Bizə yazın

Baku

-°C

USD

-

FHN-in qurumları arasında qol güləşi və çoxnövçülük üzrə çempionat keçirilib 

Cəmiyyət 17 Aprel 2026, 17:00

2060

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Nazirliyin qurumları arasında şəxsi birincilik üzrə qol güləşi şəxsi və komanda birinciliyi üzrə isə çoxnövçülük çempionatı keçirilib.

Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 13 komandasından 100-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb.

Tədbirin mükafatlandırma mərasimi Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Mərasimdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib, stolüstü yarışda qalib gələn qurumları və əməkdaşları təbrik edib.

Beş gün davam edən yarışın iki günü qol güləşi idman növündə komandaların idmançıları 8 çəki dərəcəsində sağ əl və sol əl üzrə şəxsi hesabda mübarizə aparıblar. Çempionat Samir Babayevin baş hakimliyi ilə keçirilib.

Yarışın mütləq kəmər çempionu Sumqayıt Regional Mərkəzinin əməkdaşı Rəşad Hacıyev olub.

Yarışların növbəti günlərində isə komanda iştirakçıları çoxnövçülük çempionatı üzrə turnikdə dartınma, 100 metr və 1000 metr məsafəyə qaçış idman növlərində qüvvələrini sınayıblar. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Bakı Regional Mərkəzinin komandası, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb.

Şəxsi yarışlarda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Cəlal Süleymanov çempion adını qazanıb. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Hüseyn Əhmədov, üçüncü yerə isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elmuraz Musayev layiq görülüb.

Hər iki çempionatda komandalar üzrə toplanan xalların yekun nəticəsinə əsasən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası 1-ci yerə, Mülki müdafiə qoşunlarının komandası 2-ci, Dövlət Yanğından Mühafizə Xidmətinin komandası isə 3-cü yerə layiq görülərək kubokların sahibi olublar. Yarışın əzmkar komandası adına Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası yiyələnib.

Mərasimdə qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Həmçinin, çempionatda hakimlik xidmətlərinə görə Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının Hakimlər Komitəsi, göstərdikləri tibbi xidmətlərə görə Nazirliyin Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir 

Xəbər verildiyi kimi, ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523 %-ni təşkil edir.FHN Mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.İşlər bir sıra istiqamətlərdə...

17 May 2026, 18:35

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi...

17 May 2026, 14:10

Yağışlarla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti intensiv iş rejimindədir 

Bakıda müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir.Nəticədə , bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir....

17 May 2026, 13:36

İlham Əliyev Tokayevi doğum günü münasibətilə təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini...

17 May 2026, 12:00

İlham Əliyev Keniya Prezidentini ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Keniyanın Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

17 May 2026, 10:43

Zimbabvenin Vitse-prezidenti WUF13-də iştirak üçün Azərbaycana gəlib 

Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.CityPost.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

17 May 2026, 10:10