Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Cəmiyyət 11 Fevral 2026, 19:12
216
Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
CityPost.az-ın məlumatına görə, Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manatı aldığını bildirib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İcra başçısına yeni müavin təyin olundu
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub. CityPost.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Nəzərov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə gətirilib. O, eyni zamanda qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinə rəhbərlik edəcək. Sözügedən şöbəyə Sosial-iqtisadi məsələlər, informasiya təminatı təhlili sektoru və Memarlıq-tikinti məsələləri sektoru daxildir. F.Nəzərov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Fuad Nəzərov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qayınıdır. ...
11 Fevral 2026, 18:38
Orta aylıq əmək haqqı 9,3% artdı
2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil edib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.Qeyd edilib ki, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1808,0 min nəfər olmuş, onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət...
11 Fevral 2026, 17:30
Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib
Qeydiyyata alınmamış qrantlara görə inzibati cərimə tətbiq edəcək orqanlar müəyyənləşib.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qrant haqqında” qanun ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.Fərmana əsasən, bu hallarda inzibati xətalar haqqında işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya...
11 Fevral 2026, 17:23
Zakir Həsənov onu vəzifəsindən azad etdi
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis postundan kənarlaşdırılıb.“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.(qafqazinfo)
11 Fevral 2026, 16:11
Rəna Məmmədova vəzifəsindən azad olundu
Tovuz Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi vəzifəsindən azad olunub.Bu, icra hakimiyyəti strukturlarında edilmiş dəyişikliklərlə bağlı olub.İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və onun yerinə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi yaradılıb. Nəticədə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Rəna Balakişi qızı Məmmədova vəzifəsini itirib. R.Məmmədova yeni işlə təmin edilmədiyi üçün başçının sərəncamına götürülüb.İcra başçısının əmri ilə Rəhman Yaşar oğlu Zeynalov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsində məsləhətçi vəzifəsinə təyin olunub. (Oxu.az)...
11 Fevral 2026, 15:53
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyubmuş
Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-u davam etdirilib. O, son söz çıxışında saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib, dahi şairimiz Məhəmməd Füzulinin şeirini oxuyub.CityPost.az-ın “Unikal”a istinadən məlumatına görə, sözügedən şeir Məhəmməd Füzulinin “Padişahi-mülk” qitəsidir.Qitəni rus dilinə Vladimir Luqovski tərcümə edib. Vardanyan da bunu rus dilində səsləndirib.Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilir....
11 Fevral 2026, 15:31