Bizə yazın

Baku

-°C

USD

-

İran liman partlayışının səbəblərini açıqladı 

Dünya 28 Aprel 2025, 18:48

519

İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai ticarət limanında baş verən partlayışa səhlənkarlıq və təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

CityPost.az xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Müaməni deyib.

“Daxili İşlər Nazirliyinə məlum olub ki, hadisə səhlənkarlıq və nöqsanlar, habelə limanda təhlükəsizlik məsələlərinə və mülki müdafiə qaydalarına ciddi yanaşılmadığından baş verib”, - deyə məlumatda bildirilir.
Artıq bir neçə nəfərin istintaqla bağlı dindirilməyə çağırıldığı bildirilir.
Aprelin 26-da İranın cənubunda yerləşən Bəndər Abbas liman şəhərində güclü partlayış baş verib. İlkin məlumatlara görə, partlayış təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda baş verib. Daha əvvəl partlayış nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı bildirilirdi.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp Roma Papası obrazında şəklini paylaşıb 

ABŞ Prezidenti Donald Tramp Roma Papası obrazında fotoşəklini dərc edib.Tramp müvafiq şəkli bu gün “Truth Social” şəbəkəsində paylaşıb.Fotoda o, qızıl suyuna salınmış taxtda oturub və ağ sutana geyinib. Trampın sinəsində böyük qızıl xaç, başında isə dəfnə çələnginin simvolu olan katolik mitrası var.Şəkildə ABŞ Prezidenti şəhadət barmağını yuxarı qaldırıb, adsız barmağında isə üzük var.Qeyd edək ki, Ağ Evin “X” sosial şəbəkəsindəki səhifəsində Trampın paylaşımı dərc edilib....

03 May 2025, 10:18

Almaniya Ukraynada Avropanın əsas səhvinin adını çəkdi

“Sahra Wagenknecht Union – Reason and Justice” partiyasının rəhbəri Sahra Vaqenknext Avropanın Ukraynadakı əsas səhvini münaqişənin sülh yolu ilə həll etmək istəyinin olmaması adlandırıb.

02 May 2025, 23:49

Polşa XİN ABŞ-ın səbrinin sona çatacağı ilə bağlı xəbərdarlıq edib  

ABŞ Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyişin olmamasına səbrini itirir.

02 May 2025, 23:45

"Apple"-ın xərcləri artdı    

Trampın tətbiq etdiyi tariflər təkcə cari rübdə "Apple" xərclərini təxminən 900 milyon dollar artırdı.

02 May 2025, 23:33

Mark Ruttedən alyans dövlətlərinə TƏKLİF     

NATO-nun baş katibi Mark Rutte təklif edib ki, alyans ölkələri ÜDM-in 3,5%-ni müdafiəyə və ÜDM-in 1,5%-ni müdafiə ilə bağlı digər xərc maddələrinə xərcləsinlər.

02 May 2025, 23:13

"Almaniya kursunu dəyişməlidir" - Rubio  

"Almaniya öz kəşfiyyat agentliyinə müxalifətə casusluq etmək üçün yeni səlahiyyətlər verib". 

02 May 2025, 22:59