Bizə yazın

Baku

-°C

USD

-

Boz kardinalın bir düşməni də üzə çıxdı - Sabiq deputat Əsabil Qasımov 

Cəmiyyət 17 Oktyabr 2025, 15:42

24595

"...Biz onlarla düşmənik".

Son günlər medianın əsas müzakirə mövzusu  Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ittihamlar və onun ev dustaqlığına məhkum edilməsi ictimai rezonans doğurub.

Müzakirə edilən mövzulardan biri də Ramiz Mehdiyevin vaxtı ilə "krişalıq" etdiyi  şəxslərlə bağlıdır. Onun malı-mülkü,villaları,ailə biznesi də günlərdir  gündəm yaradıb.

CityPost.az   xəbər  verir   ki, Oxu24.com-a məlumat verən mənbə bildirib ki,Ramiz Mehdiyevin sıx biznes əlaqələri olduğu  şəxslərdən biri də keçmiş deputat,hazırda sahibkarlıq fəaliyyəti ilə  məşğul olan Əsabil Qasımovdur.

Mənbənin bildirdiyinə görə, Əsabil Qasımov uzun müddət  Ramiz  Mehdiyevin  kürəkəni ,sabiq millət vəkili,sahibkar İlham Əliyevlə iş birliyində olub.Ramiz Mehdiyevin kürəkəni  İlham Əliyevin bu iş birliyi  Əsabil Qasımova məxsus    "Karat Holdinq" də qeyri-rəsmi şərik olmaqla başlayıb.

"Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir. Holdinqin qanuni təmsilçisi Umudov İqdam Əliş oğludur. 

Ondan əvvəl şirkəti Əsabil Qasımov təmsil edib. Ümumiyyətlə, "Karat Holdinq"in sahibi kimi Əsabil Qasımovun adı çəkilir. 

Əsabil Qasımov Milli Məclisin IV çağırış deputatı olub. O, parlamentdə 79 saylı İmişli seçki dairəsini təmsil edib. 

İqdam Umudov Əsabil Qasımovun qaynıdır. 

Keçmiş deputatın biznesi "Karat Holdinq"lə məhdudlaşmır. Mediada gedən məlumatlara görə, Əsabil Qasımovun "Karat Holdinq" MMC-dən başqa aşağıdakı şirkətləri var:

- "Karat" MTK

- "İdeal” MMC

- "Azİnvest” Tikinti Şirkəti

- "Everest-M”

- "Şin Servis”

- "Karmen” MMC (Un dəyirmanı)

- Hökməli Makaron Fabriki

- Hökməli Kisə Fabriki

- "ASTE”L MMC (Quşçuluq fabrikləri)

- Gəncədə "Fatoğlu” un dəyirmanı

- Bakıda "Marina Plaza” oteli

- Bakıda "Premium” market

Oxu24.com-un əldə etdiyi məlumata görə,Ramiz Mehdiyev "vurulduqdan" sonra  "Karat Holdinq" üzərində  nəzarəti zəifləyib.

Oxu24.com məlumatı dəqiqləşdirmək üçün  sabiq  millət  vəkili,hazırda bizneslə məşğul olan Əsabil Qasımovun özü ilə əlaqə saxlayıb.

Əsabil Qasımov Ramiz Mehdiyevin  və kürəkəni İlham Əliyevin adını eşidər,eşitməz onlarla düşmən olduğunu bildirib.

"Ölkə başçısından tutmuş,nazirlərə  qədər hər kəsə məlumdur ki,biz onlarla düşmənik.2019-cu ildə oğlum rəhmətə getdi.Bir adam ki,oğlumun yasına gəlmədi,başsağlığı vermədi,belə dostluq,şəriklik ola bilər?Mənim heç oğlumla şərikliyim yoxdur.Yeddi qardaşım var.Onların  mənimlə heç bir şərikliyi yoxdur.Kefiniz nə istəyir yazın...Yazın ki,bütün şirkətim onlara məxsusdur...Ən savadsız insan bunu başa düşərdi ki,biz onlarla düşmənik...Mən onunla sadəcə  olaraq  deputat  kimi  Milli Məclisdə oturmuşuq...O illərdə  münasibətimiz olub",-deyə Əsabil Qasımov saytımıza bildirib.

Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Abdullayevlər sülaləsinin 4 generalı üzə çıxdı  -DOSYE

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-leytenant" ali hərbi rütbəsi verilib.CityPost.az  xəbər verir  ki, 48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.Oxu24.com-un  əldə etdiyi məlumata görə,Abdullayevlər nəslində daha 3 general da var.Onlar yeni general  rütbəsi almış Adil Abdullayevin əmiləridirlər.Onlardan biri Qüdrət Abdullayev Fövqəladə Hallar  Nazirliyində    Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsini tutur.2008-ci ildən general-mayor ali rütbəsini...

16 Dekabr 2025, 15:18

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu 

Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.“Yeni Sabah”ın əldə etdiyi xəbər görə, bu barədə müvafiq sərəncam imzalanıb.Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.

16 Dekabr 2025, 14:35

Son iyirmi ildə FHN üçün 1 134 yeni texnika alınıb

Son iyirmi il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) üçün 1 134 yeni texnika alınıb.CityPost.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.Nazir xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan nazirlik ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində müasir texnika ilə təmin olunub:"Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olunub. Ötən illər ərzində 1 134 yeni texnika alınıb. Qısa müddət ərzində nazirliyin 9 regional mərkəzi istifadəyə verilib. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi...

16 Dekabr 2025, 14:27

Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək 

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.CityPost.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında,...

16 Dekabr 2025, 14:11

Cəmil Həsənli yenə DTX-yə çağırıldı 

Milli Şuranın sədri, böyük tarixçi alim Cəmil Həsənli yenə DTX-ya çağırılıb.CityPost.az  xəbər verir k, bu barədə Cəmil Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, bu gün saat 3-də yenidən DTX-yə dəvət edilib.Onun Abbas Abbasovla əlaqələrinə görə çağırıldığı ehtimal edilir. Dəqiq məlumat açıqlanmayıb.Qeyd edək ki, “Ramiz Mehdiyev işi” ilə əlaqədar noyabrın 29-da AXCP sədri Əli Kərimli və bir neçə partiya funksioneri saxlanılıb....

16 Dekabr 2025, 13:37

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq 

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq.CityPost.az   xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib....

16 Dekabr 2025, 13:21