Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
Cəmiyyət 08 Mart 2026, 13:00
241
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1873 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
"Report"un əldə etdiyi məlumata əsasən, onlar 67 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 8-si saat 10:00-a qədər sərhədi 309 Azərbaycan vətəndaşı keçib.
Həmçinin oxuyun
Bundan əlavə, Çinin 529, Rusiyanın 282, Tacikistanın 173, Pakistanın 123, Omanın 57, İtaliyanın 44, İndoneziyanın 32, İranın 25, İspaniyanın 26, Səudiyyə Ərəbistanının 18, Fransanın 16, Gürcüstanın 13, Bolqarıstanın 10, Konqo Demokratik Respublikasının 10, Braziliyanın 8, Böyük Britaniyanın 8, Belarus 7, Özbəkistan 12, Almaniya 14, BƏƏ, Slovakiya, Kanadanın hərəsinin 6, Serbiya 5, Nigeriya 10, Əfqanıstan, Qazaxıstan, Çexiya, Avstriya, İsveçrənin hərəsinin 5, Bəhreyn 4, İordaniya 4, Şri-Lanka 4, Yaponiya 17, Ukrayna, Türkiyə, Macarıstan, Belçika, Küveytin, Banqladeşin hərəsinin 4, Filippin, Qətər, Meksika, Finlandiya, Xorvatiya, Rumıniya hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan, Hindistan, Kiprin hərəsinin 2, Polşa, Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanmar, Kuba, İsveç, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, ABŞ-nin hərəsinin 1 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 9-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
08 Mart 2026, 13:32
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, mülayim şimal-qərb küləyi əsəcəyi gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Məlumata görə, havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq...
08 Mart 2026, 12:31
Prezident İlham Əliyev 8 Mart -Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Mart -Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib.CityPost.az paylaşımı təqdim edir:Hörmətli xanımlar!Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.https://t.co/6BKU7x9X6o pic.twitter.com/npxsEDICFP— İlham Əliyev (@azpresident) March 7, 2026
07 Mart 2026, 22:57
Anardan Həmid Hərisçi və Əli Çağla barədə AÇIQLAMA - "Mən qarışmıram..."
Yazıçı Həmid Hərisçinin İranın mövqeyindən çıxış etməsindən sonra onun iranlı yazıçı Əli Çağla ilə yaxınlığı gündəmə gətirilib. Bütün bunların fonunda heç bir iş sahibi olmayan yazıçı Əli Çağlanın Bakıya gəlişinin hansı maddiyyatla qarşılanması, Həmid Hərisçiyə və ona Azərbaycan Yazıçılar Birliyində (AYB) göstərilən xüsusi diqqət müzakirələrə səbəb olub. Güney Azərbaycan ədəbiyyatı komissiyasının keçmiş gənc sədri Sayman Aruzun sədrlikdən uzaqlaşdırılması məsələsi yenidən müzakirə olunur, AYB-nin İran meyilli yazıçılara önəm verməsi tənqid edilir.Bununla bağlı Pravda.az AYB sədri, Xalq yazıçısı Anarın fikirlərini öyrənməyə çalışıb.Sədr bu məsələlərdən özünü kənar tutmağa çalışıb: "Bilmirəm, bu məsələ ilə məşğul olmuram. AYB-nin üç min üzvü var. Hərənin dediyinə mən...
07 Mart 2026, 19:02
Dövlət Gömrük Komitəsi Elçin Quliyevi cərimələdi
Dövlət Gömrük Komitəsi Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevi cərimələyib.CityPost.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi (DGK) “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsi ilə protokol tərtib edib.Belə ki, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən Türkiyə Respublikasından gətirilən “diri atlar” yükü 77JN741/10ZC374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilib. Lakin həmin yükə dair sorğu nömrəli gömrük bəyannamələri gömrük orqanına təqdim edilməyib.Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, idxal olunan yüklərə dair gömrük bəyannaməsi 15 gündən gec olmayaraq gömrük...
07 Mart 2026, 16:01
XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib
Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib.Bunu CityPost.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.XİN sözçüsü əlavə edib ki, Azərbaycanın Təbriz şəhərindəki Baş konsulluğu heyətinin təxliyəsi isə tam başa çatıb.Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Tehrandakı Azərbaycan səfirliyi, Təbrizdəki Baş konsulluğun İrandan evakuasiya edilməsi barədə tapşırıqlar verdiyini bildirmişdi.
07 Mart 2026, 10:01