Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov İndoneziya XİN rəsmisi ilə görüşüb

Siyasət 21 Oktyabr 2026, 17:00

468

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə görüşüb.

XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də siyasi dialoqun genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəflər iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı səfərlərin və institusional əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Azərbaycan ilə İndoneziya arasında Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, D8, ASEAN və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd olunub. 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə hazırlıq məsələləri əsas müzakirə mövzularından birini təşkil edib.

Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə birlikdə C6 formatında əməkdaşlığının əhəmiyyəti, bu çərçivədə regional bağlantıların gücləndirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Eyni gündə, Azərbaycan və İndoneziya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfinə nazir müavini Elnur Məmmədov, İndoneziya tərəfinə isə Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto rəhbərlik edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiq edilib

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

21 Oktyabr 2026, 17:13

Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb, səfərin ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər....

21 Oktyabr 2026, 13:53

Hərbi ekspertdən Fransaya sərt mesaj: “Əsl simaları ilə tanış olur”

Hərbi ekspert Ədalət Verdiyev Fransada keçirilən aksiyalar fonunda Fransa hökumətinin vaxtilə Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrə münasibətini tənqid edib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyev bildirib ki, vaxtilə Azərbaycan ərazisində mövcud olmuş terrorçuları dəstəkləyən və onların televiziya efirlərində Azərbaycan əleyhinə təbliğat aparmasına şərait yaradan Fransa indi həmin qüvvələrin əsl siması ilə daha yaxından tanış olur.“Vaxtilə Azərbaycan ərazisində mövcud olan terrorçuları dəstəkləyən, onları televiziya efirlərində Azərbaycan əleyhinə təbliğatına şərait yaradan Fransa indi həmin terrorçuların əsl siması ilə daha yaxından tanış olur”, – deyə Ədalət Verdiyev yazıb.Turan...

21 Oktyabr 2026, 09:28

Sənan Nəcəfov: “Dövlətimiz hər şeydən üstündür, qalanı boş söhbətdir!”

Jurnalist Sənan Nəcəfov son paylaşımlarına görə ona irad bildirən şəxslərə cavab verib, dövlətçilik və Azərbaycanın müstəqilliyi ilə bağlı mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sənan Nəcəfov bildirib ki, söhbət dövlətin maraqlarından gedirsə, onun üçün hər cür tənqid və təzyiq qarşısında dayanmaq problem deyil. Jurnalist Azərbaycanın müstəqilliyinin və suverenliyinin hər şeydən üstün olduğunu vurğulayıb, eyni zamanda, Ali Baş Komandanın şəxsiyyətinə münasibətini ifadə edib.“Son paylaşımlarımla əlaqədar mənə irad bildirənlər üçün sonuncu dəfə deyirəm: Məsələ Dövlətimizdirsə sinəm hər cür zərbənin qarşısındadır. Dövlətimiz hər şeydən üstündür, qalanı boş söhbətdir! Yaşasın Azərbaycanın müstəqilliyi! Yaşasın Suveren Azərbaycanımız. Mütləq bunu da...

21 Oktyabr 2026, 09:12

Firuz Mustafa: “İki millətin qardaşlığı sarsılmazdır”

Yazıçı, filosof, Əməkdar incəsənət xadimi Firuz Mustafa Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Firuz Mustafa bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, yaranmış vəziyyətdən istifadə edərək Azərbaycan və Türkiyə arasında münasibətləri gərginləşdirməyə çalışan şəxslərin fəallaşdığını bildirib və hər iki xalqın qardaşlığının sarsılmaz olduğunu vurğulayıb.“Antitürklərin əlinə fürsət düşüb, sağdan-soldan hücuma keçiblər. Hər millətin pisi də var, yaxşısı da.İki millətin qardaşlığı sarsılmazdır.Düşmənləri üstümüzə güldürməyək”, – deyə Firuz Mustafa yazıb.Turan ...

21 Oktyabr 2026, 08:45

Taleh Əliyev: “Bir millətin iki dövlətini düşmən etmək istəyirlər”

Siyasətçi Taleh Əliyev Azərbaycan və Türkiyə arasında münasibətləri gərginləşdirməyə çalışan şəxsləri tənqid edib.Citypost.az xəbər verir ki, Taleh Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Siyasətçi bildirib ki, bəzi şəxslər Azərbaycan və Türkiyə arasında düşmənçilik yaratmağa çalışırlar. O, bu cür cəhdlərə sərt etirazını ifadə edərək iki ölkə arasındakı münasibətlərin pozulmasına yönələn addımları tənqid edib.“Türkiyədəki trol sürüsü yalan oldu. Azərbaycandakı bir iki qotur dılqır bir millətin iki dövlətini bir-biri ilə düşmən etmək istəyir. Ay siz öləsiniz! Bu sizin boş başınız üçün deyil!” – deyə Taleh Əliyev yazıb.Turan ...

21 Oktyabr 2026, 08:07