Bizə yazın

Baku

-°C

USD

-

 Qubadlıda 40 əsgəri ilə birlikdə öldürülən erməni polkovnikin son saatları   

Cəmiyyət 21 Oktyabr 2026, 21:55

444

 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin çoxsaylı yüksək rütbəli zabitləri öldürülüb.

CityPost.az  bildirir ki,onların arasında Moskvada hərbi akademiya bitirmiş, Ermənistan ordusunun 246-cı motoatıcı alayına rəhbərlik etmiş polkovnik Tatul Qazaryan da var. Onun komandiri olduğu İcevan hərbi hissəsi müharibədə 40 hərbçi itirib.

Tatul Lavrenti Qazaryan 2020-ci il oktyabrın 19-da Qarabağda Azərbaycan Ordusunun zərbələri nəticəsində məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 20-də onun və rəhbərlik etdiyi alayın digər yüksək rütbəli zabitlərinin məhv edildiyini rəsmən açıqlayıb.

Tatul Lavrenti Qazaryan 1978-ci il mayın 25-də Ermənistanın Tavuş vilayətinin İcevan rayonunun Sevkar kəndində anadan olub.

Orta təhsilini doğulduğu kənddə alan Qazaryan sonradan hərbçi peşəsini seçib. O, əvvəlcə Monte Melkonyan adına hərbi liseydə, daha sonra Vazgen Sarkisyan adına Hərbi İnstitutda təhsil alıb.

Qazaryan hərbi xidmət illərində ölkənin müxtəlif bölgələrində, o cümlədən Mehrab, Basarkeçər və Kolb istiqamətlərində yerləşən hərbi hissələrdə xidmət edib.

Onun hərbi karyerasında mühüm mərhələ Rusiyada keçdiyi təhsil olub. 2010–2012-ci illərdə Moskvada yerləşən Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasında təhsil alıb. Bu akademiya Rusiya ordusu üçün yüksək hazırlıqlı komandir və qərargah zabitləri yetişdirən əsas hərbi təhsil müəssisələrindən biridir.

2018-ci ildə Qazaryan Ermənistanın İcevan şəhərində yerləşən hərbi hissənin komandiri təyin edilib. Həmin dövrdə o, artıq polkovnik rütbəsi daşıyırdı.

Ermənistanın 3-cü ordu korpusunda mühüm vəzifə

Qazaryan Ermənistan silahlı qüvvələrinin 3-cü ordu korpusuna daxil olan 246-cı motoatıcı alayın komandiri idi.

Qərargahı Vanadzorda yerləşən 3-cü ordu korpusu Ermənistanın şimal və şimal-şərq istiqamətlərində fəaliyyət göstərən əsas hərbi birləşmələrindən sayılırdı.

Korpusun tərkibində İcevanda yerləşən 246-cı motoatıcı alayla yanaşı, Noyemberyandakı 543-cü və Çəmbərəkdəki 549-cu motoatıcı alaylar, həmçinin artilleriya, tank və kəşfiyyat bölmələri fəaliyyət göstərirdi.

Qazaryan Ermənistanın Azərbaycanla sərhəd istiqamətində yerləşən mühüm hərbi hissələrindən birinə rəhbərlik edirdi.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayandan sonra onun rəhbərlik etdiyi hərbi hissənin şəxsi heyəti də Azərbaycanın suveren ərazilərində hərbi əməliyyatlara cəlb olunub.

Qarabağda "son döyüş" – Komandir və müavini eyni gündə öldürüldü

Qazaryanın hərbi karyerası 2020-ci il oktyabrın 19-da başa çatıb.

Həmin gün İcevan alayının komandiri polkovnik Tatul Qazaryan və onun müavini, podpolkovnik Armen Ohanyan Qarabağda Azərbaycan Ordusunun zərbələri nəticəsində məhv edilib.

