Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 15 Aprel 2026, 08:48
349
Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 6:52-də qeydə alınıb. Zəlzələ ocağı 36 kilometr dərinlikdə yerləşib.
Həmçinin oxuyun
Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 16 zəlzələ qeydə alınıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zemfira Məhərrəmli BDU-da keçiriləcək layihənin ilk qonağı olacaq
Bakı Dövlət Universiteti-nin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə görkəmli jurnalist, ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinə start verilir.Citypost.az xəbər verir ki, layihə çərçivəsində ilk görüşdə əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli iştirak edəcək. O, “Mətbuat tariximizdə “Bakı” və “Baku” qəzetlərinin yeri” mövzusunda çıxış edəcək.Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan jurnalistikasında mühüm iz qoymuş Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir.Aprel və may ayları ərzində həftədə bir dəfə təşkil olunacaq görüşlərin sonunda iştirakçıların professor Nəsir İmanquliyev haqqında mediada...
15 Aprel 2026, 10:06
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub
Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə həmrəyliyin, birlik və Azərbaycanın beynəlxalq aləmdə düzgün təqdim olunmasının önəmi vurğulanıb.Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva diasporun bir araya gəlməsinin əhəmiyyətini qeyd edərək, bu görüşün birlik və həmrəyliyin, eləcə də Vətənə bağlılığın göstəricisi olduğunu bildirib. O, Fransa ilə Azərbaycan arasında son illərdə yaşanan çətinliklərə toxunaraq, diasporun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və bu şəraitdə ölkəmizin düzgün təqdim edilməsinin vacibliyini qeyd...
15 Aprel 2026, 09:33
Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Aprelin 15-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 10 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhərin Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
15 Aprel 2026, 09:28
Hava şəraiti ilə bağlı yollarda endirilən sürət həddi bərpa edilib
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
15 Aprel 2026, 09:21
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.04.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.Citypost.az xəbər verir ki, avronun məzənnəsi 0,2 % artaraq 2,0042 manat, 100 Rusiya rublunun məzənnəsi 0,5 % artaraq 2,2428 manat təşkil edib.
15 Aprel 2026, 09:13
Bakının bu yollarda tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb.Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;6. Babək prospekti, mərkəz istiqamətində;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Məhəmməd Hadi küçəsi, "Əhmədli"...
15 Aprel 2026, 08:30