Bizə yazın

Baku

-°C

USD

-

Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə 

Hadisə 10 Dekabr 2025, 10:38

215

Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılov və oğlu Orxan İsmayılzadə ilə bağlı qalmaqal yeni mərhələyə keçib. Musavat.com xəbər verir ki, Azərbaycan vətəndaşı Fidan Abbasova Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edərək, uzun illər davam edən hüquq mübarizəsini və məhkəmə çətinliklərini detallı şəkildə təqdim edib.

Fidan Abbasova qeyd edir ki, o, 2012-2017-ci illər ərzində Orxan İsmayılzadə ilə faktiki ailə münasibətlərində yaşayıb. Bu münasibətdən onların Nil adlı qız övladı dünyaya gəlib. 

“Hər kəs bizi ailə kimi tanıyırdı”, - deyə o bildirir. Müraciətdə qeyd olunur ki, bu illər ərzində həm yaxın ətraf, həm də Orxan İsmayılzadənin atası Mikayıl İsmayılov onları ailə kimi qəbul edib, hətta Fidanı gəlini, Nil adlı qızcığazı isə nəvəsi kimi tanıdığını göstərən çoxsaylı foto və videogörüntülər mövcuddur.

Lakin Fidan Abbasovanın dediyinə görə, münasibətlər qısa müddət ərzində kəskin şəkildə pozulub. Səbəb isə daha bir övladın dünyaya gələcəyi xəbəri olub. Müraciətdə qeyd edilir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadənin təzyiqi altında ikinci hamiləlik məcburi şəkildə sonlandırılıb. Bu hadisədən sonra tərəflər arasında münasibət tam qırılıb.

Fidan Abbasova qızının hüquqlarını qorumaq üçün Sabunçu Rayon Məhkəməsinə “atalığın müəyyən edilməsi” tələbi ilə müraciət edib. Lakin aldadılıb: “Məni notariusa aparıb aldatma yolu ilə iddiadan imtina ərizəsini imzalatdırdılar. Mən heç vaxt məhkəmədən imtina etməmişdim”.

Bu epizodla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparıldığı bildirilir.

Məhkəmə prosesi yenidən başlanandan sonra Sabunçu Rayon Məhkəməsi 4 dəfə DNT ekspertizası təyin edib. Hər dəfə Orxan İsmayılzadə və vəkilinə rəsmi bildiriş göndərilsə də, Orxan ekspertizadan yayınaraq iştirak etməyib. Nəticədə  məhkəmə Fidan Abbasovanın iddiasını təmin edib, Nilin atasının Orxan İsmayılzadə olması məhkəmə qərarı əsasında tanınıb, müvafiq olaraq azyaşlının sənədlərində atası qrafasında Orxan, soyadı qrafasında isə İsmayılzadə sözləri yazılıb.

Orxan İsmayılzadə qərardan apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi iş üzrə 5-ci ekspertizanın keçirilməsinə qərar verib. Lakin şikayətçi bildirir ki, bu dəfə də Orxan İsmayılzadə prosesə qatılmayıb və məhkəmə ikinci instansiyada da iddiaçı Fidan Abbasovanın xeyrinə qərar çıxarıb.

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan  İsmayılzadənin cavabdeh olduğu məhkəmə iclası keçirilib-Adını da, soy adını  da qızına verdi » Mehdiyevin BLOQU Azia.az

Fidan Abbasovanın müraciətində ən kəskin ittihamlardan biri Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyevə yönəlib. O iddia edir ki, vəkil əvvəlcə ona iddiadan imtina etməsi üçün pul təklif edib, daha sonra isə açıq hədə-qorxu gəlib:  “Dedi ki, Ali Məhkəmədə iş sizin xeyrinizə bitməyəcək”.

Fidan Abbasovanın sözlərinə görə, elə belə də olub. Orxan İsmayılzadənin kasasiya şikayəti əsasında Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin onun xeyrinə olan qərarını ləğv edib. Səbəb kimi guya ekspertiza barədə bildirişin cavabdeh tərəfə çatdırılmaması göstərilib.

Fidan Abbasova isə bildirir ki, bütün bildirişlər iş materiallarında var, üstəlik, ekspertizanın birində onların iştirakı da olub: “5 dəfə ekspertiza təyin edilib, 5-də də Orxan iştirak etməyib. Buna baxmayaraq, Ali Məhkəmə qərarı ləğv etdi. Bu qərarın arxasında nə dayanır - bu da qaranlıqdır”.

Hazırda iş Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır.

Şikayətçi qeyd edir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadə prosesin bilərəkdən uzadılacağını açıq şəkildə etiraf edirlər: “Deyirlər ki, məsuliyyətdən yayındırmaq üçün nə lazımdırsa edəcəklər”.

Fidan Abbasova bildirir ki, bütün bu proses bir ana və azyaşlı uşağın hüquqlarını tapdayır və artıq dözümlü olmaq mümkün deyil.

O, Prezident Administrasiyasına ünvanladığı müraciətdə işin əsassız uzadılmasının dayandırılması; atalığın müəyyən edilməsi barədə işin qanuni, ədalətli araşdırılması; qızının hüquqlarının təmin edilməsini istəyir. 

Yazıda adıçəkilən şəxsləri dinləməyə hazırıq.

Yeni Musavat

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - Foto 

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı imiş.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nicat Agentlikdə məsul vəzifələrdən birini tutub.Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir....

09 Dekabr 2025, 10:27

Onların meyitləri tapıldı

Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb. CityPost.az  xəbər verir ki, dekabrın 6-sı saat 13 radələrində Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Gülçin Aleksandr qızı Potapenkonun meyiti yaşadığı Masazır qəsəbəsindəki evdə aşkar edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Oxşar hadisə Salyan rayonunda da baş verib. Dekabrın 7-si saat 06 radələrində 2000-ci il təvəllüdlü Ramin Sadıqov yaşadığı Salyan şəhərində qəfil vəfat edib. Onun evdə beyninə qansızmasından öldüyü bildirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır....

08 Dekabr 2025, 14:24

İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb 

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.Bu barədə CityPost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri...

08 Dekabr 2025, 12:38

Hökməli–Qobu yolunda avtomobillər toqquşub, bir nəfər ölüb 

Hökməli–Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.Qəza nəticəsində minik avromobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

08 Dekabr 2025, 12:02

DİN Naxçıvanda “uşaq oğrusu” ilə bağlı görüntüləri araşdırıb 

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusunun peyda olması” ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən CityPost.az-a verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və onunla valideynlə birgə profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə izahlar verilib.Həmçinin azyaşlının valideyinlərinə də övladlarının internet mühitində davranışına nəzarətin vacibliyi barədə xəbərdarlıq edilib.Məlumata görə, Naxçıvan ərazisində uşaq oğruluğu, yaxud bu kimi təhlükəli hadisələrlə bağlı hər hansı bir fakt qeydə alınmayıb....

08 Dekabr 2025, 10:46

1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı 

Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.CityPost.az  xəbər verir ki, bu haqda DİN məlumat yayıb.Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

07 Dekabr 2025, 13:10