Hadisə Qubadlı rayonunun Bala Soltanlı kəndi yaxınlığında baş verib. Bu kənd keçmiş separatçı rejim tərəfindən "Aygehovit" adlandırılırdı.

Həmin hərbi əməliyyatlar Azərbaycan Ordusunun Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində hücum əməliyyatlarını davam etdirdiyi dövrə təsadüf edib.

Qazaryanla Ohanyan uzun müddət birlikdə xidmət etmişdilər. Onlar həm yaxın dost, həm də bir-birini tamamlayan komandirlər kimi tanınırdılar.

Qazaryan daha sakit, detallara diqqət yetirən, Ohanyan isə daha emosional və çevik xarakterə malik zabit kimi xarakterizə olunurdu.

Hər iki zabit oktyabrın 19-da döyüş meydanında öldürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin xüsusi əməliyyat açıqlaması

Azərbaycan Müdafiə Nazirliyi 20 oktyabr 2020-ci ildə cəbhədəki vəziyyətlə bağlı yaydığı rəsmi məlumatda Ermənistan ordusunun 246-cı alayının komandir heyətinin məhv edildiyini açıqlayıb.

Nazirliyin məlumatına əsasən, Azərbaycan Ordusunun xüsusi əməliyyatları nəticəsində aşağıdakı şəxslər zərərsizləşdirilib:

246-cı alayın komandiri, polkovnik Tatul Qazaryan

Alay komandirinin müavini Armen Ohanyan

Həmin gün yayılan məlumatda Azərbaycan Ordusunun Ağdərə–Ağdam, Füzuli–Hadrut–Cəbrayıl və Qubadlı–Zəngilan istiqamətlərində hərbi əməliyyatları davam etdirdiyi də bildirilirdi.

Döyüşlər nəticəsində Ermənistan ordusuna məxsus 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi, 1 ədəd D-30 haubitsası və 5 avtomobilin məhv edildiyi və ya sıradan çıxarıldığı açıqlanmışdı.

Bundan əlavə, Füzuli istiqamətində əks-hücuma keçən Ermənistan bölmələrindən birinin 30 hərbçisinin Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində məhv edildiyi qeyd olunurdu.

"Son döyüş"də mühasirə təhlükəsi – Geri çəkilmə əmri verildi

Qazaryanın öldürüldüyü hərbi əməliyyatda Azərbaycan bölmələri Ermənistan hərbçilərinin mövqelərini sol cinahdan keçməyə çalışıb. Yaranmış mühasirə təhlükəsi səbəbindən alay komandiri Qazaryan şəxsi heyətə geri çəkilmək və daha əlverişli mövqelər tutmaq əmri verib.

Bu zaman onun müavini Armen Ohanyan ön xətdə hərbi əməliyyata rəhbərlik etməyə davam edib. Ohanyan geri çəkilən şəxsi heyətin yeni mövqelərə yerləşməsini təmin etməyə çalışarkən Azərbaycan bölmələrinin atəşi ilə vurulub.

Həmin hərbi əməliyyatda Qazaryan da öldürülüb. Beləliklə, Ermənistan ordusunun İcevan alayı bir gündə həm komandirini, həm də onun müavinini itirib.

Bir hərbi hissədən 40 itki

44 günlük müharibədə İcevan hərbi hissəsinin 40 hərbçisi həlak olub. Onların arasında alay komandiri Qazaryan və onun müavini Ohanyan da var idi.

Hərbi hissənin komandir heyətindəki itkilər Ermənistanın 3-cü ordu korpusuna daxil olan 246-cı alay üçün xüsusilə ağır olub.

Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan həmin günlə bağlı maraqlı hadisə danışıb.

Onun sözlərinə görə, oktyabrın 19-da İcevan alayının yerləşdiyi yeri öyrənmək üçün Armen Ohanyana zəng edib. Lakin zabitin telefonu əlçatmaz olub.

Həmin gün axşam Qalstanyan Qazaryanın, Ohanyanın və alayın çoxsaylı hərbçilərinin öldürüldüyü xəbərini alıb.

