Zahid Oruc təxribatçıları İFŞA ETDİ
Cəmiyyət 24 Oktyabr 2025, 11:33
8972
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılması və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilməsi cəmiyyətdə böyük müzakirələrə səbəb olub.
Məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:
278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;
274-cü maddə – dövlətə xəyanət;
193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).
Qeyd olunan informasiya yayıldıqdan sonra Ramiz Mehdiyevin ətrafında müxtəlif adlar hallanmağa başladı. Həmin müzakirələr fonunda xaricdə oturub,işləri saxta məlumat hazırlamaq olan,bir qrup dəstə də fəallaşmağa başladı. Başda Məhəmməd Mirzəli olmaqla digərləri “feyk” məlumatlar hazırlamaqla ictimaiyyəti çaşdırmağa çalışdılar. Onların hədəfinə tuş gələnlərdən biri də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri,Azərbaycan Prezidentinə və Dövlətinə daim sadaqət sərgiləyən millət vəkili Zahid Oruc oldu.
Qeyd edək ki, mediada yayılan son məlumatlarda Zahid Orucun Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu, ondan “dövlət adamı” obrazı düzəltməyə çalışdığı və “ata” adlandırdığı vurğulanırdı.
Bu və digər məsələlərlə bağlı millət vəkili Zahid Oruc CityPost.az saytına açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:
“Xəyanət bütün hallarda bağışlanılmazdır.Onu törədənlər ən ağır cəzaya layiqdir. Mehdiyevin aşkar edilmiş cinayətləri özünü intihar və ya onun özünə qəsdidir. Çünki,bir adamın çevrəsində 10-20-30-50 adamın olması və Dövlət əleyhinə nəyisə etmək cəhdi yalnız ağılsızlıq kimi qiymətləndirilməlidir. Bu kimi hərəkətlərə hətta ,Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə cəhd edilsə də onların qarşısı qətiyyətlə alınmış və heç bir ciddi nəticə doğurmamışdır.
Şükr olsun,millətimiz və Ali Baş Komandanımızın rəhbərliyi altında Ramiz Mehdiyev sayaq fikirləşənlər hər zaman dəf edilib. Onların etmək istədikləri inqilablar istər rəngli olsun,istər rəngsiz sonu uğursuzluqla nəticələnib. Amma, Dövlət qorunub,saxlanıb daha da möhkəmlənib.İndi isə qələbə dövründə bu cür cəhdlərin heç bir uğurlu nəticəsi olası mümkün görünmür.
İkincisi keçmiş dövrə bağlı söylənilən hər hansı iki,üç cümlə üzərində insanları hansısa komandalara,dairələrə,qruplara,maraqlara bölüb,linc edəndə bu bir nəfərin hamıya qarşı müharibəsinə bənzəyir.
Üçüncüsü hər zaman Azərbaycan Dövlətinə və Dövlətçiliyinə,Ulu Öndərə və İlham Əliyev cənablarının apardığı siyasi xəttə ləyaqətlə xidmət etmişəm. Tərəfimdən bunu sübut etməyə çalışmaq, Dövlətçilik naminə gördüyümüz böyük işləri zədələyər,kölgə salar.Şükürlər olsun ki,Prezidentimiz və xalqımız kimin kim olduğunu yaxşı bilir.Belə şeyləri sübut,isbat etməyə ehtiyac yoxdur.
Həmçinin oxuyun
Baxın,bir daha söyləyirəm, Məhəmməd Mirzəli kimi ifunətli bir məxluqa məxsus “Made in Azərbaycan”ın fəaliyyətini 2021-ci ildə mənim təmsil etdiyim mərkəz araşdırmışdı.
Bunu açıqca söyləmişik və bu media məkanında da var. Bunlar böyük bir qrup halındadır. Məhəmməd Mirzəli öz tərcümeyi- halını səhvsiz yazacaq bir durumda deyil. Ancaq, onun başçılıq etdiyi qrup hibrid mübarizə texnologiyasıdır.İndi də süni informasiya texnologiyaları ilə təchiz ediliblər.Onlar daim Dövlət əleyhinə kampaniyalar aparmaq,bölücülük salmaq və bu kimi təxribatlar yaratma,şərəfli və namuslu vətənpərvər insanları ləkələmək yolunu seçiblər.
Oktyabrın ortalarında mənə qarşı onlar tərəfdən informasiya hücumu oldu.Sizi inandırıram ki, bu “ata” söhbəti küfr və cəfəngiyyatdır.Nə kiməsə o sözü demişik, nə üzr məktubu olub...Bütün bunlar uydurmadır və məni ləkələyib,gözdən salmağa yönəlmiş uğursuz cəhdlərdir. Həmin cəfəngiyyatı bu gün də onlar ayrı-ayrı deputatların -Novruz Aslan,Elnarə Akimovanın və başqalarının üzərindən yaymağa can atırlar. Mən də deyilənlərə kəskin etirazımı bildirdim.Məncə, etirazım yerində oldu və eşidildi də...
