Bizə yazın

Baku

-°C

USD

-

Həyat yoldaşını güllələyən klinika direktoruna hökm oxunub

Cəmiyyət 15 Aprel 2026, 16:05

316

Bakıda həyat yoldaşını güllələyərək öldürməyə cəhd etməkdə təqsirləndirilən “Referans Medi-Art Hospital" MMC-nin Mərdəkan filialının sabiq direktoru Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vasif Kərimov 4 il müddətinə azadlıqdan məhrum edilib. Tərəflər arasında barışıq olub, iş üzrə Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilib. Vasif Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında paytaxtın Yasamal rayonunda baş verib. Məlumata görə, iyulun 16-da saat 13 radələrində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. F.Kərimova güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb. Vasif Kərimova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.

Vasif Kərimov “Referans Medi-Art Hospital" MMC-nin Mərdəkan filialının direktoru olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edilib 

Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilib.Citypost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Müdafiə haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyəti ləğv edilib.

15 Aprel 2026, 17:46

Ordubaddakı "Ərbabın iş yeri" adlı tarixi binanın bərpası ilin sonunadək tamamlanacaq 

Ordubad rayonundakı "Ərbabın iş yeri" adlı tarixi binanın bərpasının ilin sonunadək tamamlanması planlaşdırılır."Report"un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında binanın bərpa layihəsinin rəhbəri Fərid Kazımlı deyib.Onun sözlərinə görə, artıq binanın bərpasına başlanılıb və işlərin təxminən 50 faizi tamamlanıb:"Qaba işlər yekunlaşıb, hazırda təmir mərhələsinə keçirik. Əsas məqsəd tikilinin ilkin memarlıq üslubunu qoruyaraq onu əvvəlki görkəminə qaytarmaqdır".Qeyd olunub ki, bərpa prosesi Mədəniyyət Nazirliyi ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Tarixi binanın bütün ornamentləri və memarlıq elementləri öz ilkin formasına uyğun şəkildə yenidən bərpa ediləcək....

15 Aprel 2026, 17:23

Zəngilan rayonunda 91 milyon manatlıq tender elan edilib  

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinin satın alınması üçün tender elan edib.Oxu.Az-ın məlumatına görə, qurum layihə çərçivəsində görüləcək işlər üçün 90 milyon 924 min 427 manat ödəməyi planlaşdırır.Qeyd edək ki, keçiriləcək tenderdə iştirak haqqı 10 000 manat müəyyən edilib.

15 Aprel 2026, 17:14

Bu rayonlarının bəzi ərazilərinin qaz təchizatı məhdudlaşdırılacaq 

Sabah təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.Bu barədə Citypost.az-a "Azəriqaz"a istinadən xəbər verir."Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə "MİDA" yaşayış kompleksinin və "Sahil" yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq", - məlumatda qeyd olunur....

15 Aprel 2026, 17:13

İndoneziya səfiri Xankəndiyə səfər edib 

Aprelin 15-də İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmin Qarabağa səfəri çərçivəsində Xankəndi şəhərində olub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov, səfirə burada aparılan bərpa-quruculuq işləri, yenilənmiş infrastruktur, əhalinin köçü barədə məlumat verib.İlk dəfə Xankəndinə səfər edən səfir, şəhərə heyranlığını gizlətməyib. Şəhərlə tanışlıqdan sonra B.Helmin Qarabağ Universitetini ziyarət edərək, kitabxana, dərs otaqlarına baxıb.B.Helmini Xankəndidən əvvəl Şuşa şəhərində olub. Səfir gələcəkdə İndoneziyanın şəhərlərindən birinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə layiqli töhfə verə biləcəyini vurğulayıb....

15 Aprel 2026, 17:03

Bakıda yanan ev  söndürülüb 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az  verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub....

15 Aprel 2026, 16:34