Sonradan hadisənin vaxtını dəqiqləşdirərkən ona bildirilib ki, zəng etdiyi saatlarda hər iki komandir ağır hərbi əməliyyatlarda iştirak edirmiş.

Polkovnikin doğulduğu kənddən daha üç nəfər öldürüldü

44 günlük Vətən müharibəsində Qazaryanın doğulduğu Sevkar kəndindən olan daha üç hərbçi də öldürülüb.

Bunlar polkovnik-leytenant Artur Hovsepyan, Samvel Sahakyan və Artak Xemçyandır.

Beləliklə, 2020-ci ilin müharibəsində Sevkar kəndindən Tatul Qazaryan da daxil olmaqla, ümumilikdə dörd nəfər ölür.

Onların arasında iki yüksək rütbəli zabit – polkovnik Tatul Qazaryan və polkovnik-leytenant Artur Hovsepyan olub.

Polkovnikin ailəsi – İki övladı var idi

Qazaryanın şəxsi həyatı haqqında da əlavə məlumatlar məlumdur.

Qızı Amalya 2021-ci ilin yanvarında 17, oğlu Narek isə 16 yaşında idi.

Qazaryanın ölümü Ermənistanın hərbi dairələrində geniş işıqlandırılıb.

27 yanvar 2021-ci ildə Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə Tatul Qazaryana ölümündən sonra Ermənistanın Milli Qəhrəmanı adı verilib.

O, həmçinin ölkənin Vətən ordeni və I dərəcəli Döyüş xaçı ordeni ilə "təltif olunub".

Əvvəlki xidmət illərində də dövlət təltifləri almışdı. Məlumatlara əsasən, 1999-cu ildə Döyüş xidmətlərinə görə medalı, 21 yanvar 2015-ci ildə isə Vətən qarşısında xidmətlərə görə II dərəcəli medal alıb.

2021-ci ildə verilən ən yüksək dövlət təltifi onun 44 günlük müharibədəki “fəaliyyətinə” görə təqdim edilib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi toxunulmazdır

Bir daha xatırladırıq ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və bölünməzliyinə qarşı cinayətkar silahlı birləşmələrin tərkibində əlinə silah alan hər bir şəxs Azərbaycan Ordusunun hədəfidir.

Azərbaycan xalqı 30 il ərzində işğal altında qalan, beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinin işğalı ilə heç vaxt barışmadı. Məhz buna görə də 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etdi.

Ermənistan tərəfi bir daha düşünməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı silahlı fəaliyyət göstərən, Azərbaycan xalqına qarşı cinayətlər törədən şəxslərin sonu bu polkovnik kimi olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

İtaliya və Azərbaycan arasında iqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi, eləcə də yaxın vaxtlarda Bakıda keçiriləcək ikitərəfli Biznes Forumuna hazırlıq məsələləri müzakirə olunub.Citypost.az  xəbər verir ki, bu barədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi bildirib.Onun sözlərinə görə, bununla bağlı Romada İtaliya Sənaye Konfederasiyasının ("Confindustria") qərargahında görüş keçirilib.Görüşdə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, müəssisələr və "Made in Italy" naziri Adolfo Urso, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də Azərbaycanın aparıcı dövlət və özəl şirkətlərinin nümayəndələri iştirak ediblər.M. Traldi qeyd edib ki, görüş İtaliya şirkətləri üçün Azərbaycan bazarının təklif etdiyi əməkdaşlıq imkanlarını daha dərindən öyrənmək baxımından...

21 Oktyabr 2026, 21:55

"Dədə Qorqud" filminin Aruzu KİMDİR?

