DTX: Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanılıb
Hadisə 10 Dekabr 2025, 14:09
312
Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.
CityPost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Məlumata görə, görülmüş müvafiq tədbirlərlə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilib, özlərini "kriminal aləm"in nümayəndələri hesab edən Azərbaycan Respublikasının vətəndaşları müəyyənləşdirilərək ifşa olunublar.
Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Azərbaycan Respublikasına gətirilərək istintaqa cəlb edilib.
Həmçinin oxuyun
Eləcə də, bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbi oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Davam edən tədbirlər və cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılov və oğlu Orxan İsmayılzadə ilə bağlı qalmaqal yeni mərhələyə keçib. Musavat.com xəbər verir ki, Azərbaycan vətəndaşı Fidan Abbasova Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edərək, uzun illər davam edən hüquq mübarizəsini və məhkəmə çətinliklərini detallı şəkildə təqdim edib.Fidan Abbasova qeyd edir ki, o, 2012-2017-ci illər ərzində Orxan İsmayılzadə ilə faktiki ailə münasibətlərində yaşayıb. Bu münasibətdən onların Nil adlı qız övladı dünyaya gəlib. “Hər kəs bizi ailə kimi tanıyırdı”, - deyə o bildirir. Müraciətdə qeyd olunur ki, bu illər ərzində həm yaxın ətraf, həm də Orxan İsmayılzadənin atası Mikayıl...
10 Dekabr 2025, 10:38
Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - Foto
Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı imiş.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nicat Agentlikdə məsul vəzifələrdən birini tutub.Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir....
09 Dekabr 2025, 10:27
Onların meyitləri tapıldı
Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb. CityPost.az xəbər verir ki, dekabrın 6-sı saat 13 radələrində Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Gülçin Aleksandr qızı Potapenkonun meyiti yaşadığı Masazır qəsəbəsindəki evdə aşkar edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Oxşar hadisə Salyan rayonunda da baş verib. Dekabrın 7-si saat 06 radələrində 2000-ci il təvəllüdlü Ramin Sadıqov yaşadığı Salyan şəhərində qəfil vəfat edib. Onun evdə beyninə qansızmasından öldüyü bildirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır....
08 Dekabr 2025, 14:24
İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.Bu barədə CityPost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri...
08 Dekabr 2025, 12:38
Hökməli–Qobu yolunda avtomobillər toqquşub, bir nəfər ölüb
Hökməli–Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.Qəza nəticəsində minik avromobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
08 Dekabr 2025, 12:02
DİN Naxçıvanda “uşaq oğrusu” ilə bağlı görüntüləri araşdırıb
Ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusunun peyda olması” ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən CityPost.az-a verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və onunla valideynlə birgə profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə izahlar verilib.Həmçinin azyaşlının valideyinlərinə də övladlarının internet mühitində davranışına nəzarətin vacibliyi barədə xəbərdarlıq edilib.Məlumata görə, Naxçıvan ərazisində uşaq oğruluğu, yaxud bu kimi təhlükəli hadisələrlə bağlı hər hansı bir fakt qeydə alınmayıb....
08 Dekabr 2025, 10:46