Prezident bu səfərə getməyəcək - Ulu Öndərin anım gününə görə
Cəmiyyət 11 Dekabr 2025, 13:03
306
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.
CityPost.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb.
Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.
Bir neçə gün əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərinə toxunan dövlət başçısı Azərbaycan nümayəndə heyətinə göstərilmiş diqqət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu arasında imzalanmış Anlaşma Memorandumunu əməkdaşlığımızın növbəti göstəricisi kimi qiymətləndirib.
Azərbaycan Prezidenti ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olmasında Türkmənistanın birmənalı və tam dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçısı salamlarını və Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Həmçinin oxuyun
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov telefon zənginə və salamlara görə minnətdarlığını bildirib.
Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı başsağlığını çatdıraraq, onun böyük şəxsiyyət olduğunu və xatirəsini dərin hörmətlə andığını vurğulayıb. Türkmənistan Xalq Məsləhətinin sədri Ümummilli Liderin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rolunun olduğunu qeyd edib.
O da öz növbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərini, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşünü çox yüksək qiymətləndirərək, imzalanmış sənədin böyük əhəmiyyət daşıdığını deyib.
Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması münasibətilə təbriklərini çatdıraraq, Türkmənistanın həmişə bu məsələni dəstəklədiyini vurğulayıb.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə CityPost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq Masazır ehtiyat xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-a qədər Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsi, Kənd Xırdalan, Narlıq adlanan yaşayış əraziləri, Mazasır qəsəbəsinin Sarı Aşıq və Qaçaq Nəbi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
11 Dekabr 2025, 10:55
Çempionlar Liqası: "Qarabağ" doğma meydanda "Ayaks"a uduzub
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən matç qonaqların qələbəsi ilə bitib - 4:2.Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib."Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubl müəllifi olub.Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın 7 xalı var....
11 Dekabr 2025, 00:08
Prezident İlham Əliyev Sərəncam imzalayıb
2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsi keçiriləcək.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.
10 Dekabr 2025, 21:22
Hikmət Hacıyev Mixail Qaluzinlə regional və beynəlxalq məsələləri müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.CityPost.az xəbər verir ki, bu barədə H.Hacıyev "X" səhifəsində paylaşım edib.Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.
10 Dekabr 2025, 21:17
Qadın sürücüyə böhtan atıbmış? - VİDEO
Bir müddət öncə sosial şəbəkələrdə taksi sürücüsünün xanım müştəri ilə kobud rəftar etməsi başlığı altında video yayılmışdı.CityPost.az xəbər verir ki,Sözügedən videoda sürücünün azyaşlı uşaqla taksidən istifadə edən qadına qarşı kobud rəftar etməsi qeyd olunurdu.Oxu24.com-a müraciət edən sürücü Zaur Hüseynov əslində hadisənin təqdim edilən formada baş vermədiyini bildirib."Həmin günü maşına uşaqlı bir xanım mindi.Uşaq hardasa 3-4 yaşında olardı.Yəni,özü yeriyə bilən bir uşaq idi.Maşına mindiyi vaxtdan uşaq ayaqqabı ilə oturacağın üstünü və qıraqlarını batırmağa başladı.Gördüm ki,anası heç bir reaksiya vermir.Mən xanımdan xahiş etdim ki,uşağın ayaqqabısını çıxarsın ki,maşını batırmasın.Çünki,həmin müştəri düşdükdən sonra başqası minir.Səliqəsiz və çirkli maşına minən müştəri günahı bizdə görür.Bu niyyətlə...
10 Dekabr 2025, 21:09
Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Azərbaycanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir....
10 Dekabr 2025, 20:00