Bizə yazın

Baku

-°C

USD

-

Mənzər Nurəliyevaya çətir tutan general kimdir? - Sən demə Mənzərin xanımı da var imiş...

Cəmiyyət 21 Noyabr 2025, 14:21

42822

Son günlər Mədəniyyət Nazirliyi ətrafında skandallar yaşanır.İş o yerə şatıb ki,sənət adamlarının bir qismi Nazirliyin bir neçə əməkdaşına qarşı  sözün əsl mənasında müharibə elan edib.Şikayətçilərin bir neçə nəfər olması onların haqlı tərəf kimi görünməsini gücləndirir.Sənət adamlarının arqumentlərinə  qarşı tərəf isə şablon açıqlamalarla cavab verməklə işini bitirmiş hesab edir.Belə olan halda rəsmi durum çətin vəziyyətə düşür və debatlarda sənət adamlarına uduzur.Dünən Baku TV-nin efirində yayımlanan "Aktual Gündəm" verilişində olduğu kimi...Verilişdə Mədəniyyət Nazirliyini təmsil edən şəxslərin sənətçilərin sərt sualları qarşısında aciz qaldığı açıq-aşkar görünürdü.Efirdə verilən suallardan biri də münasibətlərin bu həddə çatmasına səbəbkar kimi göstərilən Mənzər Nurəliyevanın kimliyi və təhsili idi.Buna da cavab verilmədi...

CityPost.az  xəbər verir  ki,mənbənin Oxu24.com-a verdiyi məlumata görə,Nazirliklə müğənnilər arasında uçurum yaradan Mənzər Nurəliyeva özü ortalıqda yoxdur.Müğənnilər bu adı yaxşı tanısa da,media və ictimaiyyət bu şəxsi o qədər də tanınmır.Nazirliyin dəhlizlərində və kulis arxasında sənətçilər  bu qadını "Dəmir Lady" adlandırırlar.Bu isə onun sözünün kəsəri və təsir gücü  ilə əlaqələndirilir.

Bir neçə nazir yola salmasına baxmayaraq postunda qalmağı bacaran Mənzər Nurəliyava  barəsində daha çox rüşvət iddiası irəli sürülür.Bu gün müğənni Almaxanım Əhmədova onun ətir həvəskarı olduğunu və ifaçılardan bahalı ətirlər tələb etdiyini iddia edir.Özü də elə belə ətir yox,nə az,nə çox -1000 manat dəyərində...Digər ifaçı Nura Suri isə xanım əməkdaşın plastik əməliyyatlarına minlərlə dollar xərclədiyini iddia edir.Nədənsə,bu mövzuda Nazirliyi təmsil edən Aynur Kərimova söhbətə müdaxilə edir və sənətçini sənətdən danışmağa dəvət edir.Sənətlə bağlı suallar veriləndə isə,Nazirlik rəsmisi susur...

Verilişə evdən qoşulan digər Nazirlik rəsmisi Oleq Əmirbəyov isə müğənnilərin sərt ittihamlarına bir çox hallarda gülərək reaksiya verir...Efir zamanı Nazirliyi təmsil edən Aynur Kərimovanın terminləri səhv salması və çıxılmaz duruma düşməsi isə tam bir başqa zamanın mövzusudur...

Qayıdaq öz mövzumuza...Maraqlıdır, kimdir bu Mənzər Nurəliyeva?

İlk olaraq onu qeyd edək ki,Nazirlik əməkdaşının rəsmi adı Mənzərxanım Nurəliyevadır.

Diqqəti cəlb edən məqamlardan biri də odur ki,Mədəniyyət Nazirliyinin rəsmi saytında bu adda əməkdaş qeyd edilməyib.Hətta saytın axtarış bölümündə belə bu şəxsin ad,soyadı ilə bağlı heç bir məlumat tapılmır.

Araşdırmamızı sosial şəbəkələr üzərindən apardıq.

Oxu24.com-un araşdırması zamanı məlum olub ki,keçmiş mədəniyyət naziri Əbülfəz Qarayev Mənzər Nurəliyevaya  2019-cu ilin mayında təltif olunması barədə medalı təqdim edib.Həmin vaxtda Mənzərxanım Nurəliyeva  Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, nazirliyin Həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində olub.Onu təltif edən isə,Dövlət Qurumlarından birinin rəhbəri olmuş  generaldır.Bu haqda Nazirliyin rəsmi saytında informasiya paylaşılsa da,sonradan hansısa səbəbdən həmin xəbər saytdan silinib.

