Bizə yazın

Baku

-°C

USD

-

Rəqsanə İsmayılovaya tədbirlərə qatılmaq yasaqlandı  -  Əks halda həbs oluna bilər

Cəmiyyət 25 Noyabr 2025, 14:50

12177

Bir neçə gün öncə vətəndaşın  520 min ABŞ dollarını və 35 min manat dəyərində qızıl-zinyət əşyalarını dələduzluq yolu ilə ələ keçirən Rəqsanə İsmayılova barədə məhkəmənin çıxardığı 4 aylıq həbs qətimkan  tədbiri vurmuş olduğu ziyanın xeyli hissəsini qaytardığı üçün vəkilinin vəsatətinə əsasən ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Bəs,ev dustaqlığı qətimkan tədbiri nədir?Kimlərə və zaman şamil oluna bilər?

Azərbaycan Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü,tanınmış vəkil Ruslan Vəliyev mövzu ilə bağlı  CityPost.az    saytının suallarını cavablandırıb.

“Barəsində məhkəmə tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin birinci növbədə sərbəst hərəkət etmək azadlığı məhdudlaşdırılır.Bundan savayı yaşayış yerini tərk etməmək,müəyyən olunmuş ərazi hüdudlarını aşmamaq,yaşayış yerini dəyişməmək və bu kimi digər vəzifələri həyata keçirmək tapşırıqları onun öhdəsinə qoyulur.Eyni zamanda ev dustaqlığında olan şəxs sərbəst toplaşmaq,kütləvi tədbirlərdə iştirak etmək,ictimai-siyasi proseslərə qoşulmaq kimi hüquqlarını da itirmiş olur.Bundan başqa həmin şəxsin ünsiyyət hüquqları məhdudlaşdırıla bilər.Belə ki,onun müəyyən vaxtlarda telefon danışığına,sosial şəbəkələrədən istifadəsinə,yəni,çağırışlar,paylaşımlar etməsinə,hətta,kimlərləsə görüşlərinə məhdudiyyətlər tətbiq oluna bilər.Ev dustaqlığında olan şəxs yuxarıda göstərilən məhdudiyyətlərə əməl etməzsə,yaxud öhdəsinə qoyulan digər vəzifələrdən boyun qaçırarsa,bu halda istintaq orqanının vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilə bilər”,-deyə vəkil  Ruslan Vəliyev CityPost.az-a açıqlamasında bildirib.

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BİR ŞEİRİN TARİXÇƏSİ...

Rəhmətlik Allahverdi Müəllim olduqca dərin bir insan idi. Şairilyi, şeirləri şəxsiyyətinə ayna tuturdu, göründüyü kimi olan olduğu kim görsənən birisiydi. Onu tanıyanların yaddaşında elə bu cür də qaldı... Xatirəvi yaddaşımın ən gözəl səhifələrindəndir Allahverdi Müəllim və ailəsiylə qohumluq və tanışlığım sayəsində (Afət bibim bu evin gəlinidir) aşağıdakı şeirin necə yaranmasını mənə də özü danışmışdı. Rəhmətlik özü belə nəql edərdi ki,bir gün tələsik addımlarla üzü dikişə doğru yürürkən yamanca təngidim və hiss etdim ki ürəyim sözümə baxmır.Və həmin gün bu şeri yazdım Ürəyimə..ÜRƏYİMƏ...Gəl, soruşma hara getdi cavanlıq,Cavanlığı illər etdi yavanlıq.Hərdən susub köksüm altda bir anlıqSalma, ürək, bir azca...

26 Avqust 2026, 15:55

Kiber-dələduzluq təhlükəsi: SMS-lə gələn bu keçidlərə daxil olmayın!

Son zamanlar mobil telefon istifadəçilərinə göndərilən saxta SMS bildirişləri vasitəsilə həyata keçirilən kiber-dələduzluq hallarının sayı kəskin artıb. Kiber-cinayətkarlar müxtəlif dövlət qurumlarının, bankların, kuryer xidmətlərinin, məşhur brendlərin adından istifadə edərək vətəndaşlara təcili məzmunlu mesajlar yollayırlar. Bu mesajlarda adətən bağlamanın çatdırılması, bank kartının bloklanması, kommunal borc, yaxud qalib gəlinən uduş kampaniyası bəhanəsi ilə təhlükəli keçidlər (linklər) yerləşdirilir.Citypost.az xəbər verir ki, dələduzluq mexanizminin əsasını fişinq (şəxsi məlumatların tora salınaraq oğurlanması) üsulu təşkil edir. Mesajdakı saxta keçidə daxil olduqda istifadəçi orijinal saytlara tam bənzəyən saxta səhifələrə yönləndirilir. Həmin səhifələrdə bank kartı məlumatlarını, identifikasiya kodlarını, SMS vasitəsilə gələn təsdiq parollarını daxil edən şəxslərin hesabı anında...

