“Azərişıq” “Veysəloğlu” nu işıqsız qoydu
Cəmiyyət 22 Fevral 2026, 18:27
590
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən Azure Business Centre binasında icarəçi kimi fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupunun baş ofisinin, eləcə də qrupa daxil olan “OBA” marketlər şəbəkəsi, “Araz” supermarketlər şəbəkəsi, “Rossmann” və “Decoliv” mağazalarının idarəetmə ofislərinin elektrik enerjisi kəsilib.
CityPost.az Pravda.az-a istinadən xəbər verir ki, hadisənin 20 fevral 2026-cı il tarixində saat 13:00-dan etibarən baş verdiyi bildirilir.
Məlumata görə, elektrik enerjisinin dayandırılması binanın mülkiyyətini idarə edən şirkət ilə “Azərişıq” ASC arasında mövcud olan və hazırda məhkəmədə baxılan borc mübahisəsi ilə əlaqələndirilir.
Əldə etdiyimiz məlumata əsasən, elektrik enerjisinin kəsilməsi Veysəloğlu Şirkətlər Qrupunun və ya onun tabeliyində fəaliyyət göstərən qurumların hər hansı borcu və ya öhdəliyi ilə bağlı deyil. Buna baxmayaraq, binaya verilən enerjinin tam dayandırılması nəticəsində baş ofisin və şirkətlərin idarəetmə ofislərinin fəaliyyəti ciddi şəkildə pozulub.
Bildirilir ki, həmin ofis respublika üzrə fəaliyyət göstərən minlərlə ticarət obyektinin operativ idarə olunması, logistika və təchizat zəncirinin koordinasiyası, maliyyə əməliyyatları, informasiya texnologiyaları sistemləri və insan resurslarının idarə edilməsi üçün mərkəzi funksiyanı yerinə yetirir. Elektrik enerjisinin olmaması səbəbindən data ötürülməsi, daxili koordinasiya, təhlükəsizlik və texniki dəstək sistemlərində məhdudiyyətlər yaranıb, əməliyyat və qərarvermə prosesləri ləngiyib.
Həmçinin oxuyun
Yaranmış vəziyyət nəticəsində maddi zərərin formalaşdığı bildirilir. Qeyd olunur ki, baş ofisin fəaliyyətinin dayanması davam edərsə, bu hal geniş pərakəndə ticarət şəbəkəsinin təchizat və idarəetmə mexanizmlərinə ciddi mənfi təsir göstərə, hətta mağazaların fəaliyyətinin dayanmasına gətirib çıxara bilər.
Məsələnin diqqətçəkən məqamlarından biri də odur ki, binanın mülkiyyətini idarə edən şirkətlə bağlı məhkəmə mübahisəsi fonunda icarəçi üçüncü tərəfin hüquqları nəzərə alınmadan elektrik enerjisinin kəsilməsi sahibkarlıq fəaliyyətinə müdaxilə kimi qiymətləndirilə bilər. Qeyd olunur ki, həmin binada digər ofislər də fəaliyyət göstərir, lakin elektrik enerjisinin dayandırılması yalnız Veysəloğlu Şirkətlər Qrupuna aid ofisləri əhatə edib.
Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti direktoru Məhəmmədəli Qəribli sorğumuza cavabında baş ofisin elektrik təchizatının “Azərişıq” tərəfindən əsassız şəkildə dayandırıldığını təsdiqləyib.
Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 22-dən 23-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb...
22 Fevral 2026, 12:46
Kəmaləddin Heydərovun işdən qovduğu rəis məşhur Pirməmmədovlardan İMİŞ
Model, bloqer Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi barədə məlumat vermişdik.Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə vəzifəsindən azad edilən Anar Pirməmmədovla bağlı bəzi məqamlar diqqət çəkir.Oxu24.com-un məlumatına görə, Anar Pirməmmədovun atası Həsrət Pirməmmədov uzun illər prokurorluq orqanlarında çalışıb. O, sovet dövründə keçmiş Puşkin (indiki Biləsuvar) rayonunda prokuror köməkçisi vəzifəsində işləyib. Daha sonra Baş Prokurorluğun Dövlət İttihamı İdarəsində fəaliyyət göstərib, xüsusilə mühüm işlər üzrə müstəntiq kimi çalışıb.Həsrət Pirməmmədov sabiq baş prokuror Eldar Həsənovun rəhbərliyi dövründə Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub. Sonrakı mərhələdə isə Səbail rayon...
21 Fevral 2026, 21:21
21 Fevral – Ana Dili Günü: bir millətin səsi, bir tarixin nəfəsi
21 Fevral – Ana Dili Günü: bir millətin səsi, bir tarixin nəfəsi21 fevral – Ana Dili Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil; bu gün millətin yaddaşının, ruhunun və gələcəyə uzanan yolunun adıdır. Dil bir xalqın yalnız ünsiyyət vasitəsi yox, onun tarixi yaddaşı, mənəvi kodu və ideoloji dayağıdır. Ana dili olmayan millət tarixdə adını saxlamaz, gələcəyə sözünü ötürə bilməz.Bu günün beynəlxalq səviyyədə tanınması da təsadüfi deyil. UNESCO 21 fevralı dünya xalqlarının dil hüquqlarını qorumaq, dil müxtəlifliyini yaşatmaq və assimilyasiyaya qarşı durmaq məqsədilə Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Amma bizim üçün bu gün daha dərin, daha ağrılı və...
21 Fevral 2026, 19:34
Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
zərbaycan Ordusunun əsgəri vəfat edib.CityPost.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş verib.Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər, 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.
21 Fevral 2026, 16:53
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Həftəsonu Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd edilib ki, bu gün və sabah Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
21 Fevral 2026, 14:58
Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
Model, bloqer Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi bildirilir.CityPost.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən gün A.Pirməmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.Bildirək ki, model, bloqer Çelsi Baxşıyeva Oxu.az saytına açıqlamasında sevgilisi Anar Pirməmmədovun ailəli, iki uşaq atası olduğunu əvvəlcədən bilmədiyini, sonradan Pirməmmədov tərəfindən intim videoları ilə təhdid edildiyini deyib. O həmçinin bildirib ki, A.Pirməmmədovun atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olun, əmisi İlham Pirməmmədov da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun...
21 Fevral 2026, 14:18