YAXŞI ADAM
Cəmiyyət 18 Noyabr 2025, 16:15
20400
Mənə hərdən elə gəlir ki, yaxşı adam ifadəsi, yaxşı adam anlayışı yavaş-yavaş dilimizdən, orfoqrafiyamızdan silinəcək. Bəlkə də elə insanlar var ki, bu ifadəni sonuncu dəfə nə zaman işlətdiklərini və yaxşı adamla haçan təmasda olduqlarını artıq unudublar. Dostum, tanınmış şair uzun müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə Aparatında məsul vəzifələrdə çalışmış, mərhum Ramiz Məmmədzadə mən “Yazıçı” nəşriyyatının direktoru olan zaman “İşıq günü” şeirlər kitabının çapı ilə bağlı nəşriyyata gəlmişdi. Məşhur şair Şamxal Rüstəm də mənim yanımda idi. Şamxal bizə Əjdər Olun ona etdiyi maddi və mənəvi, təmənnasız yaxşılıqlardan danışırdı. Ramiz müəllim, dərhal Şamxalın sözünü kəsib, ağzında qoydu: “Şamxal, sən Allah lazım deyil, danışma, onsuzda biz bilirik ki, O yaxşı adamdır. Kasıb-kusuba, xüsusən qələm adamlarına əlindən gələn yaxşılığı əsirgəyən deyil. Onun adını orda-burda çəkib yazığı dilə-dişə salma. Sən bilirsənmi ki, yaxşı adamlara bir qayda olaraq yüksək vəzifə, imtiyaz vermirlər.Adamlara yaxşılıq elədiyini eşidib onu işdən çıxararlar, tutarlar. Nə edib,edib də... Allah köməyi olsun. Bir daş altda, bir daş üstdə... Dilini dinc saxla. Onun adını və etdiklərini yaz ürəyinə. Elə bilirsən onun yaxşı adam olduğunu biz bilmirik?”.
Ramiz müəllimin Şamxal Rüstəmə yarı zarafat, yarı ciddi dediklərinə güldük. Sonralar isə Əjdər Olu həqiqətən tutdular və 8 il 6 ay cəza verdilər. Amma, daha bilmədim yaxşılıq etdiyinə görə tutdular, ya digər bir əməlinə görə...
Başqalarını deyə bilmərəm, mən yaxşı adamlarla çox rastlaşıb, təmasda olmuşam. Siz düşünməyin ki, barələrində danışacağım adamlar mənə hansısa böyük bir yaxşılıq ediblər və məhz ona görə də barələrində ağız dolusu danışıram. Ancaq,adını indi aşağıda çəkəcəyim insanların hər biri ilə şəxsi münasibətlərim olduğu üçün onların ətrafdakılara necə həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Yaxşı insan kimi tanıdığım, yaxşılıq etdiklərinin dəfələrlə şahidi olduğum həmin adamların adlarını çəkməsəm böyük günah etmiş olaram.
1. Aslan Aslanov (akademik, 15 ilə yaxın Mədəniyyət və İncəsənət İnstitutunun rektoru, AMEA-nın akademik katibi, Fəlsəfə və Hüquq İnstitutunun direktoru, məşhur “Lalələr” mahnısının sözlərinin müəllifi)
2. Nizaməddin Şəmsizadə (filologiya elmləri doktoru, professor, Dövlət Mükafatı Laureatı, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, Bakı Dövlət Universitetində və Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri).
3. Firudin Hüseynov (filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin kafedra müdiri, Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru).
4. Mehman Cavadoğlu (tanınmış jurnalist, “Sovet kəndi” qəzetinin şöbə müdiri, “Ədalət” və “Azərbaycan” qəzetlərinin redaktoru).
5. Rəşad Məcid (Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, “525-ci qəzet”in redaktoru)
6. Qulu Məhərrəmli (filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, uzun müddət “Az TV”-də məsul vəzifələrdə çalışıb).
7. Qənirə Paşayeva (tanınmış telejurnalist, Beynəlxalq Mükafatlar Laureatı, Milli Məclisin III, IV,V,VIçağırış deputatı).
8. Aydın Səlimzadə (tarix elmləri namizədi, yazıçı, “Elm” qəzetinin baş redaktoru).
9. Mehdi Səlimzadə (siyasi elmlər üzrə fəlsəfə doktoru,Beynəlxalq Ekoenergetika Akademiyasının professoru,Milli Məclisin Özünüidarəetmə Məsələləri üzrə Daimi Komissiyasında ekspert, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Bələdiyyə Qurumları Həmkarlar İttifiqının təsis edilməsi ilə bağlı yaradılan təşkilat qrupunun rəhbəri və Komitənin ilk sədri, Göyçay rayon İcra Hakimiyyətinin Başçısı, ədliyyə general-mayoru).
(Adlarını sadaladığım bu adamlardan dünyasını dəyişib,haqqa qovuşanlar da var.Əgər,həqiqətən cənnət-cəhənnəm məvhumu varsa,mən inanıram ki,o adamlar cənnətdədirlər).
Mehdi Səlimzadədən söz düşmüşkən onunla bağlı bir söhbəti xatırlamaq məncə yerinə düşər. Göyçayın ucqar kənd məktəbində müəllim işləyən bir tələbəlik yoldaşımla təsadüfən görüşdüm. Söz Mehdi Səlimzadədən düşdü. Mənə çox maraqlı bir əhvalar danışdı: “Mehdi müəllim yaxşı adamdır, işlədiyi müddətdə bizim rayonda çox adamlara yaxşılığı dəydi onun... İnanmıram ki, Göyçayda kimsə ondan narazılıq etsin. İndidə də Göyçaya gəl-gedi var. Eşitmişəm ki, vəzifədən uzaqlaşadan sonra kəndlərdən birinə yas yerinə gəlibmiş . Onun xələfi Natiq müəllim də orada olub. Hamı Mehdi müəllimin başına yığışıb, onunla görüşüb, hal-əhval tutub, dərdlərini danışırlarmış. Mehdi müəllim insanlara təşəkkürünü bildirib və sonra deyib ki, başçınız indi mən yox, Natiq müəllimdir. Yaxşı olar ki, xahişinizi ona edəsiniz. Kənd camaatı isə deyib ki, Mehdi müəllim,bizim başçımız sizsiniz. Biz sizi tanıyırıq”.
