Bizə yazın

Baku

-°C

USD

-

“Tarixin bir günü” və “Elgizlə izlə” haqda Audiovizual Şuranın - Açıqlaması 

Cəmiyyət 25 Fevral 2026, 20:06

332

Son günlər Audiovizual Şuranın rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur.

СityPost.az  xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları (“Tarixin bir günü”, “Elgizlə izlə” və sairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır.

“Bəzi müraciətlərdə həmin televiziya proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur.

Məlum olduğu kimi, Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti və ümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi “Media haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunlar əsasında aparılır. “Media haqqında” Qanunun 5.4-cü maddəsində təsbit olunmuşdur ki, media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.

Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramın fəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı bir aparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi və ya işdən çıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzuların müəyyən edilməsi sırf redaksiya siyasəti çərçivəsinə daxil olub Audiovizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audiovizual Şura hər hansı bir kanala (redaksiyaya) qarşı sanksiya və ya inzibati tənbeh tədbiri tətbiq edərkən “Media haqqında” Qanuna və bu sahəni tənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir.

Buna görə də, müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hər hansı proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz.

Bununla bərabər qeyd olunmalıdır ki, Audiovizual Şura mütəmadi olaraq yayımçıların rəhbərləri ilə, redaksiya üzrə məsul şəxsləri ilə müxtəlif formatlarda görüşlər keçirir. Görüşlərdə televiziya kanalları ilə bağlı ictimaiyyətin haqlı narazılığına səbəb olan məsələlərə dair Audiovizual Şuranın səlahiyyətləri çərçivəsində zəruri tövsiyələrin verilməsi təmin olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərazisinə görə ən böyük türk diyarı...  

Ərazisinə görə ən böyük türk diyarı Saxa (Yakutiya) Respublikası ərazi baxımından nəhəng Rusiya Federasiyasının 18%-ni təşkil edir. Türk dünyasında ərazisinə görə ən böyük ölkədir. Əgər Saxa Respublikası müstəqil dövlət olsaydı, dünyada ərazisinə görə 7-ci dövlət olardı.Saxa Respublikası təbii ehtiyatlarının zənginliyinə görə potensialı yüksək olan bölgə hesab edilir. Paytaxtı Yakutsk şəhəridir. Ölkə ərazisinin 3/2 hissəsini dağlıq və dağətəyi ərazilər təşkil edir. Ən yüksək zirvəsi isə Pobeda dağıdır.Şimal yarımkürəsində ən aşağı mütləq minimum temperatur Saxa Respublikasında Oymyakonda -71 C qeydə alınmışdır. Demək olar ki, əhalinin 96%-ni saxa (yakut) türkləri təşkil edir. Müşərrəfxanım...

25 Fevral 2026, 20:10

İlk Azərbaycanlı kontr-admiral kim olub?   

Azərbaycanın ilk kontr-admiralı Cəlil Cəfərov 1918-ci ilin avqustunda Bakının Fatmayi kəndində anadan olub. Atası Məmmədəli kişi neftçi idi. Bacarığına görə xeyriyyəçi Musa Nağıyev onu öz şirkətlərindən birinə rəhbər təyin etmişdi. 1929-cu ildə 5 illik məktəbi bitirdikdən sonra, 1930-1935-ci illərdə Bakı Sənaye Texnikumunda təhsil alır. 1935-1936-cı illərdə “Azəriqaz” Trestində çalışır. 1937-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda 1 il oxuyur və sonra təhsilini öz istəyi ilə Sevastopoldakı P.S.Naximov adına Ali Hərbi Dənizçilik Məktəbində davam etdirir. O, bununla da demək olar ki, həyatının qalan hissələrini hərbi xidmətə bağlamış olur. 1941-ci ildə məktəbi bitirən C.Cəfərov miçman rütbəsində Dunay Hərbi Donanmasına xidmətə göndərilmişdir. 1941-1945-ci illərdə müharibə...

25 Fevral 2026, 18:40

Çingizxanın ailəsi barədə açılmamış sirlər...  

Çingizxanın (Temuçinin) atası Yesugey Bahadurun iki arvadı var idi. Onlardan birincisinin adı Soçixel, ikincisinin adı isə Oelun olub. Onlar 6 oğlan, 1 qız dünyaya gətirmişdilər. Birinci arvad Soçixeldən olan oğlanlarının adları Bekter və Belqutey, ikinci arvad Oelundan olan oğlanlarının adları isə Temuçin, Hacar, Xaçiun, Temurge, qızının adı isə Temulen idi. Qardaşlar ilk vaxtlar bir-biri ilə dil tapa bilmir, yola getmirdilər. Hətta, Temuçinlə Hacar birləşib qardaşları Bekteri öldürmüşdülər. Anaları Oelun bu yaramaz hərəkətlərinə görə onlara sərt cəza tətbiq etmişdi. Qəzəblənmiş ana qardaşları qan çıxıncaya kimi döymüşdü. Sonradan qardaşlar arasında nəticə olaraq mehribanlıq yaranmış, dava-dalaş kəsilmiş və onlar yola getməyə başlamışdılar.Çingizxanın ən...

25 Fevral 2026, 18:30

Havanın temperaturu 8 dərəcə enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində fevralın 26-da külək güclənəcək.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.Daşkəsən, Goranboy, Mingəçevirdə isə şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır....

25 Fevral 2026, 16:49

İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub 

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.CityPost.az   xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.

25 Fevral 2026, 16:24

 Öd daşınız varsa, maqnezium qəbul edə bilərsinizmi?

Citypost.az xəbər verir ki, Həkim-terapevtlər bildirir ki, kiçik ölçülü öd daşları və şikayətsiz hallarda maqnezium qəbulu mümkündür. Bu zaman daş heç bir sancı və ya narahatlıq yaratmırsa, əlavənin istifadəsi təhlükəsiz hesab olunur.Lakin daşın ölçüsü böyükdürsə, tez-tez ağrı tutmaları baş verirsə və ya cərrahi müdaxilə planlaşdırılıbsa, maqnezium qəbul etmək tövsiyə edilmir.Mütəxəssislər vurğulayır ki, daşın ölçüsü və xəstənin simptomları mütləq həkim tərəfindən qiymətləndirilməli, dərman və əlavələrin qəbulu yalnız buna əsasən həyata keçirilməlidir....

25 Fevral 2026, 15:46