Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
Siyasət 30 May 2025, 12:24
3665
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb.
CityPost.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaratmışdır.
Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır.
Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynamışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirmişdir.
Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə qərara alıram:
Həmçinin oxuyun
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan layihələr hazırlanarkən aşağıdakıları təmin etsin:
1.2.1. 2027−2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhatə olunmasını;
1.2.2. qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;
1.2.3. aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını;
1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabitlik və inkişafın yeni yolu: Azərbaycan–ABŞ əməkdaşlığı
Azərbaycan və ABŞ arasında qurulan strateji tərəfdaşlıq artıq yalnız diplomatik əməkdaşlıq deyil, regionda sabitliyi, rifahı və davamlı inkişafı təmin edən əsas platformaya çevrilib. Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadı. Eyni gündə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası isə iki ölkə arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdi.Strateji Tərəfdaşlıq Xartiyası təkcə ikitərəfli əməkdaşlığın hüquqi və siyasi əsaslarını müəyyən etmir, həm də region üçün strateji imkanlar açır. Sənəd enerji, ticarət, tranzit, rəqəmsal infrastruktur, süni intellekt, iqtisadi sərmayələr, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq perspektivlərini nəzərdə tutur. Orta Dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, mülki nüvə əməkdaşlığı...
11 Fevral 2026, 14:03
Ülviyyə Həmzəyeva: Azərbaycan–ABŞ tərəfdaşlığı güclənir
“Azərbaycan və ABŞ arasında formalaşan strateji tərəfdaşlıq regionda sabitlik və rifahın təmin olunmasına xidmət edən mühüm platformadır”Bu sözləri Millət vəkili Ülviyyə Həmzəyeva Citypost.az-a açıqlamasında bildirib.O əlavə edib ki, fevralın 10-da ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcıdır. “Bu səfər yalnız diplomatik görüşdən ibarət deyil, həm də Azərbaycan-ABŞ strateji dialoqunun möhkəmlənməsi, qarşılıqlı etimadın artması və əməkdaşlığın dərinləşməsi baxımından tarixi əhəmiyyət daşıyır”, – deputat vurğulayıb.Ülviyyə Həmzəyeva qeyd edib ki, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması son altı ay ərzində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir. “Altı ay əvvəl Vaşinqtonda Prezident İlham Əliyevin ABŞ Prezidenti...
11 Fevral 2026, 13:41
Ceyhun Məmmədov: "Azərbaycan–ABŞ əməkdaşlığında yeni dövr başlayır"
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər yalnız diplomatik görüş deyil, eyni zamanda Azərbaycan–ABŞ strateji dialoqunun möhkəmlənməsi, qarşılıqlı etimadın artması və əməkdaşlığın dərinləşməsi baxımından əlamətdar hadisə sayılır.Deputat Ceyhun Məmmədov Citypost.az-a bildirir ki, Azərbaycan post-münaqişə dövründə regionda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarı rolunu oynayır. ABŞ vitse-prezidentinin səfəri bu reallıqların tanınması və Cənubi Qafqazda sülhün bərqərar olması üçün verilən siyasi dəstəyin göstəricisidir.Xüsusilə, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirir. Sənəd qarşılıqlı maraqlara, suverenliyə, hörmətə və qlobal sabitliyə xidmət edən...
11 Fevral 2026, 13:20
Elnarə Akimova: "Azərbaycan-ABŞ tərəfdaşlığı sülh üçün addımdır"
ABŞ Vitse-prezidenti Cey Di Vensin əvvəlcə Ermənistana, ardınca Bakıya səfəri Cənubi Qafqazda sülh prosesinin taleyinə dair sualları yenidən gündəmə gətirib. Ekspertlər bildirir ki, bu səfərlər sadəcə diplomatik protokol çərçivəsində qiymətləndirilə bilməz. Proseslərin ardıcıllığı və zamanlaması göstərir ki, Vaşinqton artıq regionda müşahidəçi deyil, aktiv rol oynamaq niyyətindədir.Deputat Elnarə Akimova Citypost.az-a açıqlamasında bildirib ki, Vensin Yerevana səfəri ilk növbədə Ermənistan üçün siyasi mesajdır. ABŞ Ermənistanı regionda tək buraxmadığını nümayiş etdirir və ölkəni sülh sazişini imzalamağa, kommunikasiyaları açmağa təşviq edir. Akimova qeyd edib ki, bu yanaşma Ermənistan üçün təhlükəsizlik və enerji sahəsində yeni alternativlər demək olsa da, eyni zamanda öhdəliklər yaradır. ABŞ-la yaxınlaşma...
11 Fevral 2026, 11:48
Ekspert: Papanın mümkün Bakı səfəri regionda sülh prosesinə əlavə impuls verə bilər
Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Roma Papası XIV Leo ilə görüşüb. Pontifikin dəvəti ilə keçirilən audiensiyada Azərbaycandakı müxtəlif dini konfessiyaların rəhbərləri də iştirak edib. Papa bu səfəri sülh və birgəyaşayışın nümunəsi kimi yüksək qiymətləndirib.Qeyd edək ki, bu görüş Azərbaycanla Vatikan arasında mövcud olan yüksək səviyyəli münasibətlərin növbəti təzahürü kimi qiymətləndirilir. Görüş zamanı dinlərarası dialoq, qarşılıqlı hörmət və regional sülh məsələlərinin müzakirə olunduğu bildirilir. Ekspertlərin fikrincə, belə təmaslar Azərbaycanın multikultural dəyərlərinin beynəlxalq müstəvidə təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyır.Mövzu ilə bağlı Citypost.az-a danışan araşdırmaçı jurnalist Kənan Rövşə oğlu bildirib ki, Roma Papasının Azərbaycana mümkün səfəri Cənubi...
11 Fevral 2026, 10:37
ABŞ Vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət ediblər
ABŞ Vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vens Şəhidlər xiyabanını ziyarət ediblər.Citypost.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin sosial şəbəkələrdəki paylaşımında bildirilib.Vens cütlüyü Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyub..@VP and @SLOTUS at the Eternal Flame Memorial in Baku, Azerbaijan. 🫡 pic.twitter.com/PPMgO30FCp— Under Secretary of State Jacob S. Helberg (@UnderSecE) February 11, 2026 ...
11 Fevral 2026, 10:12