"Falcom" MMC-də fəhləninin ölümünün açılmasına KİM MANE OLUR? -ŞOK VİDEO
Cəmiyyət 09 Oktyabr 2026, 15:15
359
2024-cü ilin avqust ayının 15-i səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində "Falcom" MMC-də qeydə alınan faciəvi ölüm işi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Mərhum Elgün Əhmədovun qardaşı Elmir Əhmədov istintaqın birtərəfli aparıldığını, kobud qanun pozuntularına göz yumulduğunu və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edərək CityPost.az-a açıqlama verib.
Belə ki, Laçın rayonunun Qarakeçdi kənd sakini, jurnalistika fakültəsini bitirmiş və kompüter bilikləri olan Elgün Əhmədov şirkətə rəsmi olaraq fəhlə kimi götürülüb. Lakin onu işə aparan şəxs idarəetmə ilə danışarkən bildirib ki, qeydiyyat fəhlə kimi olacaq, ancaq o, operator işini öyrənəcək və bir aydan sonra operator işləyəcək.
Hadisə günü Elgünü betonqarışdıran qurğunun ("meşalka") içərisini təmizləməyə göndəriblər. O, qurğunun içinə girib təmizləməyə başlayarkən qurğu qəfil hərəkətə gəlib və nəticədə fəhlə faciəvi şəkildə həyatını itirib. Hadisə yerində olan təcrübəçilər və operatorlar məsuliyyəti bir-birinin üzərinə atırlar – təcrübəçilər onu operatorun göndərdiyini, operatorlar isə təcrübəçiləri günahlandırırlar. Elgünü ora kimin göndərdiyi isə hələ də tam araşdırılmır.
İstintaq materiallarında və texniki təhlükəsizlik məsələlərində cavabsız qalan ziddiyyətlər çoxdur. Hadisə yerinə baxış protokolunda müstəntiq özü qeyd edib ki, qurğunun sağ küncündə yerləşən "stop" düyməsinə (knopkasına) gedən şunur çıxıqlı vəziyyətdə olub. Lakin bu şunur barədə ekspert qarşısında heç bir sual qoyulmayıb və təkrar ekspertiza tələbi rədd edilib.
Siqnal niyə işləməyib?
Həyəcan siqnalı hadisədən əvvəl və sonra işlədiyi halda, məhz faciə baş verən anda niyə işləmədiyi bu günə qədər cavabsız qalıb.
Texniki ekspert mərhumun düyməni basmadığını iddia etsə də, hadisə yerində olan şahid onun gözü qarşısında təhlükəsizlik düyməsini basaraq içəri girdiyini bildirib. Ekspertin hansı əsasla bunu dediyi isə sübut olunmur.
Eyni zamanda, iş yerində SƏTƏM qaydalarının pozulduğu, ərazinin böyük olması səbəbindən tək işləyən SƏTƏM işçisinin ayda yalnız bir dəfə təlim keçə bildiyi halda, sonradan işçilərin adından hər gün təlim keçildiyinə dair ifadələrin yazıldığı da iddia olunur.
Həmçinin oxuyun
Latın qrafikasında yazıb-oxumağı bilməyən şəxslərdən (məsələn, Elgünü işə aparan sürücü Süleyman İmranovdan) başqaları tərəfindən yazılmış ifadələrə imza atdırıldığı bildirilir. Süleyman İmranov prokurorluğa teleqram göndərərək dediklərinin yazılmadığını bildirib və təkrar dindirilməsini xahiş etsə də, buna məhəl qoyulmayıb.
Qardaş Elmir Əhmədov Laçın prokurorluğundan və istintaqı aparan müstəntiq İlqar Niftəliyevdən narazıdır: vəsatətlərin heç biri qəbul edilmir, istintaq birtərəfli aparılır.
Ailə məsələ ilə bağlıaidiyyatı qurumlara müraciət edib, işin yenidən və obyektiv istintaq olunmasını xahiş edir.
