az  xəbər verir ki, üçüncü Qədr gecəsi isə martın 16-da olacaq.Qeyd edək ki, Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.Qədr gecəsi İslam inancına görə, Qurani-Kərimin ilk ayələrinin nazil olduğu müqəddəs gecədir. Bu gecə Qurani-Kərimdə də xüsusi qeyd olunur və min aydan daha xeyirli olduğu bildirilir.Müsəlmanlar inanırlar ki, Qədr gecəsində edilən dua və ibadətlər Allah dərgahında daha çox qəbul olunur, günahların bağışlanması üçün xüsusi mərhəmət qapıları açılır. Bu gecə ənənəvi olaraq Ramazan ayının son on gününün tək gecələrindən...

12 Mart 2026, 21:05

Ötən il 5 min tona yaxın bal istehsal edilib 

025-ci ildə Azərbaycanda arıçılıqla məşğul olan 29 456 təsərrüfatda mövcud olan 545,1 min arı ailəsindən 4 757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə edilib.Citypost.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun - 17,7 manat, vərəmumun - 135,3 manat, güləmin - 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.2024-cü illə müqayisədə arı ailələrinin sayı 5,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 %,...

12 Mart 2026, 17:55

"Azerenerji"  2 milyonluq işlər görəcək 

"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti ölkənin enerji infrastrukturunun modernləşdirilməsi çərçivəsində növbəti layihəyə start verir.Citypost.az xəbər verir ki, qurum tərəfindən elan olunmuş satınalma müsabiqəsinə əsasən, "Şəmkir" Su Elektrik Stansiyasında (SES) və stansiyanın dispetçer otağında genişmiqyaslı təmir-tikinti işləri aparılacaq.Yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün 2 milyon 95 min 291 manat vəsaitin ayrılacaq.Layihə çərçivəsində həm stansiyanın texniki binalarının, həm də idarəetmə mərkəzi olan dispetçer otağının müasir standartlar səviyyəsində yenilənməsi nəzərdə tutulur....

12 Mart 2026, 17:37

FHN əməkdaşları atletika yarışında yüksək nəticələr əldə ediblər 

Martın 12-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, yarışda iştirakçılar 60, 400, 800 metr məsafəyə qaçış və uzunluğa tullanma idman növü üzrə mübarizə aparıblar.Yarışda iştirak edən FHN-in əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, kişilər arasında 60 metr məsafəyə qaçış üzrə yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşı daxili xidmət çavuşu İlkin Əlizadə bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Qadınlar arasında 60 metr məsafəyə qaçış üzrə yarışda Nazirliyin Aparatının əməkdaşı Mələkxanım Məmmədova qızıl, İdman-sağlamlıq klubunun əməkdaşı Zəkiyyə Kərimli isə...

12 Mart 2026, 17:33

Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib 

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdam şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.Citypost.az bu barədə nazirliyə istinadən xəbər verir.Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsi ilə təmin olunma, həmin ərazilərə heyvandarlıq təsərrüfatlarının köçürülməsi, subsidiyaların verilməsi, aqrar sığorta, güzəştli şərtlərlə kredit verilməsi, damazlıq heyvanların lizinqi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və digər məsələlərlə bağlı olub.Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi...

12 Mart 2026, 17:09