Oxu24.com-un əməkdaşı  həmin fotonu əldə edib.

Həmin foto - 21 may,2019-cu il...

Saytdan silinən link:

Mənzərxanıma diqqət bununla bitməyib.O,daha bir rəsmi şəxs tərəfindən mükafat alıb.Mənzərxanım Nurəliyeva yubileyi münasibətilə  rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilməsi də məlum olur. Bu,təltif  2024-cü ilin 4 iyulunda baş verib.Ona yubileyi ilə bağlı təbrik bu üsulla edilib.

Göründüyü kimi,xanım əməkdaş Nazirlikdə mühüm fiqur olaraq seçilib və bu gün də belədir.Haqqında ağır ittihamlar olmasına baxmayaraq hələ də susur və vəzifəsində qalır.

Ortaya belə bir sual çıxır: Mənzər Nurəliyevanı kim gizlədir,yaxud kim qoruyur?

Mövzu ilə bağlı yeni detalları təqdim edəcəyik.

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İran İsrailə zərbələri dayandırıb 

İran İsrailə zərbələri dayandırdığını elan edib."Report" xəbər verir ki, bu barədə İranın "Fars" agentliyinə istinadən "Ynet" məlumat yayıb.Lakin eyni zamanda Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib."İran Silahlı Qüvvələri İsrailə qarşı hərbi əməliyyatları dayandırdığını elan edib", - bildirilib.Bununla yanaşı, Tehranda vurğulanıb ki, əgər İsrail ordusu Livanda "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirərsə, İran daha sərt cavab zərbəsi endirəcək.Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb regionlarındakı hərbi obyektlərə hücum...

08 İyun 2026, 15:45

Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşüb 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.APA-nın Türkiyə bürosu xəbər verir ki, görüş İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.Hər üç ölkənin xarici işlər nazirlərinin təkbətək görüşlərindən sonra birgə toplantının keçirilməsi gözlənilir.Daha sonra hər üç nazirin mətbuata birgə bəyanatla çıxış etməsi planlaşdırılır.

08 İyun 2026, 14:45

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib 

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.Citypost.az xəbər verir ki,  müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov gətirilib.Qeyd edək ki, bununla nazirin müşavirlərinin sayı üçə çatıb.

08 İyun 2026, 14:42

MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirilib 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) "MEDİA Könüllüləri" proqramının məzunları və növbəti könüllülük proqramına seçilən gənclərlə görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.Agentliyin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin gənclərin peşəkar inkişafına yönəlmiş fəaliyyətindən, könüllülük proqramının əhəmiyyətindən və media sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən danışıb.O, proqramı uğurla yekunlaşdıran könüllülərin Agentliyin müxtəlif layihə və tədbirlərində fəal iştirakını yüksək qiymətləndirib, əldə olunan təcrübənin gələcək peşə fəaliyyətlərində gənclər üçün mühüm üstünlük olacağını qeyd edib.Növbəti - onuncu könüllülük proqramının iştirakçıları ilə tanışlıq olub, proqramın fəaliyyət istiqamətləri, nəzərdə tutulan təlimlər və qarşıdakı dövr ərzində həyata keçiriləcək fəaliyyətlər barədə məlumat verilib....

08 İyun 2026, 14:30

Culfada Vəkil Bürosunun açılışı olub 

Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunda Vəkil Bürosu fəaliyyətə başlayıb."Report"un yerli bürosu xəbər verir ki, açılış mərasimində muxtar respublikanın rəsmi şəxsləri, Vəkillər Kollegiyasının rəhbərliyi və yerli vəkillər iştirak ediblər.Tədbir çərçivəsində qonaqlara yeni inzibati bina təqdim olunub, yaradılan iş şəraiti ilə yerində tanışlıq keçirilib.Eyni zamanda, vəkillərlə görüş keçirilib, onların peşə fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib. VK rəhbərliyi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb....

08 İyun 2026, 14:27

Qaxda 1 ton çətənə kolu məhv edilib 

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.DİN-in Mətbuat xidmətinin regional qrupundan Citypost.az-a verilən xəbərə görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.

08 İyun 2026, 14:15