Yaxın dostu Vüqar Qurbanova əyyaş dedi
Cəmiyyət 17 Fevral 2026, 12:30
20868
Vüqar Qurbanov TƏBİB-nin İcra Direktoru vəzifəsindən azad edilməsi çox gözləmədən onun vaxtilə tabeliyində olmuş bir sıra vəzifəlilərin üzündəki pərdəni qopardı. Dünənədək fəxarətlə bəzi dairələrdə özünü vəzifəsini yenicə itirmiş Vüqar Qurbanovun yaxın dostu kimi təqdim edən İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov bəzi məsələlərə münasibət öyrənmək istədik.
Citypost.az-ın əməkdaşı ilə telefon söhbəti zamanı Ş.Qurbanov sabiq rəhbəri barədə çox sərt və konkret mövqe bildirib: “Vüqar Qurbanovla mənim nə dostluğum? O, zaqatalalı, mən cəbrayıllı”. O, içki aludəçisidir. Üzr istəyirəm, “pyanıska”nın biridir. Elə onun da badına getdi. Mən onunla bu günədək oturub bir stəkan çay da içməmişəm. Onun özünü “kruqu” var. Nə var, nə yox gedin, onlardan soruşun. Sadəcə O, mənim rəhbərim olub. Siz mənə nə üçün zəng etmisiniz? Digər suallarla bağlı TƏBİB-ə, Zamirə xanıma müraciət edin. Mən 5 dəqiqəliyə tələsirəm, vaxtım azdır”... deyə Ş.Qurbanov telefonu söndürüb.
Citypost.azın əldə etdiyi xəbərdə isə bildirilirdi ki, Şahin Qurbanov axşamlar tez-tez Bakıya gəlib Vüqar Qurbanovun bahalı restoranlarda qurduğu kef, içki məclislərində iştirakçı olmağı özünə şərəf bilirmiş. Sabiq TƏBİB rəhbəri vəzifəsini itirəndən bir gün ötmüş yaxın dostu onun içki aludəçisi adlandırıb. Xatırladaq ki, V.Qurbanovun əmri ilə Ş.Quliyev tramplin kimi İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi vəzifəsinə təyin edilmişdir. Onun gələcəkdə Vüqar Qurbanov tərəfindən daha yüksək vəzifəyə gətiriləcəyi planlaşdırılırdı.
Həmçinin oxuyun
TƏBİB-in İcraçı Direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov yerli mətbuata müsahibəsi zamanı TƏBİB-də köklü kadr dəyişiklikləri olacağını istisna etməyib. Hazırki vəzifəsini qorumaq naminə Vüqar Qurbanovu içki aludəçisi adlandıran yaxın dostu İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov da vəzifəsini itirəcəyi gözlənilir.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.BDYPİ-dən verilən məlumata görə, həftəsonu gözlənilən əlverişsiz hava şəraiti yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət...
18 Aprel 2026, 11:55
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.CityPost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.Hələlik onun yerinə təyinat yoxdur.Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.
18 Aprel 2026, 11:46
FHN: Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur
Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur.CityPost.az-a Fövqəladə Hallar Naziriliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.Məlumata görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq,...
18 Aprel 2026, 11:39
“Brent” nefti 9%-dən çox ucuzlaşıb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 9,07% azalaraq 1 barelə görə 90,38 ABŞ dolları təşkil edib.CityPost.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 11,45 azalaraq 83,85 ABŞ dollarına bərabər olub.
18 Aprel 2026, 10:08
Şəmkirdə məktəbdə yanğın olub
Şəmkirdə yanğın hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır....
18 Aprel 2026, 10:07
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.Bu barədə CityPost.az Azertaca-a istinadən xəbər verir.
17 Aprel 2026, 20:38