Çingizxanın ailəsi barədə açılmamış sirlər...
Cəmiyyət 25 Fevral 2026, 18:30
146
Çingizxanın (Temuçinin) atası Yesugey Bahadurun iki arvadı var idi. Onlardan birincisinin adı Soçixel, ikincisinin adı isə Oelun olub.
Onlar 6 oğlan, 1 qız dünyaya gətirmişdilər. Birinci arvad Soçixeldən olan oğlanlarının adları Bekter və Belqutey, ikinci arvad Oelundan olan oğlanlarının adları isə Temuçin, Hacar, Xaçiun, Temurge, qızının adı isə Temulen idi.
Qardaşlar ilk vaxtlar bir-biri ilə dil tapa bilmir, yola getmirdilər. Hətta, Temuçinlə Hacar birləşib qardaşları Bekteri öldürmüşdülər. Anaları Oelun bu yaramaz hərəkətlərinə görə onlara sərt cəza tətbiq etmişdi. Qəzəblənmiş ana qardaşları qan çıxıncaya kimi döymüşdü. Sonradan qardaşlar arasında nəticə olaraq mehribanlıq yaranmış, dava-dalaş kəsilmiş və onlar yola getməyə başlamışdılar.
Həmçinin oxuyun
Çingizxanın ən uzun ömürlü qardaşı Belqutey 90 il yaşamışdır. Lakin, idarəçiliyi bacarmadığına və məsuliyyətsiz adam olduğuna görə ona heç bir vəzifə verilməmişdir. Çingizxanın digər qardaşı Hacar onun bütün elçilik heyətinə, diplomatik məsələlərə rəhbərlik edirdi. O, öləndən sonra isə onun oğlanları Batıya və Hülaki xana xidmət göstərmişlər. Üçüncü qardaş Xaçiun isə dünyasını tez dəyişdi. Lakin, onun övladları Batıya xidmət edərək ordunun tərkibində Avropaya qədər gedib çıxmışdırlar. Ən nəhayət kiçik qardaş Temurge dövlətin xəzinəsini idarə edir, maliyyə işlərinə rəhbərlik edirdi. Temurge Çingizxanın ölümündən sonra hakimiyyətə gəlmiş oğlu Ugedeyə də xidmət göstərdi. Daha sonra isə ara müharibələrinin birində öldürüldü.
Çingizxanın yeganə bacısı Temulen isə 15 yaşında ikən öz dayısına ərə getdi və 32 yaşında dünyasıbı dəyişdi.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlk Azərbaycanlı kontr-admiral kim olub?
Azərbaycanın ilk kontr-admiralı Cəlil Cəfərov 1918-ci ilin avqustunda Bakının Fatmayi kəndində anadan olub. Atası Məmmədəli kişi neftçi idi. Bacarığına görə xeyriyyəçi Musa Nağıyev onu öz şirkətlərindən birinə rəhbər təyin etmişdi. 1929-cu ildə 5 illik məktəbi bitirdikdən sonra, 1930-1935-ci illərdə Bakı Sənaye Texnikumunda təhsil alır. 1935-1936-cı illərdə “Azəriqaz” Trestində çalışır. 1937-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda 1 il oxuyur və sonra təhsilini öz istəyi ilə Sevastopoldakı P.S.Naximov adına Ali Hərbi Dənizçilik Məktəbində davam etdirir. O, bununla da demək olar ki, həyatının qalan hissələrini hərbi xidmətə bağlamış olur. 1941-ci ildə məktəbi bitirən C.Cəfərov miçman rütbəsində Dunay Hərbi Donanmasına xidmətə göndərilmişdir. 1941-1945-ci illərdə müharibə...
25 Fevral 2026, 18:40
Havanın temperaturu 8 dərəcə enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində fevralın 26-da külək güclənəcək.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.Daşkəsən, Goranboy, Mingəçevirdə isə şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır....
25 Fevral 2026, 16:49
İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.CityPost.az xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.
25 Fevral 2026, 16:24
Öd daşınız varsa, maqnezium qəbul edə bilərsinizmi?
Citypost.az xəbər verir ki, Həkim-terapevtlər bildirir ki, kiçik ölçülü öd daşları və şikayətsiz hallarda maqnezium qəbulu mümkündür. Bu zaman daş heç bir sancı və ya narahatlıq yaratmırsa, əlavənin istifadəsi təhlükəsiz hesab olunur.Lakin daşın ölçüsü böyükdürsə, tez-tez ağrı tutmaları baş verirsə və ya cərrahi müdaxilə planlaşdırılıbsa, maqnezium qəbul etmək tövsiyə edilmir.Mütəxəssislər vurğulayır ki, daşın ölçüsü və xəstənin simptomları mütləq həkim tərəfindən qiymətləndirilməli, dərman və əlavələrin qəbulu yalnız buna əsasən həyata keçirilməlidir....
25 Fevral 2026, 15:46
Akademiya nədir?
Akademiya nədir və nə zaman və kim tərəfindən yaradılıb?Akadem yunanlarda müdriklik və zadəganlıq Tanrısı sayılırdı. Məhz, yunan alimi Platon da öz məbədinin yaxınlığındakı təpədə özünün tədris ocağını yaratmışdı və onu Akademin şərəfinə adlandırmışdı.Lakin, ilk akademiya 1603-cü ildə Umbriyada (İtaliya) açılmışdı. Həmin akademiyanın banisi isə Frederiko Çezi adlı bir zadəgan idi. Onun əsas məqsədi zadəganlığı, elm və incəsənəti təbliğ etmək idi. Bu zadəganlıq ocağına Akademiya de Linçey deyilirdi. Daha sonra yeni bir hadisə baş verdi. Belə ki, 1645-ci ildə İngiltərədə Kombric və Oksfordun alimləri birləşərək “Görünməzlər liqası” yaratdılar. Liqanın bazasında 1660-cı ildə “Kral Akademiyası” və yaxud “Kral Cəmiyyəti” formalaşdı. Burada əsas məqsəd...
25 Fevral 2026, 15:24
Əli Əsədov Fuat Oktayla görüşüb
Bu gün Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən xəbər verilib.Görüşdə Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasının əhəmiyyəti vurğulanıb.Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, xüsusilə parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib.Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub....
25 Fevral 2026, 14:55