Baş Prokurorluqda yeni şöbələr - Rəislər təyin olundu
Cəmiyyət 29 Avqust 2025, 12:49
2580
Baş Prokurorluqda struktur dəyişikliyi aparılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin tərkibində ilk dəfə Kibertəhlükəsizlik və İnformasiya Texnologiyaları şöbələri yaradılıb.
Baş prokuror Kamran Əliyevin Əmri ilə Aydın Verdiyev Kibertəhlükəsizlik, Akif Məmmədyarov isə İnformasiya Texnologiyaları şöbəsinin rəisi təyin edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, idarədə daha əvvəl təsis olunmuş Kriminalistika şöbəsi də fəaliyyətini davam etdirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramiz Əzizbəylinin kürəkəninin aldatdığı daha bir şəxs üzə çıxdı
Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduzluğa məruz qaldıqlarını bildirən daha bir şəxs bu barədə mediaya müraciət ediblər.Söhbət mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə Mirzəcan oğlundan gedir.Bu barədə CityPost.az-a müraciət edən vətəndaş Mirəli Elşən oğlu Cəfərovun anası Pərvanə Cəfərova bildirib.Onun sözlərinə görə,oğlu Mirəli Cəfərov Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə tərəfindən dələduzluğa məruz qalıb.“Oğlum Mirəli bu işdə adı hallanan Sahil Qasımlı və Boran Qasımlı qardaşları ilə dostluq edirdi.Onlar oğluma bildiriblər ki,yaxşı qazanc əldə etmək üçün yeni iş qurulur.İşin başında isə Rüfət Qasımzadənin dayandığını bildiriblər.Oğlumu inandırıblar ki,qızıl işinə pul qoymaqla daha çox qazanc əldə edə biləcəklər.Bu məqsədlə,iş qurmaq adı...
03 Noyabr 2025, 13:01
Xalq artistinin kürəkəni insanlara pul atıb? - QALMAQAL
Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduzluğa məruz qaldıqlarını bildirən şəxslər bu barədə mediaya müraciət ediblər.Söhbət mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Qasımzadə Rüfət Mirzəcan oğlundan gedir.CityPost.az xəbər verir ki,bu barədə Oxu24.com-a müraciət edən vətəndaş Mahmudbəyli Elşən Rafael oğlu bildirib.Onun sözlərinə görə,tanışı Cəfərov Mirəli Elşən oğlunun vasitəsi ilə bu şəxsi və onunla əlaqəli digərlərini tanıyıb. “Dostum Mirəli mənə dedi ki,bu adamlar yaxşı iş görürlər.Sən də onlara iş üçün pul verib,daha yaxşı qazanc əldə edə bilərsən.Maraqlandıqda öyrəndim ki,Rüfət və adamları qızıl işi ilə məşğul olurlar.Mən də inandım. Bu işi Qasımlı Boran Fazil oğlu,Qasımlı Sahil Fazil oğlu,Qasımzadə Rüfət Mirzəcan oğlu və onların kuryerliyini edən ...
03 Noyabr 2025, 12:34
İmişlidə yubiley tədbiri musiqi bayramına çevrildi
Çoxdan idi İmişli rayon Mədəniyyət Mərkəzində belə möhtəşəm tədbir keçirilməmişdi. Tanınmış pedaqoq və xanəndə Vahid Əliyevin 75 illik yubileyinə həsr olunan “Bir ömür muğamın keşiyində” adlı tədbirə yüzlərlə rayon sakini öz təşəbbüsü ilə gəlmişdi. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Qısa təqdimatdan sonra Vahid Əliyevin yaradıcı fəaliyyəti barədə videoçarx nümayiş olundu.Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru Sərvaz Hüseynoğlu, “Ulduz” jurnalının əməkdaşı, şair Dayandur Sevgin, uzun müddət mədəniyyət sahəsində çalışmış yazıçı-publisist Vaqif Rüstəmov, ictimaiyyət nümayəndəsi Sədaqət Vəliyev Vahid Əliyevin ömür yolu və yaradıcılığı barədə danışdılar. Qeyd olundu ki, özünəməxsus səsi ilə tanınan, geniş ictimaiyyət tərəfindən...
03 Noyabr 2025, 10:52
Fərid Əsgərov şöbə rəisini təqaüdə göndərdi
Prezidentin Təhlükəsizlik Xidmətində kadr islahatı həyata keçirilib.CityPost.az Teleqraf.az-a istinadən xəbər verir ki, Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi, polkovnik Abdulla Mirzəliyev pensiya yaşına çatması ilə əlaqədar təqaüdə göndərilib.
02 Noyabr 2025, 23:41
Razi Nurullayevin köməkçisi vəfat etdi
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin köməkçisi Murad Alışov vəfat edib.CityPost.az xəbər verir ki, bu haqda partiya üzvləri sosial şəbəkə hesabında paylaşım ediblər.Bildirilib ki, Murad Alışov uzunsürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
02 Noyabr 2025, 21:15
Sabah yağış olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq....
02 Noyabr 2025, 12:40