Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
Cəmiyyət 11 Dekabr 2025, 20:55
141
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynova töhmət verilib.
Bu barədə VHP məlumat yayıb.
Buna səbəb isə onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.
Həmçinin oxuyun
Bildirilib ki, sözügedən məsələ ilə bağlı rayon təşkilatlarından və partiya fəallarından daxil olan müraciətlər müzakirə edilib:
“MNTK sədri Zeynal Fətulla bildirib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui-istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir. MNTK partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən, Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ölkədə ölüm sayı dəyişməyib
2025-ci ilin on ayı ərzində ölkədə 49846 ölüm halı qeydə alınıb.CityPost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.
12 Dekabr 2025, 13:08
Prezident xanımı və qızı ilə Fəxri xiyabanda - Fotolar
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.CityPost.az xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.Azərbaycanın Dövlət Himni səsləndirilib.Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoyublar.Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib,...
12 Dekabr 2025, 13:04
Sabahın hava proqnozu açıqlanıb
Sabah hava necə olacaq?Dekabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitiBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 6-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı...
12 Dekabr 2025, 12:53
İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
“Ramiz Mehdiyevin müstəqil dövlətçiliyə qarşı etdiyi hərəkətlər onun Akademiyaya üzv qalmasına imkan vermir”. CityPost.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli deyib.“Bununla bağlı Elmlər Akademiyasının konkret mövqeyi var. Bu məsələyə baxılacaq və hüquqi qiymət veriləcək”, -İ.Həbibbəyli əlavə edib.
12 Dekabr 2025, 12:16
Həyatını Xalqa həsr edən DAHİ
12 Dekabr – Ulu Öndər Heydər Əliyevin Anım Günü12 dekabr Azərbaycan xalqının yaddaşında sadəcə bir tarix deyil.Bu gün müasir Azərbaycan dövlətinin memarı, ölkənin siyasi, ictimai və dövlətçilik tarixində silinməz iz qoymuş dahi şəxsiyyət – Heydər Əliyevin anım günüdür. Hər il olduğu kimi bu il də ölkənin hər yerində, bütün bölgələrdə, dövlət qurumlarında, təhsil müəssisələrində və cəmiyyətin bütün təbəqələri arasında Ulu Öndərin əziz xatirəsi ehtiramla anılır. Çünki Heydər Əliyev təkcə bir siyasi lider deyildi – O, Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi, xalqın yaddaşında əbədiləşmiş ad, müasir tariximizin parlaq simvoludur.Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının milli mübarizə, dövlət quruculuğu və inkişaf...
12 Dekabr 2025, 11:40
Arzu Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.CityPost.az paylaşımı təqdim edir: View this post on Instagram A post shared by Arzu Aliyeva (@arzu.aliyeva.official)
12 Dekabr 2025, 11:28