Bizə yazın

Baku

-°C

USD

-

Sabiq nazirin şirkəti 8.500.000 manatlıq tenderin qalibi olub  

Cəmiyyət 28 Noyabr 2025, 12:42

14397

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” MMC və ona bağlı şirkətlərin cari il ərzində bağladığı dövlət müqavilələrinin nəticəsi sözün həqiqi mənasında  göz qamaşdırır.

CityPost.az  xəbər  verir   ki,məlum olub ki, Füzuli Ələkbərovun şirkətləri bir neçə nazirlik və dövlət qurumları ilə yüksək məbləğli müqavilələr imzalayıblar.

Araşdırmalara görə “İmprotex Motors” və “İmprotex Truck and Buses” MMC aldığı ümumi dövlət sifarişlərinin məbləği təxminən 8.500.000 manatdan çoxdur.

Xatırladaq ki, sözügedən şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 6 milyon, Dövlət Radio Tezlikləri İdarəsi ilə 1 milyon, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə 220.000 manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə 253.000 manat dəyərində müqavilələr imzalayıb.

“İmprotex Truck and Buses” MMC-nin nizamnamə kapitalı cəmi 220.000 manatdır. Şirkətin qanuni təmsilçisi Abdullayev Fərid Azər oğludur.

Hüquqi ünvanı isə rəsmi sənədlərdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33 göstərilir.

Onun qanuni təmsilçisi olduğu “İmprotex Motors” MMC-də eyni ünvanda qeydiyyatdadır. Füzuli Ələkbərova məxsus olduğu deyilən hər iki şirkət əsasən dövlətdən sifarişlər qəbul edir və xüsusi ilə nəqliyyat vasitələrinin satın alınması və təmiri ilə məşğul olur. 8.500.000 manatdan çox tenderin qalibi olan şirkətin rəhbəri Füzuli Ələkbərovun bacısı oğlu Fərid Cəfərovdur. O, hazırda Mədəniyyət naziri Adil Kərimlinin müavinidir. 

Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, bundan başqa İpoteka və Kredit Zəmanət Fondu da “İmprotex Motors”dan 4 avtomobil alacaq.

Noyabrın 24-də fondla şirkət arasında bağlanmış satınalma müqaviləsinin şərtlərinə görə fondun alacağı avtomobillərin üçü komfort, biri isə biznes sinfinə aiddir. Qeyd edək ki, “İmprotex Motors” MMC 10.07.2004-cü ildə qeydiyyata alınıb.

Onun qanuni təmsilçisi sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdur. Xatırladaq ki, Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov İsmayıllı rayonunun keçmiş icra başçısı olub. Onun və yaxınlarının rayon ərazisində törətdiyi özbaşınalığa rəğmən sakinlər ayağa qalxıb onun oğluna məxsus avtomobillərdə və oteldə yanğın törətmişdilər. Məlumatlara görə Ələkbərovların atası Həsən Ələkbərov hələ SSRİ dönəmində Dövlət Təhlükəsizlik Komitəsində məsul vəzifələrdə çalışmışdır.    

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edəcək 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 17-i saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək. Citypost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula iyulun 16-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. Qəbul mərkəzi icra hakimiyyəti orqanları...

13 İyul 2026, 16:00

AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar 

Sürücülər bu gün ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar."Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmisi Rüfət Əmiraslanov Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib."Düşünürəm ki, bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Sürücülər bilməlidirlər ki, hər hansı ehtiyat hissəsini alanda onun fəsadları hansı formada baş verə bilər. Yəqin ki, hamımız görmüşük və bilirik ki, son vaxtlar avtomobillərin sırf texniki nasazlıq səbəbindən baş vermiş nəqliyyat qəzalarının fəsadları necə ağır olur. Sürücülər orijinal olmayan saxta malların birbaşa onların həyatına, yəni ölümünə və yaxud ağır yaralanmasına gətirib çıxara biləcəyini dərk etməlidirlər. Bu baxımdan,...

13 İyul 2026, 15:47

Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb 

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:#ShushaGlobalMediaForum pic.twitter.com/a2NzqE4Twd— İlham Əliyev (@azpresident) July 13, 2026

13 İyul 2026, 15:15

ÜGT-nin Baş katibi Azərbaycana səfər edib

İyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Saunders Azərbaycana səfərə gəlib.Citypost.az xəbər verir ki, Dövlət Gömrük Komitəsində İan Saunderslə keçirilən görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib, əlaqələrin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Baş katibə son dövrərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.Baş katib İan Saunders Dövlət Gömrük Komtəsində gömrük əməkdaşları ilə görüşüb, onlar qarşısında çıxış edərək gömrük işinin inkişafı istiqamətində tətbiq edilən yeni yanaşmalar, müasir çağırışlardan bəhs edib, Ümumdünya Gömrük...

13 İyul 2026, 14:50

Naibə Allahverdiyevanın adından DƏLƏDUZLUQ 

Xalq artisti Naibə Allahverdiyeva onun adından dələduzluq edildiyini açıqlayıb.Citypost.az Redaktor.az-a istinadən xəbər verir ki, aktrisa naməlum şəxslərin süni intellekt vasitəsilə onun səsini təqlid edərək insanlardan kart məlumatlarını əldə etməyə çalışdıqlarını bildirib:"Məni tanıyanlar, dostlarım və qonşularım, diqqətli olun. Bir-iki saat əvvəl aktrisa həmkarlarımdan biri mənə zəng vurdu və dedi ki, guya vatsap vasitəsilə ona yazmışam. Mesajda deyilirdi ki, hansısa mağazanın 22 illik yubileyi münasibətilə dost siyahısında olan insanlara 500-1000 manat hədiyyə edilir. Bunun üçün də mənim adımdan kart məlumatları istənilir. Hətta səsimdən də istifadə ediblər. Süni intellekt vasitəsilə səsimi hazırlayıb göndəriblər. Mənim isə bundan heç bir xəbərim yoxdur. Bəxtəvər başıma, 500...

13 İyul 2026, 14:00

Parlament sabah növbədənkənar sessiyaya yekun vuracaq

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası 14 iyulda keçiriləcək.Citypost.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

13 İyul 2026, 13:36