"CityPost.az" boz kardinalın erməni qayınanasının məzarını aşkar etdi - Özəl görüntülər
Cəmiyyət 23 Oktyabr 2025, 15:02
22331
Ramiz Mehdiyevin cinayət əməlləri üzə çıxdıqdan sonra özü və ailəsi haqqında hər gün yeni informasiyalar yayılır.
Medianın gündəmində olan müzakirələrdən biri də,Ramiz Mehdiyevin ailəsində “erməni izi” iddiasdıdır.Mətbuat bundan əvvəl Ramiz Mehdiyevin erməni oğulluğu olduğu iddia edilən Levan Qurskaya haqqında məlumat yaymışdı. Onun Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın Yura adlı ermənidən qeyri-qanuni yolla dünyaya gətirdiyi oğlu olduğu iddia olunur. Polkovnik rütbəli Levan Qurskaya mühüm postlardan birini tutub.
CityPost.az saytı Ramiz Mehdiyevin qayınanasının kimliyi barədə ilginc məlumatlar əldə edib. Məlumata görə, O Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın anası Natela Kondratevna Qurskayadır. (Nadaraya). 1923 -cü ilin fevralın 23-də anadan olan Natela Qurskaya 2007-ci ilin martın 26-da ölüb.
Onun qəbri Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı”nda xristianlara mənsub qəbiristanlıqdadır.
Sayt erməni əsilli olduğu iddia edilən Natela Qurskayanın dəfni ilə bağlı özəl məlumatlar da əldə edib.
Mənbənin saytımıza verdiyi məlumata görə,Ramiz Mehdiyevin qayınanasının dəfnində məhdud sayda,ailəyə yaxın hesab edilən adamlar iştirak edib. Həmin şəxslərin adları bizə məlum olsa da,açıqlanmasını müəyyən səbəblərdən hələlik məqbul hesab etmirik.
Mənbənin verdiyi məlumata görə,Qalina Qurskaya anasının dəfnində ağlayaraq, erməni dilində ifadələr işlədirmiş. Həmin vaxt ətrafda olan şəxslər də onu sakitləşdirməyə çalışıblar.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
CityPost.az saytının əməkdaşları Ramiz Mehdiyevin qayınansının dəfn olunduğu qəbiristanlıqda olub.
Natela Qurskayanın qəbiri xüsusi altı metr hündürlükdə qala divarla əhatə olunub və dəmir qapı ilə mühafizə olunur. Qapının açarının bir nüsxəsi ailədə,digəri isə təmizlik işlərinə baxan qəbiristanlıq əməkdaşlarındadır.
Məzarlıqda çəkiliş apardığımız zaman məlum oldu ki, iki aydan artıqdır ailədən məzara baş çəkən yoxdur. Görünür,başları özlərinə qarışan Mehdiyevlər erməni nənələrini yaddan çıxarıblar.Söhbətimiz zamanı məlum oldu ki, Mehdiyevlər ailəsinin məzarlıq işçilərinə də pul borcu var.
“Buraya tez-tez o qoca,əsə-əsə gəzən arvad (Red- Ramiz Mehdiyevin arvadı,Qalina Mehdiyevanı nəzərdə tutur) gəlirdi.Özü də 10-AA-501 dövlət nömrə nişanlı avtomobillə ...
Bir də hərdən o bankda işləyən qız da (Red - Gəlini Nigar Mehdiyevanı nəzərdə tutur) gəlirdi. İki aydır ki,nədənsə,gəlmirlər.Bizə də hər dəfə 20 manat pul verirdilər. Axırıncı dəfə təmizlədik,dedikləri işləri gördük, amma pulumuzu vermədilər.Sonra eşitdim ki,bunlar ermənidilər... Bunlar doğurdan da ermənidirlər? Erməni olduqlarını eşidəndən sonra daha təmizləmirəm”,-deyə məzarlığın əməkdaşı saytımıza açıqlamasında deyib.
Məzarlıqdan həmin görüntüləri təqdim edirik:
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Masazırın bir hissəsində işıq olmayacaq
Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.Bu barədə CityPost.az "Azərişıq" ASC-yə istinadən xəbər verir.Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
30 May 2026, 23:37
Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb
Yuxarı Qarabağ kanalından meyit tapılıb.CityPost.az-ın məlumata görə, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
30 May 2026, 20:10
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib.CİTYPOST.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur.Kredit qoyuluşunun 22 milyard 440,7 milyon manatı və yaxud 68,8 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 8 % çoxdur.Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 168,5 milyon manat təşkil edib. Bu, illik müqayisədə 11,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 25 %-ə çatıb.Mayın 1-nə bank...
30 May 2026, 14:50
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.Citypost.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmayıb.Geri qayıtdıqda isə mənzilindən ona məxsus tozsoran, kondisioner, elektrik sobası, televizor, həmçinin digər dəyərli əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edib.Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Rişad Zeynalov, qardaşı 37 yaşlı Fəyyar Zeynalov və 39 yaşlı Mikayıl Səlimov saxlanılıblar. Hər üç şəxs barəsində istintaq araşdırmaları davam etdirilir....
30 May 2026, 13:19
Sabahın hava proqnozu açıqlanıb
Sabah Azərbaycanda hava necə olacaq?Mayın 31-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraitinin əsasən bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı,...
30 May 2026, 12:48
Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Azərbaycan ilə Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, konstruktiv dialoqumuzun davam etdirilməsi, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirəcəyik.Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm"....
30 May 2026, 11:05