Mehdiyev oradan necə yıxıldı?
Cəmiyyət 29 Oktyabr 2025, 10:40
3534
PA-nın sabiq rəhbərinin “haqqını vermək lazımdır”, bu müddətdə sosial şəbəkələrdə və internet-mediada reytinq liderliyi birbaşa onun “xidmətidir”, çünki...
Mehdiyev mövzusu ikinci həftədir ki, oxucu reytinqinə görə zirvədədir, üstəlik bu yerini hələ müəyyən müddət saxlaya da bilər. Əsasən, qeyri-rəsmi mənbələrə istinad edilərək tirajlanan mövzuya hədsiz maraq səbəbsiz deyil.
Əlbəttə, şübhə yoxdur ki, 2019-cu ildən hakimiyyət olimpini tərk etmiş, Milli Elmlər Akademiyasında üç illik rəhbərlikdən sonra (2022-ci ildə) isə istefaya məcbur edilmiş, son aylar adı yalnız ara-sıra xəbər başlıqlarına çıxan 87 yaşlı akademik haqda yazılanlara yüksək diqqətin səbəbi nə?
Sorğu keçirib bu mövzunu reytinq zirvəsində saxlayan sosial təbəqəni müəyyənləşdirmək maraqlı araşdırma olardı. Gənc, yəni son illərin dəbdə olan ifafəsi ilə desək “Z nəsli”nin Mehdiyevin ətrafında cərəyan edənlərə xüsusi diqqəti inandırıcı deyil. Məhəmməd Əmini belə tanımayanların(az olsa da, belələri də var) Mehdiyev haqda yazılara niyə maraq göstərsin ki? Zənnimicə, Azərbaycanın ən müasir tarixində dövlətçilik baxımından yaddaşlarda qalası xidməti, siyasətçi kimi nəinki parlaq, hətta tam aşkar belə fəaliyyəti olmayan Mehdiyev o oxucu kütləsinə maraqlıdır ki, onun siyasətdə mərkəzi fiqur olduğu dövrü yaşayıblar.
“O dövr” Mehdiyev haqda gerçəklər çox az yazılıb, onun personası “boz kardinal” şifrəsi altında toxunulmaz olub. İndi yazılanların bir çoxu da qeyri-rəsmi mənbələrə əsaslandığı üçün gerçək olmaya da bilər, amma dövlət əleyhinə fəaliyyətinə görə barəsində 4 aylıq ev dustaqlığı qərarı yaxın çevrəsi olan kürəkəni tərəfindən rəsmən təkzib edilməyib. Rəsmi olmayan xəbərlər isə oxucu üçün daha cəlbedicidir.
Mehdiyevin “haqqını da vermək lazımdır”, bu müddətdə sosial şəbəkələrdə və internet-mediada reytinq liderliyi birbaşa onun “xidmətidir”. Çünki Mehdiyev olduğu yerdə özünü ən vacib, lazımlı, hətta vazkeçilməz, əvəzedilməz məmur kimi təsdiqlədib.
Həmçinin oxuyun
Diqqət edin: Prezident Administrasiyasının rəhbərinin səlahiyyətlərində Mehdiyevdən sonra da heç bir ciddi dəyişikıik olmayıb, dövlətin əsas icraedici aparatı əvvəlkindən daha çevik işləyir, hər gün hansısa toplantılar olur, qərarlar verilir, yəni dövlət strukturu öz işini görürür. Amma çox da uzaq olmayan keçmişdə Mehdiyevin məsələn, birbaşa kurasiya etdiyi icra başçılar və ya dövlətə məxsus media strukturları rəhbərləri ilə ənənəvi görüşləri ətrafında sanki bir gərginlik və ajiotaj yaradılırdı. Bəstəboy Mehdiyev xüsusilə seçki ərəfələrdində ölkənin hər yerində “boy göstərə” bilirdi. Bələdiyyə seçkiləri keçiriləcək-Mehdiyevin kölgəsi orada. Müxalifət aksiyalara başlayır- Mehdiyevin adı yenə öndədir, çünki “o həll edəcək”. Necə oldu ki, Mehdiyev “o zirvədən” yıxıldı?
Sovet Azərbaycanında ideoloji katibi olan Ramiz Ənvəroviçin kadrları haqda isə yazmaqla bitməz. Elə təəssürat yaranır ki, sanki Mehdiyev bir adam deyil, özü “akademiya”, “partşkola” olub, ölkənin hər tərəfinə də öz kadrlarını yerləşdirib. Zamanında “Mehdiyevin kadrıyam” ifadəsini az məmur dilə gətirərdi, çünki bu təkcə bağlı qapılar açan sirli ifadə deyildi, həm də böyük “məsuliyyət” idi. Mehdiyevin FETÖ kimi, yəni sızma kadrları ilə “dövlət içində dövlət” olduğunu deyənlər yanılırlar, Mehdiyev heç vaxt dövlətçi olmadığı kimi, “dövlət içi”də deyildi, çünki əvvəl Heydər Əliyev, sonra isə İlham Əliyev “səddi” keçə biməzdi. Mehdiyev Rusiyanın Azərbaycanda “at oynatdığı” zaman, məsələn, elə Mütəlibov və ya Elçibəy dövründə də Kremlə bağlı olub, amma hakimiyyətə iddia etməyib, Moskva da onu birinciliyində maraqlı olmayıb. İndi onun Kremlə Azərbaycanda yeni hakimiyyət modeli haqda yazdığı iddia edilən məktubuna şəxsən mən tarixin pəncərisindən baxmağa tərəfdaram.
