İpoteka Fondu kirayə mənzil qaydalarında dəyişiklik edib
Cəmiyyət 21 Oktyabr 2026, 17:40
590
Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu il oktyabrın 1-dən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydaları dəyişib.
Citypost.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.
Məlumata görə, bundan sonra satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağladığı tarixdən 3 il müddət keçdikdən sonra ötürə biləcək, eyni zamanda öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən öhdəliyin ötürülmə tarixindən 5 il sonra təkrar faydalanmaq imkanı qazanacaqlar.
Bundan başqa, müraciət anına Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalana biləcəklər.
Həmçinin oxuyun
Ərizəçinin kredit tarixçəsinin qiymətləndirilməsi ilə bağlı şərtlər də yenilənib. Belə ki, qiymətləndirmənin nəticəsinə əsasən, yalnız "müsbət" və "qənaətbəxş" kredit tarixçəsi olan şəxslər kirayə mənzil mexanizmindən yararlana biləcəklər.
Qaydalara edilmiş dəyişikliklərlə bağlı vətəndaşların əlavə sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanına uyğun olaraq, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq olunan satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Hökməli – Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, məhdudiyyət səbəbindən 567 nömrəli müntəzəm marşrutun hərəkəti Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə, 553 nömrəli marşrutun hərəkəti isə "Yeni məhəllə" adlanan ərazi ilə təşkil edilib.
21 Oktyabr 2026, 18:38
Bakıda 3,9 km-lik yeni avtomobil yolunun tikintisi davam etdirilir
Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək yeni avtomobil yolunun tikintisi davam etdirilir.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər inşa edilən 3,9 kilometr uzunluğunda avtomobil yolundan gedir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi paytaxtın mühüm nəqliyyat arteriyaları arasında alternativ əlaqə yaratmaq, avtomobil axınını daha səmərəli bölüşdürmək və mövcud yolların yükünü azaltmaqdır.Yeni yolun istifadəyə verilməsi ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, eləcə də "Gənclik", "Nərimanov" və "Koroğlu" metro...
21 Oktyabr 2026, 18:20
"AzerGold" xarici ölkədə ilk törəmə şirkətini yaradıb
"AzerGold" QSC xarici ölkədə ilk törəmə şirkətini "AzerGold Uzbekistan" MMC-ni yaradıb."Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məqsəd Azərbaycan və Özbəkistan arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir.Yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən "Akba" qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir.Hazırda "Akba" qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan geoloji kəşfiyyat işlərinə başlanılacaq.Bu müddətdə yataq üzrə mövcud geoloji məlumatların təhlili, əlavə...
21 Oktyabr 2026, 17:53
Fransada komendant saatlı demokratiya-sosial üsyan və Makron hakimiyyətinin siyasi böhranı
Avropada inqilabların əsas ünvanı-krallarıın sonunu gətirən Yelisey ətrafındakı üsyanlar yenidən baş qaldıraraq, ətraf coğrafiyalara yayılmaqda davam edir. Fransanın küçələrində genişlənən kütləvi etirazlar Emmanuel Makronun prezidentliyinin son mərhələsini ölkənin ən mürəkkəb siyasi dövrlərindən birinə çevirib. Parisdən Marselə, Liondan Bordoya qədər yayılan nümayişlər, polislə qarşıdurmalar, minlərlə saxlanılma və ictimai binalara hücumlar vətəndaşla hakimiyyət arasında illərlə yığılan narazılığın nəticəsidir. Ölkənin beynəlxalq gücü, iqtisadi imkanları və dövlət institutlarının tarixi nüfuzu ilə insanların gündəlik yaşayış problemləri arasında yaranmış məsafə böyüyür.2026-cı ilin sentyabrında məktəblərdə müəllim çatışmazlığına, siniflərin həddindən artıq yüklənməsinə, təhsil müəssisələrinin yararsız vəziyyətinə və büdcə məhdudiyyətlərinə etiraz edən şagirdlərin başlatdığı aksiyalar qısa müddətdə ümummilli narazılıq...
21 Oktyabr 2026, 17:23
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı ilə Saziş təsdiq olundu
“Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiq edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.Qeyd edək ki, Saziş 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanıb.
21 Oktyabr 2026, 17:21
Binəqədi RİH-də bir sıra vəzifəli şəxslər dəyişdirilib
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikləri və təyinatları olub.Citypost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.Belə ki, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Rauf Həsənov vəzifəsindən azad olunub. Onun yerinə Azər Kərimov təyin edilib. A.Kərimov bu təyinatadək Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda Baş məsləhətçi vəzifəsində çalışıb.Bundan əlavə, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev də vəzifəsindən azad olunub. Onun yerinə isə Ərazi-təşkilat məsələləri sektorunun sabiq müdiri Rauf Həsənov təyin edilib.Kadr islahatları Hüquq və kadr məsələləri sektorunda aparılıb. Belə ki, Orxan Əliyev məsləhətçi vəzifəsindən azad edilib, onun...
21 Oktyabr 2026, 17:12