Bizə yazın

Baku

-°C

USD

-

Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ 

Cəmiyyət 26 Oktyabr 2025, 22:47

989

Ana Vətən Partiyasının qurultayında baş verənlər, partiyanın qurucusu, siyasi quruma uzun illər rəhbərlik etmiş Fəzail Ağamalının sədrliyi deputat qızı Günay Ağamalıya ötürə bilməməsi, oğlu Elçin Ağamalı ilə aralarında yaşanan qalmaqal ətrafında müzakirələr davam edir.

CityPost.az xəbər verir ki, Fəzail Ağamalının deputatlıqdan geri çəkilib, “yerini” qızına verməsindən sonra partiyanın sədri postuna da G.Ağamalını gətirmə istəyi oğlu Elçinin dirənişi səbəbindən alınmayıb. Maraqlıdır ki, Elçin Ağamalının qurultay üzvlərinin səsini qazandığını əks etdirən görüntülər də var.

Bununla paralel olaraq digər YAP-çı deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirovun birinci nikahdan olan qız övladının sosial şəbəkədə müraciət yayması və atasını ittiham etməsi də müşahidə edildi ki, bəziləri bu hadisələr arasında artıq “ümumi əlaqə” tapmağa çalışırlar.

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd maddələri ilə suçlanması və barəsində ev həbsi qərarı verilməsindən sonra onun əleyhinə ən çox danışan Fəzail Ağamalı oldu və bu da təsadüfi deyil. Çünki Fəzail Ağamalı hələ 2000-ci illərdən, Ramiz Mehdiyevin faktiki olaraq ölkənin ikinci adamı statusunda olduğu vaxt ona qarşı mübarizə aparmış və ictimai şəkildə PA rəhbərini kəskin tənqi etmişdi. Fəzail Ağamalı nadir şəxslərdən idi ki, R.Mehdiyevi öz komandasına və xidmət etdiyi liderə xəyanətdə də ittiham etmişdi.

Bütün bu çıxışlar hazırda “Ramiz Mehdiyev əleyhinə danışmaq haqqına sahib olan azsaylı şəxslərdən biri” kimi bütün diqqəti Fəzail Ağamalının üzərinə yönəldib və AVP sədri də bundan qətiyyən imtina etmir, bir çox məqamları, yaxın tarixdə baş verənləri yenidən xatırladır.

Elman Nəsirovun isə əksinə, Ramiz Mehdiyevin birbaşa dəstəyi və yardımı ilə siyasi karyera qurduğu haqda müəyyən iddialar mövcuddur. Elman Nəsirov həmçinin YAP-dan seçilən deputatlar arasında hazırlıqlı, polemika qabiliyyəti ilə seçilən şəxsdir və buna görə də Ramiz Mehdiyev ətrafında gedən müzakirələrdə istər-istəməz sualları və ittihamları cavablandırmalı olur.

Baxmayaraq ki, E.Nəsirov indiyə qədər R.Mehdiyev haqda sərt ifadələr işlətməyib, bəzi konspiroloji yanaşmalar artıq sosial şəbəkələrdə də yayılmaqdadır. İddia edilir ki, həm Fəzail Ağamalı, həm də Elman Nəsirovla bağlı baş verənlər qəsdən seçilib və bu, hər iki “düşərgəyə” - həm Ramiz Mehdiyevlə uzun müddət mübarizə aparan və hazırda da sözü üzünə deyənlər, həm də Ramiz Mehdiyevin sayəsində karyera quran, ancaq indi siyasi konyekturaya uyğun olaraq PA-nın sabiq rəhbəri haqda sərt ifadə işlədənlərə dolayısı xəbərdarlıqdır.

Bildirilir ki, bu, Ramiz Mehdiyevin pulu ilə fəaliyyət göstərən komandasının ilk hücumudur. Məqsəd hər iki tərəfə onlara aid kompromatlara sahib olmasını və yaxud hazırda da onların siyasi fəaliyyətinə təsir etmək gücünü nümayiş etdirmək, beləliklə də onların R.Mehdiyev haqda danışmasına imkan verməməkdir.

Fəzail Ağamalı ilə bağlı baş verənlərin timsalında hallanan ehtimal bir qədər şübhəli görünə bilərdi, çünki “opponent” öz oğludur. Ancaq Fəzail Ağamalının 1996-cı ildə parlamentdə Sankt-Peterburqa səfər heyətindən çıxarılmasına etiraz etdiyi çıxışının tapılması, “7 gün” qəzetinin 29 ildən sonra həmin informasiyanı dərc etdiyi hissəsinin paylaşılması sanki bu proseslər arasında konspiroloqlara yeni fürsət və imkan verir. Bu şübhəyə sovet illərində MK-nın ideoloji katibi olan Ramiz Mehdiyevin Gəncəyə səfəri zamanı onu Fəzail Ağamalının qarşılamasını əks etdirən fotonun indi yenidən gündəmə gəlməsini də əlavə etmək olar.

