İlk Azərbaycanlı kontr-admiral kim olub?
Cəmiyyət 25 Fevral 2026, 18:40
244
Azərbaycanın ilk kontr-admiralı Cəlil Cəfərov 1918-ci ilin avqustunda Bakının Fatmayi kəndində anadan olub. Atası Məmmədəli kişi neftçi idi. Bacarığına görə xeyriyyəçi Musa Nağıyev onu öz şirkətlərindən birinə rəhbər təyin etmişdi.
1929-cu ildə 5 illik məktəbi bitirdikdən sonra, 1930-1935-ci illərdə Bakı Sənaye Texnikumunda təhsil alır. 1935-1936-cı illərdə “Azəriqaz” Trestində çalışır. 1937-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda 1 il oxuyur və sonra təhsilini öz istəyi ilə Sevastopoldakı P.S.Naximov adına Ali Hərbi Dənizçilik Məktəbində davam etdirir. O, bununla da demək olar ki, həyatının qalan hissələrini hərbi xidmətə bağlamış olur.
1941-ci ildə məktəbi bitirən C.Cəfərov miçman rütbəsində Dunay Hərbi Donanmasına xidmətə göndərilmişdir. 1941-1945-ci illərdə müharibə dövründə o, Qafqaz və Sovet Zapolyariyasının müdafiəsində, Dunay, Qaradəniz Hərbi Dəniz Donanmasının tərkibində almanlara qarşı döyüşlərdə iştirak edir. Döyüşlərdə şücayətlərə görə “Döyüş xidmətlərinə görə”, “Sevastopolun müdafiəsinə görə”, “Qırmızı ulduz” müdalları ilə təltif olunur və müharibəni baş leytenant rütbəsi ilə başa vurur. Müharibədən sonra Xəzər Hərbi Dəni Donanmasında xidmət edir. 1949-cu ildən Azərbaycan SSR Orduya Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətində müxtəlif vəzifələrdə çalışır. 1954-cü ildə isə həmin Cəmiyyətin Respublika Mərkəzi Komitəsinin sədri, 1959-cu ildə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir.
1968-ci ildə ona kontr-admiral rütbəsi verilir.
Şərq ədəbiyyatına dərindən bələd olan C.Cəfərov həmçinin astronomiya və riyaziyyatı da yaxşı bilirdi.
C.Cəfərov 6 fevral 1980-ci ildə Bakıda vəfat edib. 1992-ci ildə Bakıda yaşadığı binaya (Z.Əliyeva küçəsi, 24) onun xatirə lövhəsi vurulub.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ərazisinə görə ən böyük türk diyarı...
Ərazisinə görə ən böyük türk diyarı Saxa (Yakutiya) Respublikası ərazi baxımından nəhəng Rusiya Federasiyasının 18%-ni təşkil edir. Türk dünyasında ərazisinə görə ən böyük ölkədir. Əgər Saxa Respublikası müstəqil dövlət olsaydı, dünyada ərazisinə görə 7-ci dövlət olardı.Saxa Respublikası təbii ehtiyatlarının zənginliyinə görə potensialı yüksək olan bölgə hesab edilir. Paytaxtı Yakutsk şəhəridir. Ölkə ərazisinin 3/2 hissəsini dağlıq və dağətəyi ərazilər təşkil edir. Ən yüksək zirvəsi isə Pobeda dağıdır.Şimal yarımkürəsində ən aşağı mütləq minimum temperatur Saxa Respublikasında Oymyakonda -71 C qeydə alınmışdır. Demək olar ki, əhalinin 96%-ni saxa (yakut) türkləri təşkil edir. Müşərrəfxanım...
25 Fevral 2026, 20:10
“Tarixin bir günü” və “Elgizlə izlə” haqda Audiovizual Şuranın - Açıqlaması
Son günlər Audiovizual Şuranın rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur.СityPost.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.Bildirilib ki, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları (“Tarixin bir günü”, “Elgizlə izlə” və sairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır.“Bəzi müraciətlərdə həmin televiziya proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur.Məlum olduğu kimi, Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti və ümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi “Media haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunlar əsasında...
25 Fevral 2026, 20:06
Çingizxanın ailəsi barədə açılmamış sirlər...
Çingizxanın (Temuçinin) atası Yesugey Bahadurun iki arvadı var idi. Onlardan birincisinin adı Soçixel, ikincisinin adı isə Oelun olub. Onlar 6 oğlan, 1 qız dünyaya gətirmişdilər. Birinci arvad Soçixeldən olan oğlanlarının adları Bekter və Belqutey, ikinci arvad Oelundan olan oğlanlarının adları isə Temuçin, Hacar, Xaçiun, Temurge, qızının adı isə Temulen idi. Qardaşlar ilk vaxtlar bir-biri ilə dil tapa bilmir, yola getmirdilər. Hətta, Temuçinlə Hacar birləşib qardaşları Bekteri öldürmüşdülər. Anaları Oelun bu yaramaz hərəkətlərinə görə onlara sərt cəza tətbiq etmişdi. Qəzəblənmiş ana qardaşları qan çıxıncaya kimi döymüşdü. Sonradan qardaşlar arasında nəticə olaraq mehribanlıq yaranmış, dava-dalaş kəsilmiş və onlar yola getməyə başlamışdılar.Çingizxanın ən...
25 Fevral 2026, 18:30
Havanın temperaturu 8 dərəcə enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində fevralın 26-da külək güclənəcək.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.Daşkəsən, Goranboy, Mingəçevirdə isə şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır....
25 Fevral 2026, 16:49
İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.CityPost.az xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.
25 Fevral 2026, 16:24
Öd daşınız varsa, maqnezium qəbul edə bilərsinizmi?
Citypost.az xəbər verir ki, Həkim-terapevtlər bildirir ki, kiçik ölçülü öd daşları və şikayətsiz hallarda maqnezium qəbulu mümkündür. Bu zaman daş heç bir sancı və ya narahatlıq yaratmırsa, əlavənin istifadəsi təhlükəsiz hesab olunur.Lakin daşın ölçüsü böyükdürsə, tez-tez ağrı tutmaları baş verirsə və ya cərrahi müdaxilə planlaşdırılıbsa, maqnezium qəbul etmək tövsiyə edilmir.Mütəxəssislər vurğulayır ki, daşın ölçüsü və xəstənin simptomları mütləq həkim tərəfindən qiymətləndirilməli, dərman və əlavələrin qəbulu yalnız buna əsasən həyata keçirilməlidir....
25 Fevral 2026, 15:46