Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir
Cəmiyyət 21 Oktyabr 2026, 19:20
685
Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi, nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirə və görüşlər təşkil olunur.
DİN-in Mətbuat Xidmətindən Citypost.az verilən məlumata görə, müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Hökümə Babayeva “İnzibati iddianın növləri”, Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Adil Babayev “Azərbaycan dilində akademik və işgüzar kommunikasiya fənninin ölkəmizdə tədris edilmə tarixi”, Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov “Hüququn anlayışı və mahiyyəti”, Vəkillər Kollegiyasının üzvü, vəkil Vamiq Şükürov “Əqdlər və onların növləri” mövzularında mühazirələrlə çıxış ediblər.
Həmçinin oxuyun
Dərslər zamanı mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, real təcrübədən götürülmüş nümunələr əsasında mövzular izah olunub, kursantları maraqlandıran suallar cavablandırılıb və peşə fəaliyyətində zəruri bacarıqların formalaşdırılmasına xidmət edən mühüm məqamlar diqqətə çatdırılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 28-ci və 60-cı maddələri baxımından Cinayət-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin həmin Məcəllənin 156.1, 346.1 və 447.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, İnsan hüquqları üzrə müvəkkil (ombudsman), Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin...
21 Oktyabr 2026, 19:40
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Hökməli – Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, məhdudiyyət səbəbindən 567 nömrəli müntəzəm marşrutun hərəkəti Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə, 553 nömrəli marşrutun hərəkəti isə "Yeni məhəllə" adlanan ərazi ilə təşkil edilib.
21 Oktyabr 2026, 18:38
Bakıda 3,9 km-lik yeni avtomobil yolunun tikintisi davam etdirilir
Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək yeni avtomobil yolunun tikintisi davam etdirilir.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər inşa edilən 3,9 kilometr uzunluğunda avtomobil yolundan gedir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi paytaxtın mühüm nəqliyyat arteriyaları arasında alternativ əlaqə yaratmaq, avtomobil axınını daha səmərəli bölüşdürmək və mövcud yolların yükünü azaltmaqdır.Yeni yolun istifadəyə verilməsi ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, eləcə də "Gənclik", "Nərimanov" və "Koroğlu" metro...
21 Oktyabr 2026, 18:20
"AzerGold" xarici ölkədə ilk törəmə şirkətini yaradıb
"AzerGold" QSC xarici ölkədə ilk törəmə şirkətini "AzerGold Uzbekistan" MMC-ni yaradıb."Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məqsəd Azərbaycan və Özbəkistan arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir.Yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən "Akba" qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir.Hazırda "Akba" qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan geoloji kəşfiyyat işlərinə başlanılacaq.Bu müddətdə yataq üzrə mövcud geoloji məlumatların təhlili, əlavə...
21 Oktyabr 2026, 17:53
İpoteka Fondu kirayə mənzil qaydalarında dəyişiklik edib
Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu il oktyabrın 1-dən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydaları dəyişib.Citypost.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.Məlumata görə, bundan sonra satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağladığı tarixdən 3 il müddət keçdikdən sonra ötürə biləcək, eyni zamanda öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən öhdəliyin ötürülmə tarixindən 5 il sonra təkrar faydalanmaq imkanı qazanacaqlar.Bundan başqa, müraciət anına Fondun vəsaiti...
21 Oktyabr 2026, 17:40
Fransada komendant saatlı demokratiya-sosial üsyan və Makron hakimiyyətinin siyasi böhranı
Avropada inqilabların əsas ünvanı-krallarıın sonunu gətirən Yelisey ətrafındakı üsyanlar yenidən baş qaldıraraq, ətraf coğrafiyalara yayılmaqda davam edir. Fransanın küçələrində genişlənən kütləvi etirazlar Emmanuel Makronun prezidentliyinin son mərhələsini ölkənin ən mürəkkəb siyasi dövrlərindən birinə çevirib. Parisdən Marselə, Liondan Bordoya qədər yayılan nümayişlər, polislə qarşıdurmalar, minlərlə saxlanılma və ictimai binalara hücumlar vətəndaşla hakimiyyət arasında illərlə yığılan narazılığın nəticəsidir. Ölkənin beynəlxalq gücü, iqtisadi imkanları və dövlət institutlarının tarixi nüfuzu ilə insanların gündəlik yaşayış problemləri arasında yaranmış məsafə böyüyür.2026-cı ilin sentyabrında məktəblərdə müəllim çatışmazlığına, siniflərin həddindən artıq yüklənməsinə, təhsil müəssisələrinin yararsız vəziyyətinə və büdcə məhdudiyyətlərinə etiraz edən şagirdlərin başlatdığı aksiyalar qısa müddətdə ümummilli narazılıq...
21 Oktyabr 2026, 17:23