Müdafiə Nazirliyi MAXE qəbuluna başlayır
Cəmiyyət 15 Aprel 2026, 17:52
1110
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu barədə Citypost.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) sənəd qəbulu mayın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik) həyata keçiriləcək:
"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş ("Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə), "q" bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.
Kursa qəbul üçün tələb olunan sənədlər:
- kursa qəbul olunmaq barədə ərizə;
- anket forması;
- tərcümeyi-hal (1 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);
Həmçinin oxuyun
- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);
- sürücülük vəsiqəsinin surəti (olduğu təqdirdə, 1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);
- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);
- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə, kişi cinsli vətəndaşlar üçün);
- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Müraciətlər fevralın 15-dək saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul olunur.
Qeyd:
1. Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
2. "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Əlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb
"Bakı Metropoliteni" QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.Bu barədə Citypost.az səhmdar cəmiyyətindən bildirilib.Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.Əlavə məlumat veriləcək.12:33"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb."Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub....
21 Aprel 2026, 12:45
Sabahın havası açıqlanıb
Aprelin 22-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə...
21 Aprel 2026, 12:42
Kənar dairəvi yolda qəza olub
Paytaxtın Yasamal rayonunda, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə FHN-in Bakı Regional Mərkəzin xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Toyota" markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti...
21 Aprel 2026, 11:49
Tik-Tok-un "ba(ə)laları — Ramidə Allahverdiyeva YAZIR
Cəmiyyətin bir qismi iyrənc forma alıb və acınacaqlı istiqamətə yönəlib. Sanki dəb halını almış sosial şəbəkə "aşiqləri" ən aktual platforma olan Tik-Tok-la yaşayır. Müxtəlif zümrələri əhatə edən insanlar daha asand qazanc mənbəyi kimi hər cür variantlardan istifadə edirlər. Nəticə etibarilə, bu insanların bəziləri geni dəyişdirilmiş məhsula çevrilir. Kişilər nazlanır, qadınlar isə daha vəhşi, barbar görkəm alır. Süni qalmaqallar, qaraqışqırıqlar, sinəsini cırıb, ətəyini qaldıran fenomenlər bəzən "ulduza" çevrilərək halaldır alqışı da alır. 1,2 manat üçün dilənçi görkəmi alanlar hətta, böyük məbləğdə pullar da qazanır. Odur ki, gecə-gündüz sosial şəbəkələrdə yatıb-duranlar cəmiyyətin bir qismi arasında marağa səbəb olaraq daha cəlbedici xarakter alır. Yəni, gənc...
21 Aprel 2026, 11:48
Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib
Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Citypost.az bildirilib ki, iclasda Baş Prokurorluğun sorğusu əsasında Konstitusiyanın 76-cı maddəsinin I hissəsi baxımından Cinayət Məcəlləsinin 321-ci maddəsinin (Hərbi xidmət keçməkdən boyun qaçırma) “Qeyd” hissəsinin həmin Məcəllənin 321.1-ci maddəsi (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma), İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi və 606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli...
21 Aprel 2026, 11:39
Vüsal Məmmədov: “Süni intellektlə yaradılan görüntülər faydasızdır”
Jurnalist Vüsal Məmmədov süni intellektin imkanları ilə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki, jurnalist xüsusilə şəkil və video generasiyası sahəsinin cəmiyyət üçün real fayda yaratmadığını vurğulayıb.Süni intellektin bəşəriyyətə töhfə verə biləcəyi çoxsaylı istiqamətlər mövcud olsa da, vizual kontent istehsalının bu siyahıya daxil edilməsi mübahisəlidir.Jurnalistin sözlərinə görə, texnologiyanın milyardlarla görüntü yaratmaq qabiliyyəti onun mahiyyətini dəyişmir: “Süni intellekt milyardlarla şəkil və video düzəltsə də, insanlığa bir damcı fayda verəsi deyil. Tutaq ki, lap ideal keyfiyyətə çatdı. Nə olsun? Yalanın idealı doğru olur bəyəm?!”V. Məmmədov hesab edir ki, bu sahədə yaranan “eyforiya” müvəqqətidir və zamanla cəmiyyət daha real və faydalı...
21 Aprel 2026, 11:15