Fəzail Ağamalının rus qadından oğlu peyda oldu
Cəmiyyət 28 Oktyabr 2025, 11:43
15037
Qoca sədr az aşın duzu deyilmiş...
CityPost.az -ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə,Fəzail Ağamalının rus millətindən olan qadından 1987-ci il təvəllüdlü İlqar adlı övladı var.Onun adı İlqar olsa da,Oleq deyə çağırırlarmış.İlqar Ağamalıyev anası ilə birgə əvvəlcə Rusiyanın Sank-Peterburq şəhərinə köçüb.Ailə bir müddət orada yaşadıqdan sonra Almaniyada məskunlaşıb.Mənbənin verdiyi məlumata görə,Fəzail Ağamalı onu övladları Elçin,Yalçın və Günaydan daha çox sevir.Lakin,Fəzail Ağamalının evində onun qeyri-rəsmi ikinci evliliyinə görə,tez-tez dava düşürmüş,söz-söhbət olurmuş.F.Ağamalı ailənin qərarı ilə İlqarı anası ilə birgə onların istəklərinə uyğun olaraq Rusiyanın Sank-Peterburq şəhərinə köçürüb.
Fəzail Ağamalının qeyri-rəsmi ailəsi 1999-cu ildən Rusiyada məskunlaşıb və oğlu İlqar biznes fəaliyyəti ilə məşğuldur.Atasından fərqli olaraq,dərin zəka və nüfuz sahibidir. İlqar hər il yay aylarında istirahət üçün Bakıya gəlir.Fəzail Ağamalı da öz növbəsində arabir yay aylarında qeyri-rəsmi ailəsinə baş çəkir.
CityPost.az saytı məsləhətli don gen olar atalar məsələsini əsas tutaraq Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıya bir incə məqamı xatırladır və məsləhət görür.Bizdə olan məlumata görə,F.Ağamalı övladları Elçin,Yalçın və qızı Günay Ağamalılara ata kimi lazım olan hər şəraiti qurub.Mənzillər,bağ evləri,obyektlər,maşınlar,vəzifə karyerası və s...Allah bir az da çox eləsin.Onların mal-mülkündə gözümüz yoxdur.Fəzail müəllimin övladları arasında son günlər Ana vətən Partiyasının sədrliyi uğrunda qızğın mübarizə gedir.Söhbət Elçin və deputat Günay Ağamalıdan gedir.Bizdə olan məlumata görə,oğul Yalçın Ağamalı Ədliyyə Nazirliyi sistemində çalışır və bu kimi məsələlərə müdaxilə etmir.Fəzail Ağamalı övladları arasında sakitlik və mehribanlıq yaratmaq üçün ən yaxşısı ədalət prinsipini əldə rəhbər tutub,İlqarı (Oleqi) gətirib sədr etsin.Bizcə,bu Fəzail Ağamalı tərəfindən atılmış müdrik və ağıllı addım olar,bu halda övladları da bir-birindən narazı qalmazlar.
Mənbənin bildirdiyinə görə,38 yaşlı İlqar Ağamalıyev olduqca savadlı,müasir dünya görüşlü,fiziki cəhətdən sağlam bir insandır.
Oxu24.com məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı danışıb.O,faktı təsdiqləyib.Bunu “cavanlıq səhvi” adlandırıb.
Həmçinin oxuyun
“Hər kəsin gənclikdə səhvləri ola bilər.Cavanlıqda çoxunun həyatında belə şeylər olur.Mən niyə danmalıyam ki?Cinayət deyil ki?Hər kəsin şəxsi həyatı ola bilər...Bəli,belə bir romanım olub.Bu gün İlqar və anası ilə əlaqəm yoxdur.Onlar öz həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm.Bu məsələ ilə bağlı məni ancaq həyat yoldaşım günahlandıra bilər.Ona da zamanında səhv etdiyimi demişəm.Ondan da bu səhvə görə,üzr istədim.Vəssalam...Bunun heç kimə dəxli yoxdur.Həyatdır,bir neçə dəfə evlənmək olar. Tramp üç dəfə evlənib...Burda qəribə nə varki?”,-deyə Fəzail Ağamalı bildirib.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.Məsud Pezeşkian ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb.Telefon söhbəti zamanı 2026-ci ildə təmaslar və Azərbaycan-İran dostluq əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb....
23 Dekabr 2025, 19:47
Elşad Abdullayevlə Qənimət Zahidə hökm oxundu
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qiyabi hökm oxunub.Hökmə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il mayın 2-si Abdullayev Elşad İslam oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb. Çağırışa gəlməyən E. Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.İbtidai istintaqın yekununda Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya...
23 Dekabr 2025, 19:08
Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.CityPost.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də...
23 Dekabr 2025, 14:01
"Azərbaycan dövləti rəsmən heç bir dövlətin müharibəsində hərbi müttəfiq kimi iştirak etmir" - Zahid Oruc
“Son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır”.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.Zahid Oruc bildirib ki, sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, “müqavilə ilə xidmət” “iş” və ya “təlim” adı altında yığım kampaniyası aparır: “Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə yüzlərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə...
23 Dekabr 2025, 13:28
Liderin qalib statusu dünyada təsdiqlənib - RƏY
İlham Əliyev yeni geosiyasi reallıqların memarı, qalib Prezidentdir.CityPost.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.Zahid Oruc deyib ki, işğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə “sabitlik”, “regional əməkdaşlıq”, “enerji tərəfdaşlığı” kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu: “İndi eyni dünya liderləri İlham Əliyevi “yeni geosiyasi reallıqların memarı”, “qalib prezident”, “regional nizamın qurucusu və strateq” kimi təqdim edirlər. Təbriklərin dili dəyişib- çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib”.Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Vətəni Zəfərə qovuşduran, Zəfəri isə ləyaqət simvoluna çevirən Müzəffər Ali Baş Komandanın...
23 Dekabr 2025, 12:48
Bakıda uşaq bağçasında yanğın olub
Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib.Yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb.Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.
23 Dekabr 2025, 12:36