Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırılıb
Cəmiyyət 17 Aprel 2026, 15:00
373
"Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na yeni məzmunda 6.46-cı bənd əlavə edilib.
Citypost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, bakalavriat səviyyəsi üzrə ixtisasların sırasına "Daşınmaz əmlakın idarə olunması" da əlavə edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak ediblər: "Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib".
17 Aprel 2026, 16:05
Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası olub
Aprelin 17-də Şabran rayonunda Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib.Bu barədə Citypost.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.Bildirilib ki, tədbirdə şuranın əhatə etdiyi Quba, Qusar, Xızı, Xaçmaz, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının yerli strukturlarının nümayəndələri, həmçinin turizm sektoru ilə əlaqəli dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər.İclas zamanı rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək regional turizm şurasının yaradılmasının ərazinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyini, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar.Dövlət Turizm Agentliyi sədrinin müşaviri, regional şuraların sədri Kənan Quluzadə çıxışında şuranın yaradılma məqsədləri və fəaliyyətini tənzimləyən hüquqi çərçivə barədə ətraflı məlumat verib. O...
17 Aprel 2026, 16:00
Mədəniyyət naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib
Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü aprelin 17-də Ağdam şəhərində keçirilib.Nazirlikdən Citypost.az-a bildirilib ki, ötən il istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində təşkil olunan görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak ediblər. Sakinlər məşğulluq, mədəniyyət sahəsinə aid təşəbbüs və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını bildirib.Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib....
17 Aprel 2026, 15:48
Binəqədidə yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb
Aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.Məlumata görə, yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş “BMW” markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il...
17 Aprel 2026, 15:32
XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır.“Unian“ın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.O qeyd edib ki, görüş Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mümkündür.
17 Aprel 2026, 15:17
Naxçıvanda yük və sərnişin daşınması artıb
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1,7 milyon ton yük, 11,3 milyon nəfər sərnişin daşınıb.Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,3 %, sərnişin daşınması isə 1,1 % artıb.
17 Aprel 2026, 15:13