"Addım-addım vətəndə" bu dəfə Şəkidə
Sənət aləmi 09 Aprel 2026, 15:50
8874
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı "Addım-addım Vətəndə" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, "açıq qapı" prinsipi ilə tamaşa və tədbirlər keçirir.
Citypost.az xəbər verir ki, Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca səkkizinci səfəri Şəkidə həyata keçirilib. Şəki Dövlət Dram teatrında “Varlı qadın” və “O uzaq axşam” tamaşaları nümayiş etdirilir. Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Əli Əmirlinin "Varlı qadın" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Xəyal Salahov, Rəşid Mirizadə, Pərviz İsmayılov, Rəsul Məmmədrəhimov, Nazilə İmamhüseynova, Arzu Mustafayeva, Sənubər İsrafilova, Elvin Mabudov, Arzuman Abdullazadə, Nuranə Mirzəliyeva, Nərmin Nəbiyeva, Gülxar İmamhüseynova, Cavidan Eminov, Yaqub Lətifzadə ifa edirlər. Xalq yazıçısı Anarın "Gürcü familiyası" hekayəsi əsasında səhnələşdirilən "O uzaq axşam..." tamaşasının quruluşçu rejissoru isə Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Rəşid Mirizadə, Gülxar İmamhüseynova, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nuranə Mirzəliyeva, Sənubər İsrafilova, Nərmin Nəbiyeva ifa edirlər.
Bakı Uşaq Teatrı isə həmkar teatrın səhnəsində Azərbaycan Xalq nağılı əsasında respublikanın əməkdar artisti İntiqam Soltan tərəfindən hazırlanmış "Göyçək Fatma" tamaşasını nümayiş etdirib. Rollarda - Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Fatimə Qasımova, Fidan Əliyeva, Niyaz Novruzov oynayıb. Azərbaycan Xalq nağılı əsasında rejissorlar Mehman Piriyev və Rauf Huseynlinin quruluşunda "Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşası da göstərilib. Bu tamaşada isə rolları Könül Şahbazova, Toğrul İsabəyli, Fatimə Qasımova, Fidan Əliyeva adlı sənətçilər ifa edib. Bundan başqa Tofiq İsgəndərlinin ifasında illuziya nömrələri də nümayiş etdirilib.
Həmçinin oxuyun

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kırımda Nuriyyə Hüseynova Türk dünyasının sənət kraliçası adlandırıldı
Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar artist Nuriyyə Hüseynova Krım Xəbər Agentliyinə müsahibə verib. O, sənət yolu, muğamın beynəlxalq səhnədəki yeri və türk dünyasının ortaq mədəni irsi barədə fikirlərini bölüşüb.Sənətçi Ordubad rayonunun Dırnıs kəndində böyüdüyünü, ailəsində musiqiyə xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, anası klassik Azərbaycan musiqilərini ifa edir, babası isə tardan istifadə edirdi: “Musiqiyə və muğama sevgim uşaqlıq illərimdən başlayıb.”Nuriyyə Hüseynova uşaqlıq xatirələrindən danışaraq Sovet dövründə babası ilə birlikdə gizlicə “Türkiyənin Səsi” radiosunu dinlədiklərini bildirib. Onun sözlərinə görə, bu mühit onun musiqi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.Sənətçi daha sonra yaradıcılıq yolundan bəhs edərək festivalda qazandığı uğurdan sonra Bakıya gəldiyini,...
26 May 2026, 11:56
Əməkdar artist Sahib Paşazadə Özbəkistanda mükafatlandırılıb
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tanınmış tarzən, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə Özbəkistan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ziyoli Avlod” Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən təltif edilib.Muğam Mərkəzindən Citypost.az-a bildirilib ki, Əməkdar artist bu təltifə Özbəkistanla mədəni və təhsil sahəsində göstərdiyi xidmətlərə görə layiq görülüb.Mərkəzin direktoru Ənvər Xojinazarov tarzənə “Ziyali Avlod - Millat İftixorı” medalını təqdim edib. Mükafatlandırma mərasimində hər iki mərkəzin rəhbərləri gələcəkdə daha sıx əməkdaşlıq etmək və birgə memorandum imzalamaq barədə razılığa gəliblər.Sahib Paşazadə öz növbəsində sənətinə və xidmətlərinə göstərilən diqqətə görə mərkəzin rəhbərliyinə təşəkkür edərək Ənvər Xojinazarovu Azərbaycana səfərə və Beynəlxalq Muğam Mərkəzini ziyarətə dəvət edib....
25 May 2026, 17:28
Sumqayıt Teatrından uşaqlara bir iyun sürprizi
1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrı balaca tamaşaçılar üçün maraqlı səhnə əsəri təqdim edəcək.Teatrdan Citypost.az-a bildirilib ki, yazıçı Kərim Həsənovun “Sehrli yaylıq” əsəri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşası teatrsevərlərin ixtiyarına veriləcək.Nağıl-fantastika janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır.Səhnə əsərində balaca Eldarın başına gələn maraqlı və düşündürücü hadisələrdən bəhs olunur. Tamaşa vasitəsilə uşaqlara faydalı işlərlə məşğul olmaq, mobil telefondan və sosial şəbəkələrdən asılılığın zərərlərini anlamaq, dərslərə məsuliyyətlə yanaşmaq, ailəyə, dövlətə və cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaq kimi mühüm...
25 May 2026, 17:13
Əməkdar artist mükafata layiq görüldü
Əməkdar artist Münəvvər Əliyeva bu gün yubiley yaşını qeyd edir.Citypost.az xəbər verir ki, Bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətçiyə “Yubiley” mükafatı təqdim olunub.Tədbirdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yubilyarı təbrik edərək ona cansağlığı və yeni sənət uğurları arzulayıb.Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək Münəvvər Əliyevanın Azərbaycan teatr sənətində yaratdığı obrazlar qalereyasının xüsusi yer tutduğunu bildirib. O, aktrisaya gələcək fəaliyyətində uğurlar arzulayıb.Tədbirin sonunda yubilyara Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl gül” mükafatı təqdim olunub.Məlumat üçün bildirək ki, Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub.O,...
25 May 2026, 09:00
Bəstəkar Elnar Məmmədovun xatirəsi anılıb
Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnar Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.Azərbaycan Bəstəkarlar İttifaqından Citypost.az-a verilən məlumata görə, tədbirdə İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Elnar Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılıq yolundan və musiqi irsimizə verdiyi töhfələrdən bəhs edib.Tədbirdə çıxış edən natiqlər Elnar Məmmədovun sənət dünyası və şəxsiyyəti ilə bağlı fikirlərini bölüşüblər.Konsertin proqramında Elnar Məmmədovun və digər görkəmli bəstəkarların əsərləri səsləndirilib....
22 May 2026, 17:43
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.Citypost.az xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər."Yuxular teatrı" ("The Theater of Dreams") adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları...
22 May 2026, 08:11