Lyuka düşən qadın xəsarət alıb, AAYDA rəsmisi cərimə edilib
Hadisə 21 Oktyabr 2026, 17:20
518
Bakıda qadın açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb.
Citypost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib.
Xanım avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicinin açıq quyusuna düşüb. Nəticədə onun sağ baldır sümükləri sınıb və sağlamlığına az ağır zərər vurulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi başlanıb. Hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. Onun adını dəqiqləşdirmək mümkün olmayıb.
Həmçinin oxuyun
İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsə bəraət verib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək onun ləğvini və vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Protestdə göstərilib ki, iş üzrə toplanmış sübutlar, zərərçəkmişin və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri hadisənin yağışqəbuledicinin üzərində qoruyucu barmaqlığın olmaması səbəbindən baş verdiyini təsdiqləyir. Məhkəmə-tikinti ekspertizasının rəyinə görə, quyunun barmaqlıqla təchiz edilməməsi hadisənin texniki səbəbi olub. Ekspertlər müvafiq təhlükəsizlik tələblərinin yerinə yetirilməməsinə görə məsul şəxslərin istintaqla müəyyənləşdirilməli olduğunu qeyd ediblər.
İşə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılıb. Apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin bəraət hökmünü ləğv edib. Təqsirləndirilən şəxs 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Brain Academy” rəhbəri zorakılıq hadisəsini təsdiqləyib
“Brain Academy”nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağa qarşı zorakılıq göstərildiyi iddia olunur. Hadisə ilə bağlı təhlükəsizlik kamerasının görüntülərinin yayılması ictimai müzakirələrə səbəb olub. Mərkəzin rəhbərliyi hadisəni təsdiqləyib və uşağa qarşı zorakılıqda adı hallanan əməkdaşın işdən uzaqlaşdırıldığını açıqlayıb.Citypost.az xəbər verir ki, Məsələ ilə bağlı sözügedən mərkəzin rəhbəri Humay Mehdiyeva Modern.az-a açıqlamasında hadisənin onların filialında baş verdiyini təsdiqləyib və əməkdaşın işinə son verildiyini bildirib.“Bəli, bu hadisə bizim mərkəzdə baş verib. Bu gündən etibarən həmin əməkdaşın işinə qəti şəkildə son qoyulub. O, artıq bizim mərkəzdə çalışmır və bundan sonra heç bir yerdə uşaqlarla işləməməlidir. Məni tanıyan, mənimlə çalışan hər...
21 Oktyabr 2026, 17:33
Xalçayuma adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı
Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.Citypost.az xəbər verir ki, Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb. Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən olunub. Təhvil alınan xalçaların bir qismi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir....
21 Oktyabr 2026, 14:09
Bakıda yaşayış binasında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə Citypost.az FHN-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9kv.m. sahədə yanıb.Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub....
21 Oktyabr 2026, 09:48
Azərbaycan-Rusiya sərhədini pozmaq istəyən Pakistan vətəndaşı saxlanılıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.Oktyabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....
20 Oktyabr 2026, 13:32
Regional mədəniyyət idarəsinin rəisi Şamaxıda vəfat edib
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.Citypost.az xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb.Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib.Onun ölüm səbəbi hələlik açıqlanmayıb.Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. O, daha əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. (Qafqazinfo)...
20 Oktyabr 2026, 11:40
Astara sakini pilləkəndən yıxılaraq ölüb
Astara sakini yıxılaraq ölüb.Citypost.az xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.Rayon sakini Qurbanəli Şirvanovun yaşadığı fərdi yaşayış evində pilləkəndən yıxılaraq öldüyü bildirilir.Faktla bağlı araşdırma aparılır.
20 Oktyabr 2026, 09:35