Şirkətin rəsmi nümayəndəsi Rəşad adlı şəxs isə açıqlamasında hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığını və əlavə heç nə deyə bilməyəcəyini bildirib.
İşə baxan müstəntiq İlqar Niftəliyev açıqlama verməkdən imtina edib. Baş Prokurorluğun mətbuat xidmətinə isə müvafiq sorğu ünvanlanıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzu ilə bağlı video materialı və hadisə anının video görüntüsünü təqdim edirik:
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.Citypost.az xəbər verir ki, oktyabrın 13-ü keçiriləcək iclasın gündəliyinə 13 məsələ daxil edilib.1. “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.2. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.3. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.4. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası...
09 Oktyabr 2026, 15:05
Azərbaycanlılar da Kiyevi tərk edirlər
Kiyev meri Vitali Kliçko şəhər sakinlərini müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə köçməyi nəzərdən keçirməyə çağırıb. Bu çağırışdan sonra paytaxtda yaşayan azərbaycanlıların da vəziyyəti diqqət mərkəzinə gəlib. Rusiya ordusunun raket və dron hücumlarının intensivləşməsi mülki əhali üçün təhlükəni artırıb. Citypoat.az xəbər verir ki, Modern.az Kiyevdə yaşayan azərbaycanlılarla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı ilə əlaqə saxlayıb.Saytımıza açıqlamasında o, bildirib ki, son bir aydan artıq müddətdə Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərləri Rusiyanın intensiv raket və dron hücumlarına məruz qalır.Q.Osmanlının sözlərinə görə, hücumlar nəticəsində mülki şəxslər həlak olur, yaşayış binaları dağıdılır, infrastruktura ciddi ziyan dəyir:“Vəziyyət, təbii ki, ağırdır. Amma...
09 Oktyabr 2026, 14:25
İlham Əliyev Xəzəryanı ölkələrin ortaq məsuliyyətini açıqladı
Xəzərin unikal ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.Ötən illər ərzində Xəzəryanı ölkələrin geniş müqavilə-hüquqi bazası formalaşdırdığını vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır.Prezident İlham Əliyev həmçinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək onun beş Xəzəryanı dövlətin çoxillik birgə işinin nəticəsi olduğunu söyləyib....
09 Oktyabr 2026, 13:52
İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış edib
Türkmənbaşı şəhərində oktyabrın 9-da Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
09 Oktyabr 2026, 13:44
İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları oktyabrın 9-da "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.Citypost.az xəbər verir ki, Azərbaycan stendində milli incəsənətə dair kitablar, xalçaçılıq, sənətkarlıq o cümlədən, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir.Ziyarətçilərə Azərbaycan mədəniyyəti, mətbəxi, istifadə olunan yerli məhsullar, onların hazırlanma üsulları və xüsusiyyətləri ilə bağlı geniş məlumat verilir....
09 Oktyabr 2026, 13:31
Məhkəmə-Tibbi Ekspertizada nələr baş verir? Cavid Cahangirli professoru devirmək istəyir
Redaksiyamıza daxil olan məlumatlar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində rəhbərlik məsələsi ətrafında ciddi sualların meydana çıxmasını göstərir. Məlumatlarda Birliyin baş direktoru, professor Ədalət Həsənov ilə Komission Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirli arasında direktorluq uğrunda münasibətlərin pik həddə çatdığı bildirilir. Daha ciddi iddia isə budur. Cavid Cahangirli baş direktor postuna yiyələnmək üçün müəyyən əlaqələrini və imkanlarını işə salıb. “Citypost.az” Mediatvaz.coma istinadən xəbər verir ki, Cavid Cahangirli nədənsə unudur ki, Azərbaycanda dövlət qurumunda rəhbər vəzifəyə kimi gətirilməsi şəxsi münasibətlər, tanışlıq və ya qeyri-rəsmi lobbiçiliklə deyil, peşəkarlıq, idarəçilik bacarığı və qanunvericilikdə nəzərdə tutulan prosedurlar əsasında həll edilir. Ortaya çox ciddi...
09 Oktyabr 2026, 13:29