Bizə yazın

Baku

-°C

USD

-

Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib 

Cəmiyyət 06 Mart 2026, 16:12

380

15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.

Bu barədəCitypost.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

"Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər", - qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 

Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.DTX-nın hadisə ilə bağlı yaydığı videomaterialı təqdim edirik:

06 Mart 2026, 23:26

MEDİA sosial şəbəkələrdə informasiya təxribatlarını qəti şəkildə pisləyib 

Son dövrlər sosial şəbəkələrdə özünü "Qəzetçi" kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunmaqdadır.CityPost.az  xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.Qeyd olunub ki, ictimai rəydə çaşqınlıq yaradan, əsas missiyası xaricdən ölkəmizin informasiya mühitini çirkləndirmək olan bu "resurs" guya 150 nəfər həkim və feldşerin hərbi səfərbərliyə cəlb edilərək İranla sərhəddə yerləşən Astara və Füzuli rayonlarına göndərildiyinə dair həqiqətə uyğun olmayan məlumat yaymışdır: "Bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyir və bəyan edirik ki, belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır.Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə,...

06 Mart 2026, 21:54

Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumunu müzakirə edib 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun belaruslu həmkarı Aleksandr Turçin ilə telefon danışığı baş tutub.Bu barədə  Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.Telefon danışığı zamanı iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.Hökumət başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər. Ə.Əsədov İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə zərbələri barədə məlumat verib.Baş nazirlər həmçinin Azərbaycan ilə Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub....

06 Mart 2026, 20:28

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik mətnində deyilir:"Hörmətli xanımlar!Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz...

06 Mart 2026, 18:05

Bakıda yeni dayanacaqlar quraşdırılır 

Bakıda və regionlarda yeni dayanacaqlar quraşdırılır.Citypost.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq məqsədilə irimiqyaslı layihəyə start verir.Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif regionlarında müasir tipli yeni dayanacaq pavilyonlarının quraşdırılması nəzərdə tutulur.Plan üçün 3 654 073,57 azn müəyyən edilib.

06 Mart 2026, 17:40

Yücel Karauz:Heç kim Azərbaycanın gücünü sınağa çəkməməlidir

Naxçıvanda mülki obyektlərin pilotsuz uçuş aparatları ilə hədəfə alınması regional təhlükəsizlik baxımından son dərəcə təhlükəli presedentdir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib.General qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ərazisində mülki hədəflərin pilotsuz uçuş aparatları ilə vurulması hansı hərbi əsasla izah edilməyə çalışılsa da, regional təhlükəsizlik baxımından son dərəcə təhlükəli həddin aşılması kimi qiymətləndirilməlidir.Y.Karauz vurğulayıb ki, yaranmış vəziyyət artıq yalnız iki ölkə arasında diplomatik gərginlik çərçivəsində deyil, birbaşa mülki infrastrukturun təhlükəsizliyi və dövlət suverenliyi məsələsi kontekstində qiymətləndirilməlidir. Türk generalın fikrincə, baş verən hadisənin bir neçə mühüm nəticəsi ola bilər: “Birincisi, Azərbaycan xüsusilə Naxçıvan...

06 Mart 2026, 17:37