İcra başçısı Süleyman Mikayılovun müavini həbs olundu
Hadisə 01 Noyabr 2025, 23:24
3273
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
CityPost.az "Unikal"a istinadla bildirir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.
Həmçinin oxuyun
Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb.
N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbsqətimkan tədbiri ilə bağlı qərar verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı
Martın 11-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 239, o cümlədən borclu şəxs qismində axtarışda olan 196 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb....
12 Mart 2026, 11:34
Gəncədə atasını qətlə yetirən 17 yaşlı yeniyetmə saxlanılıb
Martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.Gəncə şəhər prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
12 Mart 2026, 09:34
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Bakıda özəl estetik klinikada əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb.CityPost.az-ın xəbərinə görə, özbək əsilli İqbol Soliyev bir qədər əvvəl polis tərəfindən tutulub.DİN-in Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.Onunla bağlı araşdırma aparılır. Qeyd edək ki, özbək əsilli İqbol Soliyev “Bionurun sahibi” kimi təqdim olunur. Sosial şəbəkədə onun qəbulunda izdiham yaşanması barədə görüntülər yayılıb.
11 Mart 2026, 22:01
Tiktoker “Şiva” həbs edilib
Tiktoker “Şiva” saxlanılıb.APA xəbər verir ki, “TikTok"da əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Şiva" adlı səhifəni idarə edən 35 yaşlı Hüseyn Məmmədovu polis saxlayıb.Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.Müvafiq qərarla H. Məmmədov inzibati qaydada həbs edilib.
11 Mart 2026, 20:07
Cəlilabadda üzərində xəsarət izi olan 14 yaşlı yeniyetmənin meyiti aşkarlanıb
Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
10 Mart 2026, 21:02
Cəlilabadda meyit tapılıb
Cəlilabadda 51 yaşlı kişinin meyiti aşkarlanıb.Hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.Kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Babayevin yaşadığı evdə meyiti tapılıb.Meyit aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
10 Mart 2026, 19:56