Dost itirən yaşdayam.. Günel Mövlud
Cəmiyyət 19 Oktyabr 2026, 10:14
554
İndi mənim başıma
Od ələnən yaşımdı
Söykənib bir divara
Güllələnən yaşımdı.
Sərxoş ayılmalıyam
Özgə yataqlarında
Özümü asmalıyam
Otel otaqlarında
Bir sevgili uduzub
Dost itirən yaşdayam
Geçə küçədən evə
it gətirən yaşdayam
Mənsə hər səhər evdən
Yorğun, əzik çıxıram
Ayaqqabım narahat
Əynim nazik çıxıram.
Boğazımı göynədən
Qəhər yox, soyuq olur
İt yerinə əlimdə
Bir buzlu toyuq olur…
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DSX-nin iki hərbi qulluqçusu həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub.“Unikal” Oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.Xatırladaq ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-ü xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olub. O, oktyabrın 14-ü Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn edilib....
19 Oktyabr 2026, 10:33
Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb
Hərbi Prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən bölmələrində hərbi qulluqçularla görüşüb.Bu barədə Citypost.az-a Hərbi Prokurorluqdan məlumat verilib.Bildirilib ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyəti vurğulanıb.Qeyd olunub ki, əldə olunmuş tarixi nailiyyətlərin qorunması, dövlətimizin təhlükəsizliyinin təmin edilməsi və hərbi qüdrətinin daha da möhkəmləndirilməsi Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifələrdəndir.Görüş zamanı hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının, hərbi intizamın və qanunçuluğun möhkəmləndirilməsinin, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi, eləcə də Baş Prokurorun tapşırıq və tövsiyələri diqqətə çatdırılıb.Həmçinin hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış...
19 Oktyabr 2026, 09:48
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək.Citypost.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.
19 Oktyabr 2026, 09:35
Politoloqdan gündəmlə bağlı maraqlı reaksiya: “Nə istəyirlər bizdən?”
Politoloq Yeganə Hacıyeva son günlər gündəmlə bağlı ona ünvanlanan suallara münasibət bildirib.Citypost.az xəbər verir ki, Yeganə Hacıyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Politoloq qeyd edib ki, iki həftədən çoxdur həm jurnalist dostları, həm də Facebook-dakı izləyiciləri gündəmdə baş verən proseslərlə bağlı şərh və münasibət öyrənmək üçün ona müraciət edirlər. Lakin son aylarda ölkədən kənarda olduğu üçün baş verənləri kənardan müşahidə etməyə üstünlük verib.Yeganə Hacıyeva suallara hələlik qeyri-adi və ironik cavab verdiyini bildirib. “Hələlik suallara belə cavab verim ki, ‘Tarixi-Nadir’ kitabının yarısına kimi oxumuşam, amma mən də hələ başa düşə bilmirəm, nə istəyirlər bizdən”, – deyə politoloq yazıb....
19 Oktyabr 2026, 09:16
“Son görüş...” – Əli Nurun şəhid oğlu ilə bağlı paylaşımı kövrəltdi
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Əli Nur Vətən müharibəsində şəhid olan oğlu, baş leytenant Rövşən Nurzadə ilə bağlı təsirli xatirəsini bölüşüb.Citypost.az xəbər verir ki, Əli Nur sosial şəbəkə hesabında 18 oktyabr 2020-ci ildə oğlunun cəbhəyə yola düşdüyü günü xatırlayıb.Aktyor həmin gün Rövşənin ailəsindən halallıq istədiyini, anasının isə oğlunun müharibəyə könüllü getdiyini eşidəndə onunla birlikdə yola çıxmaq istədiyini bildirib.Əli Nurun paylaşımında deyilir:“18 Oktyabr 2020... Bazar günü, həmin bazar günü... Qapını açıb bizdən halallıq istədi... Yasamal rayon hərbi komisarlıqdan cəbhəyə gedəcəyini dedi... Ailəsi yol çantasını gətirdi. Anası çaşqın halda: – Məndə sənlə gedirəm deyib yola hazırlıq gördü... Anasını...
19 Oktyabr 2026, 09:15
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;5. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;9. 1-ci Göl...
19 Oktyabr 2026, 08:58