"Dədə Qorqud" filminin Aruzu, Gürcü teatr və kino sənətinin tanınmış simalarından biri olan Givi Toxadzenin bu gün doğum günüdür.1922-ci ildə Poti şəhərində dünyaya gələn aktyor İkinci Dünya müharibəsində iştirak edib, döyüşlərdə yaralanıb.1949-cu ildə Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunu bitirib, bir müddət Rustaveli Teatrında çalışıb.1956-cı ildən isə “Gürcüfilm” kinostudiyasında fəaliyyət göstərib.Givi Toxadze tamaşaçıların yaddaşında “Uğrım-reka”, “Kapitan Nemo”, “Ovod”, “Kukaracha”, “Suram qalasının əfsanəsi” kimi ekran əsərlərindəki rolları ilə qalıb.O, həmçinin “Qadınları qoruyun!” filmində liman rəisi Ayvazov obrazını canlandırıb.Gürcüstan SSR-in Əməkdar artisti (1969), Xalq artisti (1982) fəxri adlarına layiq görülən sənətkar 2010-cu il noyabrın 25-də Tbilisidə dünyasını dəyişib.Jalə...

21 Oktyabr 2026, 21:30

Leyla Əliyeva Səmərqənddə "İmkon" reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon" reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış olub.Citypost.az  xəbər verir ki, Leyla Əliyevaya mərkəzlərdə uşaqlara göstərilən təhsil, tibbi və sosial reabilitasiya xidmətləri barədə məlumat verilib.Bildirilib ki, "İmkon" mərkəzlərində ixtisaslaşdırılmış məktəbəqədər təhsil, korreksiya məşğələləri, tibbi və sosial reabilitasiya, eləcə də ailələrə dəstək xidmətləri bir arada təqdim olunur. Bütün məşğələlər, prosedurlar və reabilitasiya proqramları ödənişsizdir.Məktəbəqədər bölmələr 150 uşaq üçün nəzərdə tutulub. Burada 2–7 yaşlı uşaqların təhsili, korreksiya məşğələləri və gündə beş dəfə qidalanması təmin edilir.Tanışlıq zamanı Leyla Əliyevaya xüsusi təchiz olunmuş kabinetlər, reabilitasiya zalları,...

21 Oktyabr 2026, 21:14

Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub

Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub."Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan satirik mətbuatının tarixinə işıq salan "Məzəli" jurnalının 1915-ci ilə aid toplu nüsxəsi Cəlil Məmmədquluzadənin Naxçıvandakı Ev Muzeyinin eksponat fonduna daxil edilib.Muzeyə daxil olan "Məzəli" jurnalının toplu nüsxəsi XX əsrin əvvəllərində Azərbaycanda mətbuatın, satirik ədəbiyyatın və ictimai fikrin inkişafını əks etdirən əhəmiyyətli mənbələrdən biridir.1914–1915-ci illərdə nəşr olunan "Məzəli" jurnalı Azərbaycan mətbuat tarixində özünəməxsus yer tutur. Jurnalın naşiri və ilk redaktoru tanınmış jurnalist və publisist Haşım bəy Vəzirov olub. Nəşrin ilk sayı 1914-cü il dekabrın 27-də Bakıda, "Səda" mətbəəsində işıq üzü görüb. Jurnal 1915-ci ilin oktyabrınadək fəaliyyət...

21 Oktyabr 2026, 21:05

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 28-ci və 60-cı maddələri baxımından Cinayət-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin həmin Məcəllənin 156.1, 346.1 və 447.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, İnsan hüquqları üzrə müvəkkil (ombudsman), Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin...

21 Oktyabr 2026, 19:40

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi, nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirə və görüşlər təşkil olunur.DİN-in Mətbuat Xidmətindən Citypost.az verilən məlumata görə, müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Hökümə Babayeva “İnzibati iddianın növləri”, Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Adil Babayev “Azərbaycan dilində akademik və işgüzar kommunikasiya fənninin ölkəmizdə tədris edilmə tarixi”, Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov “Hüququn anlayışı və mahiyyəti”, Vəkillər Kollegiyasının üzvü, vəkil Vamiq Şükürov “Əqdlər...

21 Oktyabr 2026, 19:20