Mehdi Səlimzadənin Göyçaya rəhbərlik edərkən rayonda öz daxili imkanları hesabına gördüyü işlərin bir qismini nəzərənizə çatdırmaq istəyirəm: Bayraq muzeyi, rayonun ucqar kəndlərində 4 modul tipli orta məktəb, 2 nömrəli şəhər, Potu və Ləcibulaq kənd məktəblərinin əsaslı təmiri, rayonun girişində saat kompleksi, Vətən Müharibəsi şəhidi Mitalib Xudiyevin ailəsi üçün ev, Çayarxı,Müskünlü,Qarabaqqal kəndlərində uşaq bağçası və məscidin tikintisi,məcburi köçkünlər üçün çoxmərtəbəli binanın inşası, stadionun əsaslı təmiri, yeni avtovağzal və bazar kompleksinin tikintisi, Rayon Mədəniyyət Mərkəzinin, 4 məscidin və Şəhidlər Xiyabanının əsaslı təmiri, Kürdşaban kəndində imkansız ailəyə 3 otaqlı evin tikilib təhvil verilməsi, sel nəticəsində uçmuş kənd körpülərinin bərpası,Şəhidlər Xiyabanında Xocalı Soyqırımı və 1918-ci ildə ermənilərin törətdiyi soyqırım abidələri,şəhər parkında "Əbədi yaşar ədiblər" kompleksi,Əli Kərim parkının, şəhidlərin adını daşıyan rayon daxili yolların,şəhər qəbiristanlığına gedən yolun təmiri və müasir üslubda hasarlanması ,eləcə də yeraltı keçidin əsaslı təmiri və s. onun İcra Hakimiyyəti Başçısı olduğu dövrdə gördüyü işlərin kiçik bir qismidir.
Elə sabiq icra başçıları var ki,onlar çalışdıqları rayona bir daha üz tuta bilmirlər,ya da qorxa-qorxa gedirlər.Onlardan bəzilərini,məsələn,Qubanın sabiq icra başçısı Rauf Həbibovu və İsmayıllının sabiq icra başçısı Nizami Ələkbərovu əhali əlinə ağac alıb,rayondan qovub çıxardılar.Onlara məxsus evləri və obyektləri yandırdılar.Mehdi Səlimzadə isə bu gün də Göyçaya başı dik,alnı açıq gedib-gəlir.Çünki,O yaxşı adamdır...
Müəllif: Mirzə Şəmsi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Məlumata görə, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların “Azneft dairəsi” istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək.Eyni zamanda,...
04 Sentyabr 2026, 21:19
Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb."Unikal" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib:“Əziz Murad!Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.Allah sənə...
04 Sentyabr 2026, 19:34
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.Araşdırma zamanı Bakı şəhəri Nizami rayonunun Özbəkistan və Şirin Mirzəyev küçələrində, Nəsimi rayonunun Novruzov qardaşları küçəsi 75 ünvanında, Yasamal rayonunun Mətbuat prospektində, Sumqayıt şəhərinin Səməd Vurğun və C.Cabbarlı küçələrində, eləcə də Nizami küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində, Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində və Salyan rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 199 620 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət...
04 Sentyabr 2026, 19:08
AYNA yolların xətlənməsinə 37 milyon manat xərcləyəcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, tenderin yekun qiyməti 36 milyon 795 min manat təşkil edib.Sənədlərdə göstərilən işlər arasında 2 milyon kvadratmetr düz xəttin (soyuq boya) çəkilməsi, 100 kvadratmetr düz xəttin (termoplastik isti boya) çəkilməsi, 49 458 kvadratmetr soyuq boya ilə əl işləri, 41 min kvadratmetr xəttin su jeti texnikası ilə silinməsi, 2 min kvadratmetr xəttin qara boya ilə silinməsi, 130 kvadratmetr yerə yapışan simvolların tətbiqi və digər işlər yer alır....
04 Sentyabr 2026, 18:50
Zahid Oruc BAMF-ın 34 illiyini TƏBRİK ETDİ
Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 34 il ötür.CityPost.az bildirir ki, bu münasibətlə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc BAMF prezidenti Umud Mirzəyevə zəng edərək təbriklərini çatdırıb.Zahid Oruc təbrikində Umud Mirzəyevin şəxsiyyətinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətində də əks olunduğunu bildirib.“İnsan özü necədirsə, rəhbərlik etdiyi təşkilat da həqiqətən elə olur. Mən bilirəm ki, Umud müəllim necə bir insandırsa, onun rəhbərlik etdiyi təşkilat da elədir: aydındır, safdır, şəffafdır, qəlbi təmizdir. Təşkilatın da qəlbi təmizdir”, – deyə o qeyd edib.Parlamentari Umud Mirzəyevin illər ərzində beynəlxalq aləmdə qazandığı dostluqlara da...
04 Sentyabr 2026, 18:30
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
"Bakı Metropoliteni" QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20 Sentyabr" adlandırılacaq.Citypost.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar qəbul edib.Baş nazir Əli Əsədovun imzaladığı qərar 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən qəbul olunub.Bakı Şəhər İcra Hakimiyyəti və səhmdar cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir....
04 Sentyabr 2026, 18:11