Bizə yazın

Baku

-°C

USD

-

Zirzəmidə ömrü keçən, unudulmaz şair...  

Cəmiyyət 15 Fevral 2026, 10:46

2248

Ədalətsizliyə, haqsızlığa susan cəmiyyət...

Zirzəmidə ömür yaşayan ədəbiyyat adamı...

Bəzən yaradıcı şəxsləri ladeydlik öldürür...

Çox-çox böyük istedad sahibi olan, dünya var olduqca yaşayan, sözüylə, şeirlərilə  ürəklərdə taxt qurmuş ölməz ŞAİR Əli Kəririm çox təəssüflər olsun ki, əzab dolu günlərlə, məşəqqətlə, əziyyətlə zirzəmidə yaşayıb. 

Unudulmaz şair Əli Kərim 1969-cu ildə çox gənc yaşda- 38 yaşında vəfat edib.

Zirzəmilər gənc şairin ömrünü yarıda qırıb. 

"Hər dəfə Yazıçılar İttifaqında mənzill bölgüsü olanda Əli Kərimə mənzil verilməyib. 

Yazıçılar İttifaqı mənzili olanların oğluna, qızına, hətta bəzilərinin məşuqələrinə də mənzil verib".

Bu fikirlər unudulmaz şair Əli Kərimin həyat yoldaşı Elza xanımın müsahibələrində yer alıb. İlahi, necə də ürək ağrıdıcı mənzərədi.

Böyük ürək ağrıısıyla onu da qeyd edim ki, bu olanlardan neçə illər keçməsinə baxmayaraq  indi də həmin dövr təkrar olunur.

Mən, ədəbiyyat adamı kimi illərdi kirayədə, daxmada, zirzəmidə dözülməz, məşəqqətli günlərlə ömür yaşayıb çərləyib çürüyürəm. 

Yazıçılar Birliyində mənzil bölgüsü olanda mənə mənzil verilmir, amma çox-çox təəssüf ki, mənzili olanlara mənzil verilir.

Bir məqamı da vurğulayım ki, Şair Əli Kərimin yaşadığı illər 1960-cı illər olub, mənim yaşadığım illər isə 2000-ci illərdi.

Atalar məsəlində deyildiyi kimi:

"Yenə həmin dalğa, yenə həmin koordinat".

Əli Kərim kimi çox istedadlı bir şair yüksək vəzifəlilərin, məmurların və ədalətsizliyə susan, haqsızlığa biganəlik göstərən cəmiyyətin laqeydliyi ucbatından 38 yaşında həyatını itirərək bu dünyadan köç edib.

Bu xoşagəlməz hal isə çox ağrı-acılıdır.

P. S. Belə cəmiyyətlə eyni ölkədə yaşayırıq. 

Daha nə deyək ki...

Sözün bitdiyi andı.

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist 

14 fevral 2026

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.Qeyd olunub ki, səfər çərçivəsində Ceyhun Bayramovun aprelin 20-də Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub....

19 Aprel 2026, 09:45

Füzulidə ağır avtomobil qəzası olub, iki nəfər ölüb 

Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....

19 Aprel 2026, 09:42

Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.BDYPİ-dən  verilən məlumata görə, həftəsonu gözlənilən əlverişsiz hava şəraiti yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət...

18 Aprel 2026, 11:55

General Müşfiq Məmmədov vəzifəsindən azad edildi  

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.CityPost.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.Hələlik onun yerinə təyinat yoxdur.Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.

18 Aprel 2026, 11:46

FHN: Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur 

Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur.CityPost.az-a Fövqəladə Hallar Naziriliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.Məlumata görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq,...

18 Aprel 2026, 11:39

“Brent” nefti 9%-dən çox ucuzlaşıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 9,07% azalaraq 1 barelə görə 90,38 ABŞ dolları təşkil edib.CityPost.az-ın  məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 11,45 azalaraq 83,85 ABŞ dollarına bərabər olub.

18 Aprel 2026, 10:08