Bizə yazın

Baku

-°C

USD

-

Xocalı soyqırımının 34-cü ildönümü

Cəmiyyət 26 Fevral 2026, 08:00

209

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

Citypost.az-ın məlumatına görə, soyqırımından 34 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "26 fevral - Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.

Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.

Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" kampaniyasının səmərəsi isə ildən-ilə artır. Kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.

"Xocalıya ədalət!" beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-nin onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət!" kampaniyasının əhəmiyyətini nəzərə alaraq, "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Qeyd edək ki, Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb. Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.

2026-cı il fevralın 5-də isə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Xocalı hadisəsinin törədilməsində təqsirkar bilinən bir qrup Ermənistan vətəndaşına ömürlük və ya 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilib.

Onlar Xocalı hadisəsinin törədilməsində günahkar bilinməklə yanaşı, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov: Meksikadakı hadisələrlə bağlı səfirliklə mütəmadi əlaqə saxlayır 

Azərbaycan Meksikada baş verən son hadisələrlə bağlı səfirliklə mütəmadi əlaqə saxlayır."Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.Nazir bildirib ki, Azərbaycan vətəndaşları tərəfindən səfirliyə hələ müraciət daxil olmayıb.

26 Fevral 2026, 10:33

Misir Mərdanov Artur Rəsizadə haqqında: “Ləyaqət və abır simvoludur”

Sabiq təhsil naziri Misir Mərdanov sabiq Baş nazir Artur Rəsizadə haqqında geniş paylaşım edib.Citypost.az xəbər verir ki, Misir Mərdanov qeyd edib ki, zəngin və rəngarəng həyat yolunda yaddaşında dərin iz buraxan şəxsiyyətlərdən biri məhz Artur Rəsizadədir. Onun sözlərinə görə, təmkininə, zəkasına, müdrikliyinə və alicənablığına görə seçilən Rəsizadə hər zaman əsl dövlət adamı nümunəsi olub.1935-ci il fevralın 26-da Gəncədə dünyaya gələn, böyük ədib Hüseyn Cavidin qardaşı nəvəsi olan Artur Rəsizadə uzun illər dövlət idarəçiliyində çalışaraq Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. 22 il Baş nazir kimi fəaliyyət göstərən Rəsizadə ölkəni ən yüksək səviyyədə təmsil edib, dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verib.Misir Mərdanov...

26 Fevral 2026, 09:59

Lənkəranda 7 kəndi birləşdirən yol çöküb 

Lənkəranda yeddi kəndi birləşdirən yolun çökməsi nəqliyyat vastələrinin hərəkətini çətinləşdirib.Citypost.az xəbər verir ki, Hirkan-Daşdatük-Biləsər yolunda sürüşmə aktivliyi son yağıntılardan sonra daha da artıb.Yol yatağında yaranmış iri çatlar hətta 20-30 metr kənara doğru genişlənib. Sürücülər burada hərəkət etməyin həm çətin, həm də təhlükəli olduğunu deyirlər.Sakinlərin sözlərinə görə, yol üzərindəki çatlara yağıntı sularının dolması buradakı sürşmə aktivliyini daha da artırıb. Nəticədə də yol tədricən keçilməz hala düşüb.Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yolun sözügedən hissəsi nəzarətdə saxlanılır, əraziyə baxış keçirilib və mövcud vəziyyət qiymətləndirilib. Texniki təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hava şəraiti imkan verdikdə ərazidə təmir-bərpa işlərinə başlanılacaq....

26 Fevral 2026, 09:29

Hal-hazırda bu yollarda tıxac var - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;10. Üzeyir Hacıbəyli küçəsi,...

26 Fevral 2026, 09:28

Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib 

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti fevralın 26-sı Xocalı soyqırımı abidəsini ziyarət edib."Report" xəbər verir ki, nazirliyin rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.

26 Fevral 2026, 09:27

Dövlət və hökumət rəsmiləri Bakıdakı "Ana harayı" abidəsini ziyarət ediblər 

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıdakı "Ana harayı" abidəsini ziyarət ediblər.APA xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

26 Fevral 2026, 09:26