Mehdiyev Dövlət Şurası yaratmaq təklifində ən azı 30 il gecikib, belə “pozdneqo zajiqaniya”ya Rusiya üçün iddia edildiyi kimi təkcə zəhlətökən kimi deyil, həm də ağılsızca addım kimi qiymətləndirilə bilərdi. Məgər Azərbaycan əşirət ölkəsidirmi ki, bütün böyük tayfaların maraqlarını təmini üçün 50 nəfərdən ibarət dövlət idarəçiliyi yaradılsın. Bu məktubda Mehdiyevin kifsəlmiş və korşalmış zehniyyəti hiss edilir, amma bu onun öz yaradıcılıq məhsulu olmaya da bilər. Mehdiyev məsələn, ambisiyalı keçmiş məmur deyil, gerçək bir ziyalı,elm adamı olsaydı onun bu məktubunu “istəkdən doğan mərəz(məsələn, beyin qocalması)” kimi izah etmək, heç ictimailəşdirməmək olardı. Amma altında şəxsi imzası olmasa da, adı və soyadı, sonuncu iş yerinin ünvanı var. Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə. “Bilici quş dimdiyindən tora ilişər” deyiblər…
O da naraqlıdır ki, görəsən, bu mövzu nə vaxt və necə yekunlaşacaq?
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibəti ilə paylaşım edib - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Od çərşənbəsi münasibəti ilə sosial şəbəkə səhifələrində paylaşım edib.CityPost.az paylaşımı təqdim edir:Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! 🤲 Od çərşənbəniz mübarək! 🔥May Almighty Allah spare no mercy upon our people at all times. 🤲 Od Chershenbeniz Mubarak! Happy Fire Tuesday. 🔥Да не пожалеет Великий Аллах своей милости для нашего народа! 🤲 Поздравляю… pic.twitter.com/qey14YfZDY— Mehriban Aliyeva (@1VicePresident) March 3, 2026 ...
03 Mart 2026, 22:44
Bakı dairəvi yolunda avtomobil yanıb, Sumqayıt istiqamətində sıxlıq yaranıb
Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Bildirilib ki, bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.FHN-nin mətbuat xidmətindən isə bildirilib ki, Yasamal rayonunda yanğın baş verməsi məlumatı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb edilib.Yanğın qısa müddət ərzində söndürülüb....
03 Mart 2026, 20:44
Diqqət - Lambarda qirov qoyulan qızıllar sığortalanmalıdır
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, lambarda qirov qoyaraq kredit götürən şəxslər bilməlidirlər ki, qirov qoyduqları qızıl və digər ziynət əşyaları tam məbləğdə sığortalanmalıdır. Bu, qanunla tələb olunan və məcburi şərtdir.Citypost.az xəbər verir ki, Qanunun bu tələbi, gələcəkdə borcun ödənilməməsi halında lambarda saxlanılan əşyaların ucuz qiymətə satılması riskindən qorumaq məqsədini daşıyır. Belə ki, əgər borc sahibi ödənişi yerinə yetirməsə belə, sığorta vasitəsilə qızılın dəyəri qorunur və maliyyə itkisi minimuma endirilir.Bu müddəa qanunvericilik tərəfindən qirov sistemi çərçivəsində əlavə edilmişdir və lambarda kredit götürən hər kəs üçün məcburidir.Əli...
03 Mart 2026, 17:20
İki rayonda minlərlə abonentin qaz təchizatı dayandırılacaq
Şabran və Xaçmazda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Şabran və Xaçmaz rayonlarında ümumilikdə 2 080 abonentin qaz təchizatı dayandırılacaq.CityPost.az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismar İdarəsi məlumat yayıb.Bildirilib ki, Şabran Xidmət Sahəsinin Zeyvə xətti adlanan qaz kəmərində balans ölçü qovşağının quraşdırıması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə 9 kənd olmaqla (Zeyvə, Gilavar, Pirəbədil, Zöramlı, Sumağa, Dağbilici, Mumlu, Qorğan, Sumaqova) ümumilikdə 999 abonentin qaz təchizatında fasilə yaranacaq.Həmçinin Xaçmaz Xidmət Sahəsinin Xudat ərazisi olan İsti Su qəsəbəsi istiqamətində çəkilmiş qaz xəttinin mövcud olan şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan...
03 Mart 2026, 17:12
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Martın 4-ü gündüzdən 5-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
03 Mart 2026, 17:05
Qar yağacaq - XƏBƏRDARLIQ
Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.
03 Mart 2026, 16:43