Bizə yazın

Baku

-°C

USD

-

MŞ jurnalistləri saxta Vatsap hesablarına qarşı ayıq olmağa çağırdı

Cəmiyyət 21 Oktyabr 2026, 12:06

443

Mətbuat Şurası jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və mesajların göndərilməsi halları ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Citypost.az-a MŞ-dan məlumat verilib.

Bildirilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur:

"Hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər.

Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırır. Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir. Xüsusilə, ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin, ictimai rəyi çaşdırmağı hədəfləyir".

Mətbuat Şurası bənzər hallarla qarşılaşan şəxslərə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmağı, hüquq-mühafizə orqanlarını məlumatlandırmağı tövsiyə edib.

"Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz. Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə [email protected] elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın. İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər. Saxta hesabı WhatsApp platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin. Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur. Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin. Jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda, Azərbaycan Mətbuat Şurasını da məlumatlandıra və müvafiq dəstək üçün Şuraya müraciət edə bilərlər. Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırır", - məlumatda qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanlı çoban Ermənistana keçib - İDDİA 

Ermənistanla sərhədi keçərək bu ölkənin ərazisinə daxil olan azərbaycanlı çobanın saxlanıldığı iddia olunur.Citypost.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Berd şəhərindəki mənbələr bildirib.Yerli sakinlərin bildirdiyinə görə, çoban Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçib.İlkin məlumata əsasən, o, hərbi polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.Xəbər Ermənistanın bir sıra KİV-lərində də tirajlanıb.Ermənistan Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.Tavuş vilayətindəki icmalardan birinin rəhbəri “NewsTV5”yə açıqlamasında hadisə barədə eşitdiyini, lakin dəqiq məlumatının olmadığını bildirib.“Bizim rayonun meşələrindən keçərək gəlib”, – deyə icma rəhbəri qeyd edib.Ermənistan Milli Təhlükəsizlik Xidmətindən məsələni dəqiqləşdirərək məlumat veriləcəyi bildirilib. (Modern.az)...

21 Oktyabr 2026, 12:39

DYP təmirlə bağlı sürücülərə müraciət etdi 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Quba–Bakı avtomobil yolunda aparılan təmirlə bağlı sürücülərə müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir ki, hazırda Quba–Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətində olan hissəsində aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır."Bununla əlaqədar qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun günün sonunadək bağlı olacağı nəzərdə tutulur. Sürücülərdən alternativ olaraq Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etmələri, müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.Ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat axınının nizamlanması üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür",- müraciətdə qeyd edilib....

21 Oktyabr 2026, 12:38

Məktəblərdə “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb.Citypost.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:"Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir"....

21 Oktyabr 2026, 12:09

Atası gitarasını sındırdı, qardaşını Rusiyada öldürdülər - Yalçın Rzazadədən maraqlı faktlar  

Yalçın Rzazadə 1946-cı ildə Lənkəranda ziyalı ailəsində anadan olub.***İstedadı hələ uşaq yaşlarından üzə çıxsa da, atasının sərt xasiyyəti onun müğənni olmaq arzusunun qarşısını kəsir. Anası atasının əksinə balaca Yalçına mahnılar oxumağı, rəsm çəkmək öyrədir. Yalçın anasının da dəstəyi ilə qonşuluqda yaşayan rus zabitin gitaraçı həyat yoldaşından gitara dərsləri almağa başlayır. Bir müddət sonra Yalçına gitara alınır. Amma atası onun müğənni olmasını istəmədiyi üçün gitarasını sındırır. Növbəti dəfə ona gitara alınsa da, bu dəfə də gitarasını atasının qəzəbindən xilas edə bilmir. Anası ona üçüncü gitaranı alır və atası görməsin deyə o gitaranı gizlədir.Ailəsi kasıb olduğundan, uşaqlıq illəri müharibədən sonrakı illərə təsadüf...

21 Oktyabr 2026, 12:00

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, oktyabrın 23-də Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Qax, Zaqatala və Balakən rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 22 oktyabr 2026-cı il tarixində Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər....

21 Oktyabr 2026, 11:57

GETSİN O GÜNLƏRİN BİR DƏ GƏLMƏSİN!  

Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 3-4 yaşındaikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş, aspiranturaya qəbul olunmuş, lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilmiş, 25 il azadlıqdan məhrum olunmuşdur. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa edilmişdir. Universitetdə müəllim saxlanmışdır. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olmuşdur. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə işıq üzü görmüşdür.M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da,...

21 Oktyabr 2026, 11:47