26 Avqust 2026, 15:33

Pensiya kapitalını necə artırmaq olar?

Pensiya kapitalının həcmi gələcəkdə təyin olunacaq pensiya məbləğini birbaşa müəyyən edən ən vacib göstəricilərdəndir. Dövlət Sosial Müdafiə Fondunda açılmış fərdi hesablarda toplanan bu vəsait işçinin əmək fəaliyyəti dövründə ödənilən sosial sığorta haqları hesabına formalaşır. Qanunvericiliyin yaratdığı imkanlardan doğru istifadə etmək, əmək fəaliyyətini şəffaf qurmaq fərdi hesabda yığılan pensiya kapitalını dəfələrlə artırmağa imkan verir.Citypost.az xəbər verir ki, pensiya kapitalını artırmağın ən əsas yolu rəsmi əmək müqaviləsi ilə çalışmaq, əməkhaqqının tam məbləğdə bəyan olunmasını təmin etməkdir. Qeyri-rəsmi məşğulluq, eləcə də maaşın bir hissəsinin "zərf"də alınması fərdi hesaba köçürülən məcburi dövlət sosial sığorta haqlarının həcmini kəskin azaldır. Şəffaf ödənilən yüksək əməkhaqqı hər ay...

26 Avqust 2026, 13:32

Rüfət Əzizov onu direktor təyin etdi - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.Citypost.az xəbər verir ki, ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Yusif İbrahimov SABAH.city çərçivəsində ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib.Kompüter elmləri üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində alan Y.İbrahimov 2022–2025-ci illərdə Böyük Britaniyanın York Universitetində Kompüter elmləri üzrə PhD təhsili alıb. Onun əsas elmi-tədqiqat istiqamətlərini süni intellekt, dərin öyrənmə, təbii dil emalı və böyük dil modelləri təşkil edir.Qeyd edək ki, SABAH.city innovasiya, tədqiqat və sahibkarlıq fəaliyyətinin vahid ekosistemdə inkişaf etdirilməsinə yönəlmiş layihədir. Layihə çərçivəsində ADNSU-nun nəzdində...

26 Avqust 2026, 11:52

İş müsahibəsində verilən 5 çətin sual: Necə cavab verməli?

İş müsahibələri namizədlərin təkcə peşəkar biliklərini deyil, stresə dözümlülüyünü, analitik təfəkkürünü, özünüqiymətləndirmə bacarığını yoxlayan məsuliyyətli mərhələdir. İnsan resursları mütəxəssisləri tərəfindən verilən bəzi gözlənilməz, çətin suallar namizədləri çaşdırmaq məqsədi daşımır, onların böhran vəziyyətlərində necə möqye tutduğunu göstərir. Bu suallara düzgün cavab strategiyasını bilmək müsahibədən uğurla keçmək şansını kəskin artırır.Citypost.az xəbər verir ki, ən çox qarşılaşılan çətin suallardan biri "Öz zəif tərəfləriniz haqqında nə deyə bilərsiniz?" sualıdır. Burada "zəif cəhətim yoxdur" demək, yaxud "həddindən artıq işgüzaram" kimi süni ifadələr işlətmək yanlışdır. Ən yaxşı taktika real, lakin işə birbaşa mane olmayan zəifliyi qeyd etmək, onun üzərində necə işlədiyinizi, inkişaf etdiyinizi vurğulamaqdır. Məsələn, auditoriya...

26 Avqust 2026, 10:19

Məleykə Abbaszadədən təsirli paylaşım

"Mən on yeddi yaşımda Moskvaya gedib Moskva Dövlət Universitetinin tələbəsi olduğum günləri çox yaxşı xatırlayıram. Məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşmişdim. Orada isə ətrafımda ciddi seçimlərdən keçmiş gənclər var idi. İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa?Bunun üzərinə tamamilə yeni həyat şəraiti də əlavə olunurdu. Yataqxana, tanımadığım şəhər, məişət qayğıları, pulumu və vaxtımı bölüşdürmək, evdə demək olar ki, hiss etmədiyim ən adi işləri özümün görmək məcburiyyəti və s. Ailəm və dostlarım üçün də darıxırdım. Eyni zamanda ilk gündən bizə çoxlu kitab, məqalə və material oxumaq tapşırılırdı. Artıq...

26 Avqust 2026, 10:16