Məlumdur ki, Məhəmməd Mirzəli və onun ifunət yuvası ,eləcə də digər onun kimilər xaricdən idarə olunan Azərbaycan Dövlətinin əleyhinə yönəlmiş böyük bir şəbəkədirlər. Müxtəlif formada platformalar və ayrıca hesablar yaradıblar.
Xalça sistemi ilə hər bir ilmədə,hər kanalda yerləşiblər.İctimai fikrə nəyisə çıxarırlar, bilərəkdən cəmiyyəti çaşdırırlar.İyrənc vasitələrlə insanlar linç olunur.
Özləri də bilməyərəkdən bəzi adamlar onların qurduğu bu tələyə düşürlər.
Onlar əllərindəki vasitələrlə utanmadan hər gün Dövlətə,Dövlət başçısına, onun ailəsinə çirkin çamurlar atırlar.
Dövlətə və Dövlət başçısına sədaqət göstərmək hər zaman borcumuzdur. Bu,dəqiqdir.Bu,doğrudur.Bunu hər yaşda,hər dönəmdə etməlisən.Xüsusi ilə də Dövlət sistemində çalışmayanda...
Ona görə də bizim üçün bu məsələlərdə onlarla,yüzlərlə həm media, həm də sadə vətəndaş rəyləri,mövqeləri çox önəmlidir. Onların qurduğu tələyə düşən bir neçə insanlar var .Xaricdən gedən o yazıları sonra legitimləşdirirlər.
“Landramat” məsələsi də Norveçin bir məhəlli qəzetinə əvvəlcə sızdırıldı. Ordan qəzetlərə yansıtıldı, sonra “Herald Tribun”a atıldı.Ordan da artıq bizim ölkənin mediasına gətirildi.Bununla da “legitimlik” statusu qazandı.Bu,bir fəlakətdir.Bu,son dərəcə informasiya məkanının zərbə altında qalmasıdır.Onu iki fransız,bir alman idarə edir. Bu adamın yazmaq qabiliyyəti, qələmi yoxdur. Baxın,əsasən qısa videolar paylaşır...
Media məkanımız bu fonda hibrid və çarpaz atəş altında daxili geniş diskusiyalar şəraitində olardısa,bu halda kənardan o cür texnologiyalar effekt doğurmazdı.Onlar özlərinə auditoriya yığa bilməzdi”,-deyə Zahid Oruc bildirib.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çempionlar Liqası: "Qarabağ" doğma meydanda "Ayaks"a uduzub
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən matç qonaqların qələbəsi ilə bitib - 4:2.Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib."Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubl müəllifi olub.Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın 7 xalı var....
11 Dekabr 2025, 00:08
Prezident İlham Əliyev Sərəncam imzalayıb
2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsi keçiriləcək.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.
10 Dekabr 2025, 21:22
Hikmət Hacıyev Mixail Qaluzinlə regional və beynəlxalq məsələləri müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.CityPost.az xəbər verir ki, bu barədə H.Hacıyev "X" səhifəsində paylaşım edib.Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.
10 Dekabr 2025, 21:17
Qadın sürücüyə böhtan atıbmış? - VİDEO
Bir müddət öncə sosial şəbəkələrdə taksi sürücüsünün xanım müştəri ilə kobud rəftar etməsi başlığı altında video yayılmışdı.CityPost.az xəbər verir ki,Sözügedən videoda sürücünün azyaşlı uşaqla taksidən istifadə edən qadına qarşı kobud rəftar etməsi qeyd olunurdu.Oxu24.com-a müraciət edən sürücü Zaur Hüseynov əslində hadisənin təqdim edilən formada baş vermədiyini bildirib."Həmin günü maşına uşaqlı bir xanım mindi.Uşaq hardasa 3-4 yaşında olardı.Yəni,özü yeriyə bilən bir uşaq idi.Maşına mindiyi vaxtdan uşaq ayaqqabı ilə oturacağın üstünü və qıraqlarını batırmağa başladı.Gördüm ki,anası heç bir reaksiya vermir.Mən xanımdan xahiş etdim ki,uşağın ayaqqabısını çıxarsın ki,maşını batırmasın.Çünki,həmin müştəri düşdükdən sonra başqası minir.Səliqəsiz və çirkli maşına minən müştəri günahı bizdə görür.Bu niyyətlə...
10 Dekabr 2025, 21:09
Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Azərbaycanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir....
10 Dekabr 2025, 20:00
Bu ərazilərdə pensiyalar ödənildi
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.CityPost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, habelə Naxçıvan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.Həmçinin digər bölgələr üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin dekabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək....
10 Dekabr 2025, 15:22