Bizə yazın

Baku

-°C

USD

-

GETSİN O GÜNLƏRİN BİR DƏ GƏLMƏSİN!  

Cəmiyyət 21 Oktyabr 2026, 11:47

569

Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 3-4 yaşındaikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş, aspiranturaya qəbul olunmuş, lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilmiş, 25 il azadlıqdan məhrum olunmuşdur. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa edilmişdir. Universitetdə müəllim saxlanmışdır. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olmuşdur. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə işıq üzü görmüşdür.

M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.

Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır. Mikayil Müşfiq adina 18 N-li məktəbdə dərs demişdir.

Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat etmişdir.

Talesiz yolların yolçusu idin,

Sovetlər dövrünün solçusu idin,

Müşfiqli günlərin elçısı idin,

Sən çəkəni düşmənim də çəkməsin,

Getsin o günlərin bir də gəlməsin!

İyirmi il sən Sibirdə əsmisən,

Vəfasız dünyadan şox incimisən, 

Ölüm şərbətini hər an içmisən,

Sən çəkəni düşmənim də çəkməsin,

Getsin o günlərin bir də gəlməsin!

Xalqımın igidi, qəhrəmanısan,

Ədəbi dilimin söz ümmanısan,

Zülmün, işgəncənin  dəyirmanısan,

Sən çəkəni düşmənim də çəkməsin,

Getsin o günlərin bir də gəlməsin!

Mənsur şeirin atası sayılırsan,

Azad ruhun qidası sayılırsan,

Düşmənin köləsi, hədəsi sayılırsan,

Sən çəkəni düşmənim də çəkməsin,

Getsin o günlərin bir də gəlməsin!

Əzablı yolların əzablı səsi,

Tərpətmədi, oyatmadı heç kəsi,

Qurulmadı sən dediyin Tərəzi,

Sən çəkəni düşmənim də çəkməsin,

Getsin o günlərin bir də gəlməsin!

Sən böyük şairsən, böyük ədibsən,

Gələcəyə tərbiyəsən, ədəbsən,

Yrəklərə saf niyyətsən, təbibsən,

Sən çəkəni düşmənim də çəkməsin,

Getsin o günlərin bir də gəlməsin!

Gözlə ki, nə vaxtsa bəxtin güləcək?!

Allah bilir, o gün nə vaxt gələcək?!

Sən demə, xülyaymış "xoşbəxt gələcək",

Sən çəkəni düşmənim də çəkməsin,

Getsin o günlərin bir də gəlməsin!

Mən necə inanım düz yaşamağa,

Öyrəndim korluğa, kara, susmağa,

İyirmi ildir ki, işsiz qalmağa -

Mən çəkəni düşmənim də çəkməsin,

Getsin o günlərim bir də gəlməsin!

Əmir Pəhləvan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məktəblərdə “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb.Citypost.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:"Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir"....

21 Oktyabr 2026, 12:09

MŞ jurnalistləri saxta Vatsap hesablarına qarşı ayıq olmağa çağırdı

Mətbuat Şurası jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və mesajların göndərilməsi halları ilə bağlı xəbərdarlıq edib.Bu barədə Citypost.az-a MŞ-dan məlumat verilib.Bildirilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur:"Hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə...

21 Oktyabr 2026, 12:06

Atası gitarasını sındırdı, qardaşını Rusiyada öldürdülər - Yalçın Rzazadədən maraqlı faktlar  

Yalçın Rzazadə 1946-cı ildə Lənkəranda ziyalı ailəsində anadan olub.***İstedadı hələ uşaq yaşlarından üzə çıxsa da, atasının sərt xasiyyəti onun müğənni olmaq arzusunun qarşısını kəsir. Anası atasının əksinə balaca Yalçına mahnılar oxumağı, rəsm çəkmək öyrədir. Yalçın anasının da dəstəyi ilə qonşuluqda yaşayan rus zabitin gitaraçı həyat yoldaşından gitara dərsləri almağa başlayır. Bir müddət sonra Yalçına gitara alınır. Amma atası onun müğənni olmasını istəmədiyi üçün gitarasını sındırır. Növbəti dəfə ona gitara alınsa da, bu dəfə də gitarasını atasının qəzəbindən xilas edə bilmir. Anası ona üçüncü gitaranı alır və atası görməsin deyə o gitaranı gizlədir.Ailəsi kasıb olduğundan, uşaqlıq illəri müharibədən sonrakı illərə təsadüf...

21 Oktyabr 2026, 12:00

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, oktyabrın 23-də Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Qax, Zaqatala və Balakən rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 22 oktyabr 2026-cı il tarixində Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər....

21 Oktyabr 2026, 11:57

XII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb 

XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilir."Report"un məlumatına görə, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, eləcə də yazıçılar, şairlər və digər qonaqlar iştirak edirlər.Qeyd edək ki, XXI Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-nə qədər davam edəcək.Sərginin builki yerli fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazıçısı Reyhan Yusifqızı, xarici yazarlardan isə iranəsilli yazıçı Pərinuş Sənii ilə Böyük Britaniya yazıçısı Darren Simpsondur....

21 Oktyabr 2026, 11:33

Azərbaycan səhnəsinin ilk Hamleti -HƏYAT HEKAYƏSİ

AZƏRBAYCAN TEATR VƏ KİNO TARİXİNİN ZİRVƏSİ: ABBAS MİRZƏ ŞƏRİFZADƏBu gün sizlərə Azərbaycan səhnəsinin ilk Hamleti, milli kinomuzun ilk rejissorlarından biri, taleyi bütöv bir millətin faciəsinə çevrilən böyük sənətkar Abbas Mirzə Şərifzadənin xronoloji həyat hekayəsini təqdim edirik. Şərəfli və kədərli bir ömrün xronologiyası:CityPost.az  bildirir ki,Abbas Mirzə Şərifzadə 22 mart 1893-cü ildə Şamaxı şəhərinin Yuxarı Qala məhəlləsində ziyalı müəllim ailəsində doğulub.1902-ci il Şamaxı zəlzələsindən sonra ailəsi ilə Bakıya köçüb. İlk təhsilini evdə atasından aldıqdan sonra rus-tatar məktəbində oxuyub. 1903-cü ildə Bakıda Üçüncü Aleksandr adına kişi gimnaziyasına qəbul olunub. Lakin uşaqlıqda keçirdiyi ağır xəstəlik səbəbindən gimnaziya təhsilini yarımçıq qoymalı olub.Həmin dövrün tarixi reallıqlarında...

21 Oktyabr 2026, 11:20