Bizə yazın

Baku

-°C

USD

-

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası olub 

Cəmiyyət 17 Aprel 2026, 16:00

408

Aprelin 17-də Şabran rayonunda Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib.

Bu barədə Citypost.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə şuranın əhatə etdiyi Quba, Qusar, Xızı, Xaçmaz, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının yerli strukturlarının nümayəndələri, həmçinin turizm sektoru ilə əlaqəli dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər.

İclas zamanı rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək regional turizm şurasının yaradılmasının ərazinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyini, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri, regional şuraların sədri Kənan Quluzadə çıxışında şuranın yaradılma məqsədləri və fəaliyyətini tənzimləyən hüquqi çərçivə barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu təşəbbüs dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə, həmçinin turizm sahəsində daha səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına xidmət edəcək.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev çıxışında qeyd edib ki, regional turizm şuraları yerli turizm potensialının daha səmərəli şəkildə üzə çıxarılmasına və vahid yanaşma əsasında turizm məhsullarının inkişafına imkan yaracaq. O, bu yanaşmanın regionların həm daxili, həm də beynəlxalq turizm bazarlarında daha effektiv tanıdılmasına şərait yaradacağını bildirib.

Həmçinin Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov tərəfindən Agentliyin şuranın əhatə etdiyi rayonlarda həyata keçirdiyi fəaliyyətlər barədə təqdimat edilib.

Görüş çərçivəsində şuranın prioritet fəaliyyət istiqamətləri, regionlarda turizmin dayanıqlı inkişafını təşviq edən birgə layihələrin icrası, müxtəlif qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və operativ qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, regionlarda turizm infrastrukturunun inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və yerli əhalinin turizm fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində təqdimatlar keçirilib, növbəti mərhələdə icrası nəzərdə tutulan layihələr üzrə əsas prioritetlər müəyyənləşdirilib.

Qeyd edək ki, regional turizm şuraları turizm sahəsinin effektiv idarə olunmasının təmin edilməsi, mövcud çağırışlara çevik yanaşmaların tətbiqi, yerli səviyyədə koordinasiyanın genişləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə yaradılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı müsabiqə elan edilib 

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edir.Ədliyyə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, nazirliyin yerli icra və probasiya qurumlarında mövcud vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il aprel ayının 17-dən may ayının 18-i saat 23:59-dək aparılacaq.Müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən istənilən ixtisas üzrə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.Namizədlər müsabiqədə iştirak etmək üçün linkə keçid etməklə və müvafiq şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə elektron qaydada, yaxud müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda müraciət edə bilərlər. Kağız daşıyıcıda...

17 Aprel 2026, 17:06

FHN-in qurumları arasında qol güləşi və çoxnövçülük üzrə çempionat keçirilib 

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Nazirliyin qurumları arasında şəxsi birincilik üzrə qol güləşi şəxsi və komanda birinciliyi üzrə isə çoxnövçülük çempionatı keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 13 komandasından 100-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb.Tədbirin mükafatlandırma mərasimi Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Mərasimdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib, stolüstü yarışda qalib gələn qurumları və əməkdaşları təbrik edib.Beş gün davam edən yarışın iki günü qol güləşi idman növündə komandaların idmançıları 8 çəki dərəcəsində sağ əl...

17 Aprel 2026, 17:00

Sabiq direktora yeni vəzifə verildi 

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru Nazim Qasımzadə yeni vəzifəyə təyinat alıb.Citypost.az xəbər verir ki, o, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış "B&B Security" şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.Xatırladaq ki, N.Qasımzadə 2009-cu ildən Dövlət Xəzinədarlıq Agentliyində müxtəlif vəzifələrdə işləyib. O, 2022-ci ildən Agentliyin direktoru vəzifəsində çalışıb və bu ilin yanvarında vəzifəsindən azad olunub.Qeyd edək ki, "B&B Security" 2019-cu ildən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir. Şirkət istənilən biznesin kibertəhdidlərə qarşı dayanıqlığını artırmaq üçün kibertəhlükəsizlik həlləri təqdim edir.(İqtisadiyyat.az) ...

17 Aprel 2026, 16:52

“Anadolu Ankası – 2026” beynəlxalq təlimi başa çatıb

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, bağlanış mərasimində çıxış edən təlim rəhbərləri icra olunmuş fəaliyyətlərin nəticələri və ümumi təhlili barədə iştirakçılara ətraflı məlumat veriblər.Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik göstəricilər təqdim olunub, həmçinin beynəlxalq axtarış-xilasetmə təliminə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.Tədbirin sonunda iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim olunub....

17 Aprel 2026, 16:41

Bəzi ərazilərdə yağış yağacaq

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

17 Aprel 2026, 16:36

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub 

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.Citypost.az xəbər verir ki, parlamentin aprelin 21-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir:1. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).5. “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında...

17 Aprel 2026, 16:33