Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.04.2026) 

Cəmiyyət 15 Aprel 2026, 09:13

364

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Citypost.az  xəbər verir ki, avronun məzənnəsi 0,2 % artaraq 2,0042 manat, 100 Rusiya rublunun məzənnəsi 0,5 % artaraq 2,2428 manat təşkil edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Əməkdar mədəniyyət işçisi"nin "Əməkdar incəsənət xadimi" oğlu...  

Ramiz Mirzəyev- 80Səksən ildir ki, yol gedir. Bu müddət ərzində səksənən vaxtları da olub, sakit, sevincli günləri də. Fəhlə də işləyib, "Azərbaycantelefilm"in direktoru vəzifəsində də çalışıb. Azərbaycan teatr, kino və televiziya rejissoru kimi ad qazanıb, məşhurluğun şirinliyini dadıb, hörmət də görüb. Hətta xidmətləri dövlət tərəfindən yüksək də qiymətləndirilib. Azərbaycan Respublikasının xalq artisti və Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb... Deyir ki:- “Yekə oğlan idim, 17-18 yaşım var idi. İstəyirdim ki, müstəqil adam olum, cibimdə pulum olsun, işim rahat olsun. Fəhlə işləyirdim. Gündüz işlədiyimə görə sənədlərimi axşam şöbəsinə verib mədəni-maarif fakültəsinə daxil oldum. Başladım oxumağa, sonra məlum oldu ki,...

15 Aprel 2026, 10:27

FHN silsilə maarifləndirmə tədbirləri keçirib 

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi (RM) tərəfindən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli, Samux rayon Ş.Ağamalıyev adına Füzuli kənd və Şəmkir rayon Q.Allahverdiyev adına Şiştəpə kənd, Aran RM tərəfindən Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli və Ağdaş rayonu, Nehrəxəlil kənd, Muğan RM tərəfindən Saatlı şəhər 4 nömrəli, Şimal RM tərəfindən Qusar rayonu, Ləcət kənd və Xaçmaz rayonu, Xudat şəhər 4...

15 Aprel 2026, 10:14

Zemfira Məhərrəmli BDU-da keçiriləcək layihənin ilk qonağı olacaq

Bakı Dövlət Universiteti-nin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə görkəmli jurnalist, ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinə start verilir.Citypost.az xəbər verir ki, layihə çərçivəsində ilk görüşdə əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli iştirak edəcək. O, “Mətbuat tariximizdə “Bakı” və “Baku” qəzetlərinin yeri” mövzusunda çıxış edəcək.Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan jurnalistikasında mühüm iz qoymuş Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir.Aprel və may ayları ərzində həftədə bir dəfə təşkil olunacaq görüşlərin sonunda iştirakçıların professor Nəsir İmanquliyev haqqında mediada...

15 Aprel 2026, 10:06

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub 

Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə həmrəyliyin, birlik və Azərbaycanın beynəlxalq aləmdə düzgün təqdim olunmasının önəmi vurğulanıb.Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva diasporun bir araya gəlməsinin əhəmiyyətini qeyd edərək, bu görüşün birlik və həmrəyliyin, eləcə də Vətənə bağlılığın göstəricisi olduğunu bildirib. O, Fransa ilə Azərbaycan arasında son illərdə yaşanan çətinliklərə toxunaraq, diasporun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və bu şəraitdə ölkəmizin düzgün təqdim edilməsinin vacibliyini qeyd...

15 Aprel 2026, 09:33

Biləsuvarın bəzi hissələrində işıq olmayacaq 

Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Aprelin 15-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 10 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhərin Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

15 Aprel 2026, 09:28

Hava şəraiti ilə bağlı yollarda endirilən sürət həddi bərpa edilib

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

15 Aprel 2026, 09:21