Bizə yazın

Baku

-°C

USD

-

İranda yeni ali rəhbərlə bağlı konsensus əldə olunub 

Hadisə 08 Mart 2026, 12:42

263

İranın Ekspertlər Şurası İslam Respublikasının ali rəhbərinin seçimi ilə bağlı konsensus əldə edib.

Bu barədə Şuranın üzvü Məhəmməd-Mehdi Mirbaqeri bildirib.

"Ekspertlər Şurasının hörmətli üzvləri bu günlərdə ali dini lideri müəyyənləşdirmək üçün səy göstərdilər və etimadı doğrultdular. Allaha şükür, əksəriyyətin rəyini təşkil edən möhkəm və yekdil fikir formalaşıb", - o deyib.

Mirbaqeri həmçinin qeyd edib ki, həll edilməli olan bəzi məsələlər qalır.

Ekspertlər Şurasında Xuzistan əyalətini təmsil edən Əmirrza Hedayi sədri yeni liderin adını mümkün qədər tez açıqlamağa çağırıb. "Mehr" agentliyinin məlumatına görə, şura nümayəndələrinin əksəriyyəti bir nəfərin namizədliyi ilə razıdır və ictimaiyyət onun adının elan olunmasını tələb edir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei fevralın 28-i səhər saatlarında öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı 

Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.“Qafqazinfo” xəbər verir ki, hadisə Mingəçevir şəhərində “Energetiklər” adlanan yaşayış massivində qeydə alınıb.Meyiti aşkarlanan şəxsin Naxçıvan Muxtar Respublikası sakini olduğu və şəhərdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etdiyi bildirilir.İlkin məlumata görə, yaşayış binasının 4-cü mərtəbəsində tapılan meyit həmin ünvanda kirayədə yaşayırmış. Onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.Faktla bağlı araşdırma başlanılıb, meyitin kimliyi və ölüm səbəbi dəqiqləşdirilir....

08 Mart 2026, 13:16

SEPAH xəbərdarlıq edib: Hörmüz boğazında ABŞ qüvvələrini gözləyirik

ABŞ qüvvələrinin Hörmüz boğazından tankerləri keçirməsini gözləyirik.C ityPost.az  “Fars” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlıqla SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini çıxış edib.Bu xəbərdarlıq ABŞ-ın Enerji Departamentinin katibinin donanmanın boğazdan gəmiləri “mümkün olan ən qısa müddətdə” müşayiət etməyə hazırlaşdığını açıqlamasından sonra edilib.“Onların gəlməsini gözləyirik”, – Naini deyib.Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyət daşıyır və bölgədə davam edən müharibə səbəbindən gəmilərin burada hərəkəti demək olar tam dayanıb....

07 Mart 2026, 10:56

Gəncədə avtomobil mənzilə çırpılıb 

Gəncədə "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq 5 mərtəbəli binanın birinci mərtəbəsində olan mənzillərin birinə çırpılıb."Report"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alan olmasa da, mənzilə və avtomobilə zərər dəyib.Faktla bağlı araşdırma aparılır.

05 Mart 2026, 13:49

Dövlət məmuruna mükafat verən şəxs həbs olundu

Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adı ilə mükafat verən Fəqani Hüseynov həbs olunub.Citypost.az xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutka həbs qərarı verilib.Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkələrdə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalı"nın direktoru, həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib.Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkələrdə rezonans doğurub. (Teleqraf)...

04 Mart 2026, 16:38

Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana gətirildi 

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Musayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Məlumatda deyilir:"Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən...

04 Mart 2026, 11:39

Haqverdiyevin məhkəməsində gözlənilməz ifadələr - Rüşvət kimə çatıb? 

Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəməsi maraqlı anlarla yadda qalıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baxılan işdə hazırda şahidlər ifadə verir.Prokurorluq İlham Haqverdiyevi rəis işlədiyi müddətdə bir neçə nəfərin işə düzəlməsi üçün ümumilikdə 4 min 800 manat rüşvət almaqda ittiham edir. Bu əsasla ona qarşı sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulan külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işini Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Amma məhkəmə prosesində ittihamda yazılanlardan tam fərqli mənzərə var. Çünki iş üçün əhəmiyyət...

03 Mart 2026, 18:03