İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Cəmiyyət 28 Oktyabr 2025, 14:39
664
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
CityPost.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verib.
Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.
Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.
Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.
Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış "Əsgər", "Şığı", "Orta", "Gülqasım" və "Xəlifə" kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.
Həmçinin oxuyun
Qeyd edək ki, burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.
Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.
Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Ərazidə "Əsgər" kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.
Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.
Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlət başçısı kəndə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Eşşək” restoranı...(VİDEO)
Kabab qoxusuna gəldilər,gördülər ki, eşşək dağlayırlar...Bu restoranın adı görənləri heyrətə gətirir.Söhbət Moskvanın mərkəzində yerləşən “Eshak” (- Eşşək) restoranından gedir.CityPost.az xəbər verir ki, Oxu24.com-un xüsusi müxbiri sözügedən restoranda olub. Müxbirimizin verdiyi məlumata görə,bu,məkan dizaynı və menyusuna görə,digərlərindən fərqlənir.Restoranın özəlliyi burada verilən yeməklərlə bağlıdır.Müxtəlif növ yeməklərin sırasında eşşək ətindən hazırlanan kabablara və eləcə də müxtəlif çeşidli təamlara da rast gəlmək mümkündür. Bu,müştərinin seçimi ilədir.Rusiyada “Eshak”(Eşşək) restoranının bir neçə filialına rast gəlmək mümkündür.Paytaxtda ən böyük filial Moskva şossesində yerləşir.Bundan əlavə Kazan şəhərində də restoranın filialı mövcuddur.Restoranın dizaynı və interyeri dizayner Andrey Tsıqankova məxsusdur.Emblemdə eşşək başından da istifadə olunub.Sözügedən restorandan görüntüləri təqdim edirik:...
29 Oktyabr 2025, 17:20
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb. Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb.Baş Prokurorluqdan bildirilib ki, AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam...
29 Oktyabr 2025, 16:38
Azərbaycan bu ölkə ilə qarşılıqlı vizanı ləğv etdi
Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza azadolması haqqında Saziş və konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalayıb.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”də paylaşım edib.Qeyd edilib ki, bu, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində daha bir addımdır.
29 Oktyabr 2025, 15:53
Elton Məmmədov da istintaqa çağrılıb
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb. CityPost.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.Belə ki, prokurorluq tərəfindən onun barəsində cinayət təqibi aparılır. E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu “Yüksək Texnologiyalar Parkı”nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində...
29 Oktyabr 2025, 12:50
Mehdiyev oradan necə yıxıldı?
PA-nın sabiq rəhbərinin “haqqını vermək lazımdır”, bu müddətdə sosial şəbəkələrdə və internet-mediada reytinq liderliyi birbaşa onun “xidmətidir”, çünki...Mehdiyev mövzusu ikinci həftədir ki, oxucu reytinqinə görə zirvədədir, üstəlik bu yerini hələ müəyyən müddət saxlaya da bilər. Əsasən, qeyri-rəsmi mənbələrə istinad edilərək tirajlanan mövzuya hədsiz maraq səbəbsiz deyil.Əlbəttə, şübhə yoxdur ki, 2019-cu ildən hakimiyyət olimpini tərk etmiş, Milli Elmlər Akademiyasında üç illik rəhbərlikdən sonra (2022-ci ildə) isə istefaya məcbur edilmiş, son aylar adı yalnız ara-sıra xəbər başlıqlarına çıxan 87 yaşlı akademik haqda yazılanlara yüksək diqqətin səbəbi nə?Sorğu keçirib bu mövzunu reytinq zirvəsində saxlayan sosial təbəqəni müəyyənləşdirmək maraqlı araşdırma olardı. Gənc, yəni son...
29 Oktyabr 2025, 10:40
Ölkəni silkələyən XƏBƏR: Azərbaycanda hər kəs bunu MÜZAKİRƏ EDİR
Oxu24.com və CityPost.az saytlarının birgə araşdırması olan Fəzail Ağamalının nikahdan kənar oğlu olması faktı ölkə gündəmini zəbt edib.Oxu24.com xəbər verir ki, ölkənin Qafqazinfo,Musavat.com,Lent.az,BizimMedia,Metbuat.az,Modern.az, gunensesiinfo və digər nüfuzlu saytların əsas manşet xəbəri məhz bu informasiya oldu.Cəmiyyətdə şok effekti yaradan bu xəbər APA TV,Baku Tv və digər TV-lərin də geniş yer verdiyi mövzu oldu.Bir sıra siyasi tənqidçilər,jurnalistlər bu haqda fikirlər bildirdilər.Ana Vətən Partiyasının sədri,keçmiş deputat bu xəbərlərə sadəcə "cavanlıq səhvimdir" deməklə cavablandırdı....
28 Oktyabr 2025, 23:11