Mehdiyev təyyarə qəzasından sonra nə edib? – 13 illik planın ŞOK detalları
Cəmiyyət 15 Fevral 2026, 09:57
1321
Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən yayılan faktlar Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” kimi təqdim edən Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı hazırladığını açıq şəkildə təsdiqlədi. Eyni zamanda, bu planın dəstək əldə etmək məqsədilə Rusiyaya təqdim edildiyi, “dostlarımız” adlandırdığı AXCP sədri Əli Kərimli və komandasına göndərildiyi üzə çıxdı. Beləliklə, indiyə qədər mediada ehtimal və ya təsdiqlənməmiş kimi təqdim olunan informasiyalar rəsmi təsdiqini tapır.
DTX-nın apardığı istintaq göstərir ki, Ramiz Mehdiyev, Abbas Abbasov və Əli Kərimli 2012-ci ildən etibarən ölkədə çevriliş həyata keçirmək üçün birlikdə hərəkət ediblər. Ramiz Mehdiyev gizli şəkildə planı dəstəkləyərkən, Abbas Abbasov Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli biznesmenləri “Milyarderlər ittifaqı” çətiri altında birləşdirib, Əli Kərimli və dəstəsi isə “Demokratik Qüvvələrin Milli Şurası” adı altında siyasi müxalifəti planın icrasına cəlb edib.
Globalinfo.az-a danışan analitik Asif Nərmanlı deyib ki, Abbas Abbasov və Ramiz Mehdiyev gizli şəkildə Əli Kərimlini maliyyələşdirib:
“AXCP üzvü İbrahim Məmməd və digər şəxslər vasitəsilə təxminən 933 min manat vəsaitin əldə edildiyi təsdiqlənib. Vəsaitin çatdırılmasını isə Fuad Qəhrəmanlı icra edib. Yayılan görüntülər F.Qəhrəmanlının dəfələrlə eyni mərkəzdən külli miqdarda pulu qəbul etdiyini göstərir, AXCP üzvü Qənimət Zayıdov isə çevriliş planına dəstək üçün xarici xüsusi xidmət orqanları ilə əlaqə yaratmaqda vasitəçilik edib.
Planın həyata keçirilməsi 2013-cü il prezident seçkilərində səsverməyə müdaxilə və kütləvi iğtişaşlar vasitəsilə nəzərdə tutulmuş, “Milyarderlər ittifaqı” üzvlərinə isə xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını Azərbaycana göndərmək, qohum və yaxınlarını da cəlb edərək mitinqlərdə istifadə etmək tapşırılmışdı. Bundan əlavə, “Milli Şura” xarici dövlət rəhbərliyinə məktub ünvanlayaraq fəaliyyətinin dəstəklənməsini xahiş etmiş, Azərbaycanda islahatların həyata keçirilməsi üçün təzyiq göstərilməsi təklif olunmuşdu.
Söhbət Rusiyadan gedir. Qənimət Zayıdov Əli Kərimlinin adından Rusiya xüsusi xidmət orqanları ilə gizli danışıqlar aparıb və hakimiyyətə gələcəyi zaman verilən dəstək qarşılığında həmin dövlətin maraqlarını müdafiə edəcəklərini bildirib. Planın əsas elementlərindən biri isə Azərbaycanın mərhələli şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv olması ilə bağlı razılaşmanın əldə olunması idi.
2013-cü ilin prezident seçkilərində plan baş tutmasa da, sonrakı illərdə Abbas Abbasov Milli Şuranı maliyyələşdirməyə davam edib, Əli Kərimli və Ramiz Mehdiyev arasındakı təmaslar intensivləşib, çevriliş planını yenidən həyata keçirmək məqsədilə qarşılıqlı hərəkətlər baş verib. İttifaqın hədəfi ölkədə hakimiyyəti ələ keçirmək olsa da, Ramiz Mehdiyev mitinqləri öz mövqeyini qorumaq və hakimiyyət daxilində gücünü artırmaq üçün, Əli Kərimli isə müxalifət imicini göstərmək üçün istifadə edib. 2019-cu ildə Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə “Milli Şura”nın mitinqləri səngiyib”.
Həmçinin oxuyun
A.Nərimanlı bildirib ki, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərindən sonra vətəndaşların yürüşündə baş verən qəfil təxribatlar və parlament binasına daxil olmaq cəhdi də bu planın davamı olaraq Əli Kərimlinin təlimatı ilə həyata keçirilib:
“Fuad Qəhrəmanlı isə kütlənin diqqətini hakimiyyətə yönəltmək və inzibati binaları ələ keçirmək tapşırıqlarını icra edib. 2025-ci ilin avqust-sentyabr aylarında baş verən ikinci cəhd zamanı isə AZAL-ın təyyarəsinin vurulmasından sonra yaranan problemlərdən istifadə edilərək, Ramiz Mehdiyev Rusiyaya “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında” təkliflər göndərib. Mehdiyev dövlətə xəyanət ittihamı ilə həbs olunub, araşdırmalar göstərir ki, plan çərçivəsində ölkədə idarəçiliyi ələ alacaq 50 nəfərlik “Dövlət Şurası” yaradılması nəzərdə tutulub, şurada müxalifət nümayəndələri – Əli Kərimli və Gültəkin Hacıbəyli də yer alıb. Planın detallarını ehtiva edən məktub Əli Kərimliyə təqdim edilib və yekun redaktə olunmuş nüsxə xarici xüsusi xidmət orqanına göndərilib. Telefon danışığı isə Mehdiyevin planın dəstəklənməsi üçün Rusiyaya müraciət etdiyini sübut edir.
Yayılan faktlar Ramiz Mehdiyev, Abbas Abbasov, Eldar Əmirov, Əli Kərimli, İbrahim Məmməd, Qənimət Zayıdov və Fuad Qəhrəmanlının konstitusion hakimiyyəti dəyişdirmək planlarını açıq şəkildə göstərir. 2013-cü ildən dövriyyəyə daxil edilən planın son cəhdləri Rusiyanın dəstəyi ilə həyata keçirilməyə çalışılsa da, bütün cəhdlərin qarşısı alınmış və şəbəkə ifşa edilmişdir. Bu proses həm də Əli Kərimli və dəstəsinin “demokratiya qəhrəmanları” obrazının saxtalığını üzə çıxarır, Ramiz Mehdiyev və Əli Kərimlinin həbs edilməsinin siyasi deyil, konstitusiya quruluşuna qarşı çevriliş cəhdinə əsaslandığını təsdiqləyir. Şəbəkənin digər üzvləri barəsində də cinayət işləri açılıb və hər biri qanun qarşısında cavab verəcək”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.Qeyd olunub ki, səfər çərçivəsində Ceyhun Bayramovun aprelin 20-də Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub....
19 Aprel 2026, 09:45
Füzulidə ağır avtomobil qəzası olub, iki nəfər ölüb
Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....
19 Aprel 2026, 09:42
Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.BDYPİ-dən verilən məlumata görə, həftəsonu gözlənilən əlverişsiz hava şəraiti yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət...
18 Aprel 2026, 11:55
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.CityPost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.Hələlik onun yerinə təyinat yoxdur.Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.
18 Aprel 2026, 11:46
FHN: Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur
Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur.CityPost.az-a Fövqəladə Hallar Naziriliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.Məlumata görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq,...
18 Aprel 2026, 11:39
“Brent” nefti 9%-dən çox ucuzlaşıb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 9,07% azalaraq 1 barelə görə 90,38 ABŞ dolları təşkil edib.CityPost.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 11,45 azalaraq 83,85 ABŞ dollarına bərabər olub.
18 Aprel 2026, 10:08