"Zərifə xanımın yazdığı "Yüksək etimad" kitabı bu gün də həkimlərin stolüstü kitabıdır"
Cəmiyyət 15 Aprel 2026, 12:06
1183
Milli Məclisin deputatı Zaur Şükürov YAZIR:
15 aprel – Azərbaycan elminin və səhiyyəsinin böyük siması görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın fəaliyyəti təkcə onun peşə nailiyyətləri ilə deyil, həmçinin daşıdığı yüksək mənəvi dəyərlər, xalqına olan sonsuz sevgisi və yüksək humanizm prinsipləri ilə ölçülür və onun ömür yolu fədakarlığın, elmi titullardan öncə gələn insanlığın və vətənpərvərliyin ali nümunəsidir.
1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə və elmi axtarışlarına başlayır.
XX əsrin ortalarında Azərbaycanda göz xəstəlikləri, xüsusilə də ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma infeksiyası ciddi bir bəlaya çevrilmişdi. Bu, təkcə tibbi deyil, həm də böyük bir sosial problem idi. Zərifə xanım məhz bu çətin dövrdə oftalmologiyanı seçərək xalqının köməyinə tələsdi. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə xanım Əliyevanın elmi maraqları çoxşaxəli idi. O, Azərbaycanda ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdırmağa başladı. Xüsusilə kimya və elektronika sənayesinin inkişafı fonunda işçilərin göz sağlamlığının qorunması aktual bir məsələyə çevrilmişdi.
1977-ci ildə Moskvada, nüfuzlu Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyası oftalmologiya aləmində böyük əks-səda doğurdu. O, dünyada ilk dəfə olaraq kimya sənayesində çalışan insanların görmə orqanına zərərli maddələrin təsirini elmi şəkildə əsaslandırdı.
Həmçinin oxuyun
1981-ci ildə Zərifə xanım Əliyevan oftolmologiya sahəsində misilsiz xidmətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın alim oldu. Həmçinin 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə xanım, oftalmologiya sahəsində bu titulu alan ilk qadın idi. O, həm də mükəmməl bir müəllim idi. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri kimi minlərlə gənc həkimin yetişməsində əvəzsiz rol oynamışdır.
Zərifə xanımın humanist siması onun kimsəsiz uşaqlara olan münasibətində özünü qabarıq göstərirdi. O, uşaq evlərində tərbiyə alan, valideyn himayəsindən məhrum körpələrin gözlərindəki işığı qorumaq üçün gecəsini gündüzünə qatırdı. Traxoma xəstəliyinin bu həssas qrup arasında yayılmasının qarşısını almaq üçün o, həm həkim, həm də bir ana şəfqəti ilə onlara yaxınlaşır, hər bir uşağın taleyi ilə yaxından maraqlanırdı.
Zərifə xanımın yazdığı "Yüksək etimad" kitabı bu gün də həkimlərin stolüstü kitabıdır. O, bu əsərində həkim etikası, xəstə ilə ünsiyyət və həkimin cəmiyyətdəki mənəvi obrazı haqqında dərin fəlsəfi fikirlər irəli sürmüşdür. Onun məşhur aforizmi bu gün də aktuallığını qoruyur: "Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır".
Zərifə xanım Əliyevanın irsi – yazdığı 150-yə yaxın elmi əsər, 12 monoqrafiya, yetişdirdiyi şagirdlər və şəfa verdiyi minlərlə insan onu əbədiyaşar etdi. Zərifə xanım yorulmaz fəaliyyəti ilə nəinki insanlara nur bəxş edirdi, həmçinin yüksək humanist missiyası ilə cəmiyyətə işıq saçırdı.
Böyük alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin, ruhu şad olsun!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.BDYPİ-dən verilən məlumata görə, həftəsonu gözlənilən əlverişsiz hava şəraiti yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət...
18 Aprel 2026, 11:55
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.CityPost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.Hələlik onun yerinə təyinat yoxdur.Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.
18 Aprel 2026, 11:46
FHN: Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur
Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur.CityPost.az-a Fövqəladə Hallar Naziriliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.Məlumata görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq,...
18 Aprel 2026, 11:39
“Brent” nefti 9%-dən çox ucuzlaşıb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 9,07% azalaraq 1 barelə görə 90,38 ABŞ dolları təşkil edib.CityPost.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 11,45 azalaraq 83,85 ABŞ dollarına bərabər olub.
18 Aprel 2026, 10:08
Şəmkirdə məktəbdə yanğın olub
Şəmkirdə yanğın hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır....
18 Aprel 2026, 10:07
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.Bu barədə CityPost.az Azertaca-a istinadən xəbər verir.
17 Aprel 2026, 20:38