Ona görə də bəziləri bu “ifşa”ların davam edəcəyini də istisna etmir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlqar Abbasovun vəzifədən qovulmasının ŞOK SƏBƏBİ – “Boz kardinal”ın əlaltısı imiş...

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. Media  vəzifəsini itirən generalın olduqca qaba adam olduğunu,işçilərlə kobud rəftar etdiyini,hətta küçə söyüşləri səviyyəsində ifadələrə yol verdiyini yazır.CityPost.az   saytı  işdən qovulan  general-mayorla bağlı ilginc məlumatlar əldə edib.Sən demə,İ.Abbasovun da “krişa”lığını Ramiz Mehdiyev edirmiş.Məhz “dayısı”nın  adından pərvazlanan İ.Abbasov bu özbaşnalıqları edirmiş.Mənbənin  verdiyi  məlumata görə,İlqar Abbasovun Prokurorluq və digər dövlət qurumlarında vəzifədən-vəzifəyə durmadan sıçrayışı xəyanətkar Ramiz Mehdiyevin çətiri altında olduğu üçün baş verirmiş.Yetərincə dərin savada və biliyə malik olmayan, ilk ali təhsilini fəaliyyəti dayandırılmış...

27 Oktyabr 2025, 19:48

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar 

Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Digər Sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Həmçinin, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, yerinə Fərid Yunis oğlu Talıbov təyin edilib.Dövlət başçısı Eldar Nadir oğlu Səlimovu Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb, yerinə Şahin Şakir oğlu Abdullayev təyin olunub.Prezidentin digər Sərəncamı ilə Şahin...

27 Oktyabr 2025, 16:41

İstintaqa dosye təqdim olundu: "Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl"  

Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çətiri altında baş verən dəhşətli olayları, qətl işlərini yenidən gündəmə qaytarıb.CityPost.az Musavat.com-a istinadla xəbər verir ki, 15 il əvvəl Xaçmazda evində öldürülən məşhur iş adamı, "Arzu" Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətl işi də bu qəbildəndir.2010-cu il sentyabrın 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcimə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi istintaqdan kənarda qalıb, saxlanılmayıblar. Mərhum iş adamının qızı qətlin sifarişli olduğunu və Ramiz Mehdiyevin çətiri altında törədildiyini bildirir.Qeyd edir ki, analarının qətlinin araşdırılması üçün ötən illər ərzində göstərdikləri çabalara görə hər zaman olduğu kimi hazırda...

27 Oktyabr 2025, 15:03

Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş tədbir keçirilib

24 oktyabr 2025-ci ildə saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalında  Azərbaycanın tarixində xarici ölkədə ilk rəsmi təhsil ocağı olan  Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş  tədbir keçirilib. Məktəbin açılışına həsr edilmiş tədbir dramaturq, yazıçı, türkçülüyün şəhidi, böyük şəxsiyyət  H.Cavidin doğum gününə təsadüf edib. Tədbirdə respublikanın  tanınmış elm adamları, ziyalılar, Cavidsevərlər, İstanbulda fəaliyyət göstərən H.Cavid adına Azərbaycan Millətlərarası məktəbin  bir  neçə  nəfər şagirdi iştirak edirdilər.   İstanbulda yeni açılan, ölkəmizin tarixində xarici ölkədə  Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində  ilk rəsmi təhsil  ocağı   olan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbinin  açılışına həsr olunmuş  tanıtım tədbirini...

27 Oktyabr 2025, 14:26

Not dəftərinə köçən ömür... 

Azər ƏliBir sevgi şairi də aramızdan getdi. Səssizcə. Kimsəni incitmədən...Dostlarından, uzaq qohumlarından xəstələnməyini, ağrı-acı içində olmağını gizlədirdi. Sanki bu vəziyyətinə görə utanırdı,- axı onu daim deyib-gülən, baməzə söhbətlər edən, zarafatından qalmayan biri kimi tanıyırdılar. Ölümünü də beləcə gizlətmək istədi. Bundan çox-çox qabaq vəsiyyət etmişdi: Ölsəm ağlamayın, ay oğlum, qızım,Sağ ikən özümü çox ağlamışam...Mən ilk dəfə Həsən Bilalovu İmişlidə keçirilən "Qızlar baharı” bədii-musiqili kompazisiyanın aparıcısı kimi görmüşəm. Onun auditoriya qarşısında özünü sərbəst aparmasına, bulaq kimi çağlar nitqinə, zəngin söz ehtiyatına heyran qalmışdım. Amma üstündən bir neçə ay ötəndən sonra Həsəni mazutlu fəhlə paltarında yerli "Qızıl ulduz” qəzetinin mətbəəsindən çıxdığını görəndə təəccübləndim. Öyrəndim ki,...

27 Oktyabr 2025, 14:18

Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi 

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib.Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi...

27 Oktyabr 2025, 11:55